Bu filmlərə ağlamadan baxmaq olmur - Siyahı

Bu filmlərə ağlamadan baxmaq olmur - Siyahı
26 fevral 2021
# 17:01

Kulis.az Xocalı faciəsindən bəhs edən Azərbaycan filmlərini təqdim edir:

“Fəryad” Qarabağ müharibəsindən bəhs edən ən təsirli filmlərdən biridir. Real faktlar əsasında ekranlaşdırılan filmin rejissoru Ceyhun Mirzəyev, ssenari müəllifi Xalq artisti Vaqif Mustafayevdir. Filmdə baş rollarda Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Sənubər İskəndərli çəkilib.

“Haray” bədii filmi də Xocalı faciəsi haqqındadır. Filmdə bacı-qardaşın düşmən əhatəsindən çıxmaq üçün olmazın əzablara qatlaşmalarından bəhs olunur. Filmin çəkilişlərinə Xocalıda baş verən faciədən üç ay sonra başlanıb. Filmin rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, ssenari müəllifləri isə Nüşabə Məmmədova və Eldəniz Quliyevdir.

1998-ci ildə rejissor Mərahim Fərzəlibəyovun Ağarəhim Rəhimovun ssenarisi əsasında ekranlaşdırdığı “Qırmızı qar” filmində də o dəhşətli gecədə Xocalıdan əsir düşən şəxslərin başlarına gətirilən işgəncələrdən bəhs olunur. Filmdə baş rollarda Xalq artistləri Məleykə Əsədova, Sabir Məmmədov, Hüsniyyə Mürvətova çəkilib.

2012-ci ildə ekranlaşdırılan “Xoca” bədii filmi də Xocalıda və Bakıda cərəyan edən hadisələrdən bəhs edən filmdir. Filimin ssenari müəllifi və rejissoru Vaqif Mustafayevdir.

2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çəkilən “Kağız qəbir” filmində Xocalıda baş verən dəhşətli faciəyə diqqət çəkilib. Filmin ssenari müəlifi və rejissoru Elçin Arifoğludur.

2021- ci ildə “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Məryəm film” studiyasının çəkdiyi “Xocalının ikonası” qısametrajlı film 1992- ci il 26 fevralda Xocalıda öldürülən 5 yaşlı naməlum qızcığaza həsr olunub.

# 4409 dəfə oxunub

Oxşar xəbərlər

İllər sonra eyni filmdə çəkiləcəklər

İllər sonra eyni filmdə çəkiləcəklər

15:35 18 iyul 2025
"Kardeş takımı 3"ün çəkilişləri başladı

"Kardeş takımı 3"ün çəkilişləri başladı

15:52 17 iyul 2025
“Pəncərə” filmi niyə tamaşaçı qazana bilmədi? - Məşhur filmin kadrarxası

“Pəncərə” filmi niyə tamaşaçı qazana bilmədi? - Məşhur filmin kadrarxası

14:48 17 iyul 2025
Hayli Stinfild və Mayls Teller eyni layihədə

Hayli Stinfild və Mayls Teller eyni layihədə

12:10 17 iyul 2025
Kameron Diazın yeni filmi açıqlandı

Kameron Diazın yeni filmi açıqlandı

11:40 17 iyul 2025
Məşhur roman əsasında film çəkiləcək

Məşhur roman əsasında film çəkiləcək

11:00 17 iyul 2025
#
#
# # #