Otağımda çarmıxa çəkilmiş qadın bədəni – Malik Atilaydan yeni şeirlər

Otağımda çarmıxa çəkilmiş qadın bədəni – Malik Atilaydan yeni şeirlər
3 mart 2021
# 09:00

Kulis.az müasir döv Azərbaycan ədəbiyyatının tanınan imzalarından olan Malik Atilayın yeni şeirlıərini təqdim edir. Xatırladaq ki, Malik Atilay uğurlu şeir silsilələrinə görə saytımız tərəfindən 2019-cu ilin şairi seçilmişdi...

Ümidsiz şəhərin küləyi

Tərsinə çevrilmiş tısbağa kimi
Ümidsiz şəhərdir Bakı
Xəzri
Köhnə darvazatək silkələyir şəhəri
Uzaq ellərdən vacib xəbər gətirən qasid kimi
Burda
Ümidin bir azını sabaha saxlayırıq
Axşamdan bişən yemək kimi
Burda
İntihar etmiş adamın
Sahildə soyunduğu çəkmələrdir zaman.

Kimə nə bu günahdan

Göy üzü hər səhər
Doğuş masasındakı qadın kimi
Yeni günəş doğur dünya üçün
Bizə nə bu günəşdən?

"Xəstəniz yaşayacaq" deyir həkim
"Allah Kərimdir" deyir molla
Hərəsi bir başqa yolla
Ümid əkir
Kədərlə minalanmış ruhlara
Bizə nə bu ümiddən?

Zamanı gəldikdə çürük diş kimi
Hər gün başqa biri
Düşür həyatın ağzından
Bizə nə bu ölümdən?

Sən varsan
Orta əsrlərin Avropası kimi qaranlıq otağımda
Günahkar rahibətək
Çarmıxa çəkilib bədənin
Kimə nə bu günahdan?

Kim bilir

Bıçaq dəyən yerlərindən kürəyinin
Qanadların çıxar bəlkə,
Kim bilir

Qartoputək daşa dəyib
Şüşə kimi çiliklənən ürəyinin,
Bir parçasına əksim düşər
Kim bilir

Sonuncu dəfə Bakı küçələrindən keçən
Tramvay yorğunluğuyla
Eyni arzu keçər ürəyimizdən

Suya düşmüş xəyalların paradı

Başucundakı divara cızıq ataraq
Çəkəcəyi cəzanın hesabını tutan dustaq kimi
Ürəyində suya düşmüş xəyalların paradı var

İlk cızıq atandan yadigardı ürəyində
Səni necə tərk etmişdi xatırlayırsan?
Gələcəyim demişdi
O gün gözləyə-gözləyə öyrənmişdin
Həyatın ağzından tikə kimi torpağa düşən
heç kəs geri gəlmir

Ananı itirdiyin gecə
Heç xəbərin olmamışdı yan otaqda
Bir yuxudan daha dərin yuxuya adlayan qadından
O gündən sayı-hesabı yox
ömrünə qar kimi enən ağrıların, dərdlərin
O gündən ürəyin mil-mil şagird dəftəri...

# 6234 dəfə oxunub

Oxşar xəbərlər

Güzgüdə özündən başqa heç nə görməyənlər - Onlar niyə sevməyi bacarmır?

Güzgüdə özündən başqa heç nə görməyənlər - Onlar niyə sevməyi bacarmır?

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

15:19 15 iyul 2026
“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

“Çılpaq şəkildə, tamamilə dəhşətli hala düşmüşdüm” - Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər