writer1

Sərdar Amin

Məqalə sayı

135
clock11:38 calendar-gray 14 İyun 2021 view-gray1934 dəfə oxunub
view-gray1934 dəfə oxunub

“Son zəng”lə bəkarətini itirənlər

Məzunların hıqqana-hıqqana “bu gün həm sevinirəm, həm də kədərlənirəm, sevinirəm ona görə ki...” cümləsi ilə başlanan ürkək çıxışları, direktorların “bu gün müstəqil həyata qədəm qoyursuz” nidası bizdə adətən başqa biçimdə anlaşılır; oğlanlar artıq siqareti qutuyla alır, qızlar...

Hə, bu gün tarixi tez-tez dəyişdirilsə də, hər birimizin həyatımızda bir ömür zınqıldayan “Son zəng” qeyd olunur.

Hər il sosial şəbəkələrdə son zəng günü bu mövzu danışılır; qızların müstəqil həyata atılması - ağ köynəkdə, qısa ətəkdə şəhərin ən qəribə nöqtələrinə ayaq açması, çiynindən aşırılmış məzun lentini çıxarmadan öpüşməsi, spirtin zəhrimar dadı ilə ilk dəfə tanışlığı, bu günə qədər qoruduğu və qorumaq zorunda olduğu hər şeyin ipini buraxması ilə assosiasiya olunur.

Sərbəst həyata atılmaq, azad, hür olmağı dadmaq özüylə paralel min mötəbər problem gətirir. Azadlıq bədəlsiz olmur. Sərbəst həyata ayaq açmaq məsuliyyətləri dərk etməklə başlanmalı idi. Bizə sərbəst olmağın yeganə şərtinin qadağaları tapdamaq olduğu düşünülür. Bunun səbəbi isə ümumi tərbiyə, övladlarımıza daim təlqin etdiklərimiz, onlara qoyduğumuz qadağalar – hansı ki, bu qadağalar puç qoz kimi mənasızdır – stereotiplərdir.

Qadağa sərhəddir, özünü sərbəst sayan insan öncə sərhədlərinin üstünə gedir.

İnsanı böyüdən sərhədləridir.

Sərhədlər nə qədər möhkəm olsa, insan o qədər güclü olmağa, sərhədlərinə qarşı daha əzmlə mübarizə aparmağa məcbur qalır və bu mübarizə onu cəmiyyət üçün yararlı fərdə çevirir.

Biz gələcəyimiz üçün çox məntiqsiz sərhədlər yaradırıq və bu sərhədləri aşmaq onlara çox rahat gəlir, həmin sərhədlərdən o tayda valideynlər heç bir mayak qoymur. Bütün gücünü sərf edib övladını mənasız qadağalar içində böyüdərək “Son zəng”ə təhvil verir. O tayını bilmədiyi çəpəri aşan gənclər orada nə bağ görür, nə div.

Biyabanlıq!

İntəhasızlıq!

İnsana öz dodaqları ilə sərhəd qoyan bir toplum, burnundan uzağı görə bilməz.

“Son zəng” bizim qızlar üçün təkcə yuxarıda yazılan dadlarla, yeniliklərlə tanışlıq yox, həm də bu qadağalardan o yandakı ucsuz-bucaqsız mənasızlığa atılmaqdır.

Daha sonra isə “hə, noolsun?”lar başlayır...

Qadağalar sehrli olur. O üzdən qadağan etdiyimiz şeyləri min ölçüb, bir biçmək lazımdır.

Bu yerdə yenə də dahi Xudu Məmmədovun “məhdudiyyət kəşfin anasıdır” sözlərini xatırlayıram. Məhdudiyyət insan üçün həm söykənib düşünməyə divardır, həm ayaqlarını dirəyib problemlərini çiyinləmək üçün dayaqdır, həm də yığılıb-yığılıb yay kimi atılmaq üçün tramplindir.

Qadağalarınızı uzaqlara qoyun, izn verin övladlarınız o qadağaları aşanda daha ciddi yeniliklərlə qarşılaşsın.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə
21:00 28 İyul 2021
Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021