writer1

Qan Turalı

Məqalə sayı

228
clock13:20 calendar-gray 16 Yanvar 2013 view-gray3187 dəfə oxunub
view-gray3187 dəfə oxunub

Aqşin: poeziya ilə fəlsəfəçilik arasında

Aqşinin “147 dəfə sən” adlı üçüncü şeir kitabı keçən ilin son günlərində çap edildi. “Sizin eradan əvvəl” Aqşinin ikinci şeir kitabı idi, onun ilk kitabı isə “Unutmaq sözünün şəkli” adlanırdı, əl boyda kitab məhdud tirajla buraxılsa da böyük uğur qazanmış, o günlərin donuq ədəbi mühiti üçün əsl rezonans yaratmışdı, Seyran Səxavət, Əkrəm Əylisli də bu kitab haqda xoş sözlər demişdi. Anarın müsahibədə danışdığı kitab da məhz bu birinci kitab idi.

Ötən 7 il ərzində Aqşin cəmi bir kitab çap etdirdi, o da nəsr kitabı (“Gölə qarğı sancanlar”) oldu, amma bununla belə Aqşin daim şeir yazır və çap olunurdu. Düzü, müxtəlif mətbu orqanlarda o cümlədən Kulis.az -da bu şeirləri oxuduqca mən Aqşinin şeirlərinin zəiflədiyini düşünürdüm. Lakin kitabı ciddi şəkildə mütaliə etdikdə əvvəlki fikrim mənə kifayət qədər mübahisəli göründü. Əlbəttə, hansısa üç-dörd şeirdən ibarət “podborka”ları oxumaq şairin ümumi yaradıcılığı haqda fikir yürütmək üçün kifayət etmir. Xüsusən də bu “podborka”ların arasında həftələr, aylar varsa... Lakin kitabda çap edilən 63 şeiri oxuduqdan sonra biz artıq inamla danışa bilərik.

Aqşin haqda əvvəl yazdığım məqalədə də onun fəlsəfəçiliyə (filosofluğa yox məhz fəlsəfəçiliyə) ifrat meyli haqda yazmışdım. Bu məqalədə isə Aqşinin kitabındakı fəlsəfəçiliyi haqda nəzəri mülahizələrimizi bölüşəcəyik.

Fəlsəfəyə verilən təriflərdən ən mühümü də onun ümumiliyidir. Fəlsəfə cəmiyyət haqda düşünür, lakin cəmiyyət haqqında elmlərdən (sosiologiya, politologiya) fərqli olaraq fəlsəfə məsələnin ən ümumi cəhətləri haqda fikir yürüdür. Eyni şeyi təbiət elmləri ilə fəlsəfənin münasibəti haqda da qeyd etmək olar.

Vaxtilə, bəzi filosoflar, misal üçün Russo da bu ümumiləşdirməyə qarşı çıxıblar və deyiblər ki, biz hər şeyi bilmədən ümumiləşdirməyə can atırıq. Bu cür ümumiləşdirmələr də təbii ki, uğursuzluqla nəticələnir, sadə bir misal verəsi olsaq Azərbaycanda digər etnik azlıqların yaşadığını bilməyən bir xarici “Azərbaycanda ancaq türklər yaşayır” desə onun bu ümumiləşdirməsinin qüsuru bizim gözümüzə dərhal dəyəcək. Bu çox sadə bir misaldır. Lakin mürəkkəb misallara biz Aqşinin kitabında kifayət qədər rast gələ bilərik.

Ümumi xarakterli və qəti hökm kimi səslənən bu fikirlər ilk baxışdan gəlişigözəl səslənə bilər, lakin onun mahiyyətinə vardıqda biz son dərəcə səthi bir fikir görürük, məsələnin qəlizliyini görüb ona beyin enerjisi xərcləyirik, lakin bu enerjinin bekar yerə xərclənir. Misal üçün Aqşin yazır: “Azadlıq kölələrin kəşfidir”. Bu hansı faktlar, təəssüratlar əsasında yaradılıb, aydın deyil. Dünyanın ilk azad cəmiyyətinin Qədim Yunanıstan olduğunu xatırlayaq, onda “Azadlıq yunanların kəşfidir” yaza bilərik, ya da “Azadlıq azadların kəşfidir”. Başqa bir aqşinvari variant: “Azadlıq qadınların kəşfidir”, “Azadlıq məhkumların kəşfidir” və s. və ilaxir...

Bütün bu variantlar bizə son dərəcə psevdofəlsəfi gəlir, gəlişigözəl gəlir, bu aforizmə, özü də puç aforizmlərə meyl poeziyanın gözəlliyinə xələl gətirir.

Hansı şeirdə, hansı misrada ki, Aqşin özüdür, başqa cür desəm Aqşin şairdir, o şeir gözəldir, lakin hansı şeirdə ki, şair konveyer üsulu ilə fəlsəfi aforizm istehsalına başlayıb, o şeir alınmayıb. Kitabda hər iki fikrimi 147 misalla sübut etmək mümkündür.

“Fəlsəfi düşüncə incəsənəti kimi mədəniyyətin ruhunu özündə əks etdirir”. Sizə parlaq bir fikir kimi görünən bu fikir Hegelə məxsusdur, lakin həmin Hegel deyir ki, burjua cəmiyyətinin ziddiyyətini məhz roman janrı aça bilər, dövrün ziddiyyətini açmaq Hegel fəlsəfəsinin ümumi məntiqi ilə dövrün fəlsəfi izahıdır. Doğrudur, Hegel şeiri “ən çətin ədəbi janr” hesab edir, lakin o şeirin üzərinə fəlsəfi bir missiya qoymur. Şeirin öz çətinliyi özünə bəsdir, onu fəlsəfə ilə yükləmək, aforizm yığınına çevirmək bizim də xoşumuza gəlmədiyi kimi çox güman ki, Hegelin də xoşuna gəlməzdi. Lakin görünür bizim tamaşaçılar qəzet oxumayıb regionda gedən siyasi proseslər haqqında “Kurtlar Vadisi”ndən siyasət, ya da tarix oxumayıb “Muhteşem yüzyıl”dan tarix öyrənməyə meyllidirlər, bu mənada Aqşin şeirləri fəlsəfə oxumadan filosof olmaq istəyənlər üçün də bir mənbədir, lakin etibarsız, dayanıqsız, əsassız mənbə.

Aqşinin “fəlsəfi” yaradıcılığı kifayət qədər də polemikdir, misal üçün o, insanlığın tarixinin təhqir olunmaqdan başladığını yazır və balta, qılınc, bıçaq kimi kəsici alətlərin burdan başlanğıc götürdüyünü deyir. İstər-istəməz biz Əli Kərimin “Daş” şeirini xatırlayırıq. O şeirlə bu şeir arasında olan fərq dərhal bizim nəzərimizə çatır, çünki Əli Kərimin sadə və tutarlı daş simvolu ilə Aqşinin şeirində tutarğasız bir diaqnozu (təhqir) arasındakı fərq əslində bizim demək istədiyimizi-poeziyanın fəlsəfiliyi ilə fəlsəfəçiliyi arasındakı sərhədi çox dəqiq göstərir. Aşağıda verilən hər iki nümunəni təhlil edən oxucu bizim mülahizələrimizə öz münasibətinlərini bildirə bilər.

Aqşin: “Tarixin acığına sevgi”

Aqşin Yenisey

Təhqir olunmaq – burdan başlanır insanlığın tarixi!
Öz başlanğıcını burdan götürür
bir çox kəsici alətlər.
Balta
qılınc
bıçaq
“Adam” sözünə ən yaxşı qafiyəni
tarix özü tapıb:
“Edam”

Vəssalam!

Tarix şairə bənzər; özü özünü yazar.
Qələmi silahdır, mürəkkəbi qan.

Bir azdan
mən sənə sevgi elan edəcəyəm
Bir azdan – doğrusu, bilmirəm haçan.

Ölmə!
çünki çox uzaqdasan.
Mən gəlib çatanacan
ölmə!
Sənə sevgi elan edəcəyəm.

“Daş”

Əli Kərim

Yarıçılpaq
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
Amma yerə.
Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Deməyin ki, daş yox oldu.
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom kimi
Meridianı qırıq-qırıq,
Arzuları zərrə-zərrə,
Okeanı parça-parça
Edib keçdi...
Həmin o daş
İndi yenə dayanmayır
uçur hara?
O neytron,
elektron -
Dönüb
nələr,
nələr olur.
Alov olur,
ölüm olur,
zəhər olur.
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandırmaq olmazmı, de,
Yarıçılpaq
yarıvəhşi
Qədim insan
atan daşı?!


Aqşinin söz yox ki, bu kitabında gözəl şeirlər də az deyil, hətta biz bu kitabdakı bir neçə şeirin şeirimizin qızıl fondunda qalacağına da inanırıq. Əlbəttə son sözü Zamanın özü deyir və Zamanın amansız sınağından çıxmaq üçün fəlsəfəçilik yerinə əsl poeziya yaratmaq lazımdır. Aqşinin bu poeziyanı yaratmaq üçün səlahiyyəti də, istedad və qabiliyyəti də var. Əbədiyaşar poeziya fəlsəfəçilikdən uzaq poeziyadır, aforizm miqyasında yox, həqiqət miqyasında fəlsəfidir. Bu məqalə də Aqşini poeziyaya qaytarmaq kimi bir missiyaya xidmət edir.

https://www.facebook.com/QanTurali

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021