writer1

Ayxan Ayvaz

Məqalə sayı

540
clock10:22 calendar-gray 21 İyun 2021 view-gray1112 dəfə oxunub
view-gray1112 dəfə oxunub

Fulya Öztürkdən film çəkilsinmi?

Neçə gündür İkinci Qarabağ savaşı media qəhrəmanlarından biri olan Fülya Öztürklə bağlı çəkiləcək sənədli film haqqında başladılan müzakirə artıq türklər demiş, "cızığından çıxıb". Hamı bildi-bilmədi fikir bildirməyə özünü borclu hesab edir və nəticədə ortaya ürəksıxan polemika çıxır.

Nədir problem olan?

Fulya haqqında çəkilən film.

Niyə Fulya? Niyə bizim öz həmyerlimiz yox?

Və s. və i. a.

Dəyərli kinoşünas Aygün Aslanlı statusunda qeyd etdiyi kimi, "Böyük Qayıdış" müsabiqəsində qalib gələn sənədli film layihələri arasında Fulyadan çəkiləcək film büdcəsi az olduğundan istehsalata tez buraxılıb. Layihədə "Balans" studiyasının Çingiz Mustafayevə həsr olunmuş "Çin olan gizlinlər" adlı layihəsi də var, "Müharibə uşaqları" layihəsi də. Yəni, təkcə Fülya Öztürkə diqqət ayrılmayıb.

Bu müzakirələrdə ən qəribəsi odur ki, hamı film çəkilməmiş artıq ona qadağa qoymaq ehkamı ilə çıxış edir. Lakin əsas, vacib bir şeyi unuduruq: yaradıcı şəxsə heç bir halda "bunu yaz, bunu yazma", "bunu çək, bunu çəkmə" prinsipi ilə yanaşa bilmərik. Filmi də istedadlı rejissor Tahir Tahiroviç çəkir və peşəkarlığına yüzdə-yüz inamımız var. Özü də bu haqda fikir bildirmişdi və bütün suallara cavabı olduğunu deyib "konunu bağlamışdı":

"Bir neçə gündür müəllifi olduğum "Fulya" adlı sənədli filminin müzakirəsi gedir. Çəkilişlərdə olduğum üçün xüsusi reaksiya vermirdim. Amma və lakin....

Xatırladım ki, bu film Mədəniyyət Nazirliyinin həyata keçirdiyi müsabiqədə qalib olan filmlərdən biridir. Yəni, əgər proyekti müsabiqədə jüri tərəfindən qalib olunubsa, burda nazirliyin heç bir günahı yoxdur. Qalib olan proyekti şərtlərə görə, maliyyələşdirməyə borcludur. Əgər biz "Azərbaycanfilm" olaraq istəkli olmuşuqsa ki, Fulya Özturk haqqında film çəkməyə, burda onun nə günahı var? Mən təklif etmişəm, o da qəbul edib. Sözünüz varsa, mənə deyin. Fulya müzakirə mövzusu ola bilməz. Çünki ideya və müəllif bizik. Fulya Öztürkün müdafiəsinə ehtiyac yoxdur. O, müdafiə olunmağı yaxşı bilir, çünki peşəkar təhsil görmüş hərbi jurnalistdir. Qısası, nə sualınız olsa mən 24/7 hazıram. Söz yox ki, istənilən şəxs mənə sual ünvanlaya bilər. Niyə Fulya? Arxayın olun ki, kimliyinizdən asılı olmayaraq cavabınızı alacaqsız".

Sitatın sonu...

Film yalnız istehsalata veriləndən sonra müzakirə oluna bilər. Biri deyər, çox gözəl idi, digəri əksinə. Və yazılar yazılar, fikirlər səslənər, beləcə, mühit formalaşar.

Lakin bu söhbətdə ən günahsızı Fulyadır. O, peşəkarcasına işini görmüş bir müxbirdir. Qarabağ savaşından əvvəl də dünyanın həssas bölgələrində çəkilişlər aparıb və kifayət qədər tanınan biridir.

Söhbət bizdə bu cür reportyorların olmamasıdırsa, o zaman müzakirəyə ehtiyac var. Bizim mediada da Fulya kimi, hətta ondan istedadlı nümayəndələr var və inanıram ki, onlar da eyni əzm və sevgiylə Qarabağ savaşlarını bizə təqdim etməyi bacarardılar. Sadəcə, maneələr və qadağalar həmin jurnalistlərin özünü ifadə etmək bacarığını minimuma endirdi.

Ümumiyyətlə, bu qəribə müzakirədə məni ən çox güldürən məsələ bu idi: niyə Fulyadan film çəkirlər? Sanki bizim bircə film çəkmək limitimiz var idi və o limiti Türkiyə jurnalisti doldurdu. "Harda aş, orda baş" prinsipi ilə hərəkət edənlər bunu vay-şüvənlik səviyyəsinə qaldırdılar və nəticədə heç də lazım olmayan söhbətlərin şahidi olduq.

İşin media tərəfi, bizim medianın axsayan tərəfi və s. müzakirə mövzusu kimi daim diqqətdə saxlanılmalı və belə bir şəraitin bizim jurnalistlər üçün də yaradılması üçün qolları çırmalamalı... Bu, artıq bizim öz problemimizdir və gərəkli qurumlar bu işi öz öhdəsinə götürməlidir.

Fulya haqqında niyə film çəkilir? Çünki yaradıcılıqda qadağa yoxdur və olmamalıdır.

Bu söhbəti ortaya atmaq gülməlidir. Layihədə qalib gələn filmdir və çəkilməlidir. Vəssalam. Onsuz bu filmlərin ardı da gələcək.

Əsas sual isə başqadır: bizim media buxovları qırıb öz müstəqil nəfəsi ilə dünyaya səsini çatdırmaq çabasında bulunacaqmı?

Yaxud medianın üstündəki qara buludlar çəkiləcəkmi?

Bütün günü müğənnilərin geyimini, oturuşunu-duruşunu mövzu edən media dünya standartlarına uyğun bir şəkil alacaqmı?

Yoxsa Fulya nə etsin?

Nə istəyirsiniz ondan?

Film onun haqqıdır.

Məni daha çox bu düşündürür: o sənədli film necə olacaq? Sırf estetik mənada. Müzakirə bu yöndə olsa daha faydalı olardı.

İndilik oturub səbirlə filmi gözləməli və baxandan sonra fikir bildirməliyik.

Təsəvvür eləyin, bir yazıçı deyir, filan mövzuda əsər yazıram, hamı düşüb üstünə, biri də qolundan tutub ki, yazma, başqa mövzuda yaz.

Bu, nə absurd söhbətdir?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə
21:00 28 İyul 2021
Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021