Filmimiz beynəlxalq mükafata layiq görülüb

Filmimiz  beynəlxalq mükafata layiq görülüb
23 iyun 2021
# 16:28

Azərbaycanlı kinorejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi iyunun 16-dan 22-dək Misirin İsmailiyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.

Kulis.az xəbər verir ki, Süveyş kanalının sahilində keçirilən mükafatların təqdimatı mərasimində Misir, Suriya, İtaliya kino tənqidçiləri azərbaycanlı kinorejissorun mükafatını ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimliyə təqdim ediblər.

Mərasimdə İsmailiyə valisi Şərif Fəhmi Bişara, Misir Mədəniyyət Nazirliyinin müşaviri Xalid Əbdel Cəlil, tanınmış kinoaktyorlar və rejissorlar iştirak ediblər. Ərəb dünyasında ilk sənədli və qısametrajlı filmlərin festivalı olan İsmailiyə Kinofestivalında bu il 44 ölkədən ekran əsərləri nümayiş etdirilib. Onların 8-i müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.

Gallery

# 3649 dəfə oxunub

Oxşar xəbərlər

Tokio Film Festivalı başladı

Tokio Film Festivalı başladı

12:00 27 oktyabr 2026
“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

10:40 27 oktyabr 2026
"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər