“Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadılıb

“Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadılıb
30 aprel 2021
# 18:00

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadılıb.

Bu barədə ittifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev açıqlamasında bildirib.

“Ssenari müsabiqəsi fevralın 1-dən aprelin 30-dək elan edilmişdi. Baxmayaraq ki, kifayət qədər ssenarilər ittifaqa daxil olub, amma qurumun idarə heyətinin qərarı ilə ölkədə davam edən pandemiya şəraiti, bundan əlavə ölkəmizin müxtəlif bölgələrindən ssenari yazmaq istəyən və ya hələ ssenarisini yazıb bitirə bilməyən şəxslərin xahişini nəzərə alaraq müsabiqənin vaxtı mayın 31-dək uzadılır.

Daha sonra Əli Vəliyev qeyd edib ki, müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edəcək: “Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər ekranlaşdırılmaqla yanaşı, pul mükafatı və diplomla təltif olunacaq. Belə ki, “Ən yaxşı bədii film” ssenarisinə 5 min, “Ən yaxşı sənədli film” ssenarisinə 3 min 500, “Ən yaxşı qısametrajlı film” ssenarisinə 3 min, “Ən yaxşı animasiya film” ssenarisinə 2 min manat pul mükafatı təqdim olunacaq”.

Məlumat üçün bildirək ki, ssenari müsabiqəsinin qaydaları ilə bağlı bundan əvvəl açıqlamalar verilib. Yenidən tanış olmaq istəyənlər qurumun arki.az saytına daxil olaraq məlumat ala bilərlər.

Qeyd edək ki, ssenarilər mayın 31-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməli və ya şəxsən təqdim edilməlidir. /azertag.az/

# 3033 dəfə oxunub

Oxşar xəbərlər

Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

10:20 4 sentyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

17:40 3 sentyabr 2026
"Spider-Man: Brand New Day" "Titanik"i geridə qoydu

"Spider-Man: Brand New Day" "Titanik"i geridə qoydu

12:20 3 sentyabr 2026
Yeddi illik fasilədən sonra yeni "Pokemon" filmi gəlir

Yeddi illik fasilədən sonra yeni "Pokemon" filmi gəlir

11:40 3 sentyabr 2026
Məşhur "13-cü cümə" qorxu filminin ssenaristi vəfat etdi

Məşhur "13-cü cümə" qorxu filminin ssenaristi vəfat etdi

11:00 3 sentyabr 2026
"Üzüklərin hökmdarı" fanatları tərəfindən böyüklər üçün "hobbit kəndi" açıldı

"Üzüklərin hökmdarı" fanatları tərəfindən böyüklər üçün "hobbit kəndi" açıldı

10:00 3 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər