news-inner
clock11:54 calendar-gray 25 Fevral 2021 view-gray1247 dəfə oxunub
view-gray1247 dəfə oxunub

Rəsulzadənin doğum tarixini yanlış bilirik: İlginc arxiv materialları - Foto

Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənın atası Axund Hacı Molla Əli Əkbər Rəsulzadə haqqında Dövlət Tarix Arxivinin 290 nömrəli fondunda qorunan bəzi faktları diqqətinizə çatdırırq. Faktları Kulis.az -a Əməkdar müəllim, türkoloq Nazim Nəsrəddinov təqdim edib.

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindəki 290 nömrəli Fondda Zaqafqaziya Şiə Ruhani İdarəsinə aid materiallar saxlanılır. Bu fond uzun illər boyu bir növ kölgədə qalmış, ondan nadir hallarda istifadə olunub.

Artıq neçə illərdir ki, 290 nömrəli fondun materialları tədqiqatçılar tərəfindən böyük maraq və həvəslə öyrənilir.

Təəssüf ki, tariximizin XIX və XX əsrlərinə aid ictimai-siyasi, bədii -fəlsəfi həyatının müəyyən mərhələlərini öyrənmək baxımından buradakı minlərlə arxiv materialları hələ də öz diqqətli, faktlarla işləməyi bacaran, dərin analitik təfəkkür tərzli tədqiqatçılarını gözləyir.

Arxivdə maarifçilik və dil materiallarına aid sənədlər üzərində işləyərkən, görkəmli maarifçi din xadimlərinin həyat və yaradıcılığını öyrənərkən Rəsulzadə soyadına rast gəldim. Bu ad mənə tanışdır. Babamın da, oğlumun da adı Rəsuldur.

Oxucuları intizardan qaytarmaq üçün deyim ki, söhbət Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadənin (1884-1955) atasından gedir.

Materiallarla tanışlıq üçün arxivə sifariş verdim: 290 nömrəli fond, saxlama vahidi - 2266

Cəmisi 10 səhifədir. Lakin bu səhifələrdə yatan tariximiz əvəzsiz mənbədir.

Sənədlər toplusunun tərcüməsi belədir: "Bakı Quberniya Şiə Məclisinin üzvü AXUND MOLLA HACI AĞA: FORMULYAR SİYAHISI -17 mart 1901-ci ildə tərtib olunub

Formulyar siyahıdan məlum olur ki, Molla Ağa (Axund Hacı Molla Əli Əkbər Rəsulzadə Bakı Quberniya Şiə Məclisinin üzvüdür, 54 yaşı var, şiə təriqətinə mənsubdur. Fərqlənmə nişanı yoxdur. İldə 300 rubl maaş alır. (365 gündə... Məhəmməd anadan olan il -366 gün idi, uzun fevrallı il idi, il 4 rəqəminə qalıqsız bölünürdü).

Formulyar siyahıda Axund Molla Ağanın ruhani zümrəsindən olması və ailənin ata-baba mülkü haqqında da məlumat var: Bakının Spasski küçəsində 155 nömrəli evdə qardaşları ilə şərikli mülkü - evi və həyəti var. Axundun Bakıda Xoca Həsən küçəsində (N 29) ayrıca evi və həyəti də var.

Bakıda ev tərbiyə və təhsili alıb (xüsusi məktəb bitirməyib - N.N)

Bakı qubernatorunun 7 may 1888-ci il tarixli 7088 nömrəli əmri ilə Hacı Pirverdi məscidinə prixod mollası təyin olunub.

Elə həmin qubernatorun 02 noyabr 1892-ci il tarixli 1692 nömrəli əmri ilə Bakı Quberniya Şiə Məclisinin üzvü təyin olunub.

Formulyar siyahıda Axund Hacı Molla Ağanın (Axund Hacı Molla Əli Əkbərin ailə vəziyyətindən də danışlır: arvadı Bakı sakini ZİNƏT XAHIM MƏŞƏDİ ZAL qızıdır.

Oğlu MƏHƏMMƏD ƏMİN 29 fevral 1884 -cü ildə, Qızı Şəhrəbanu isə 9 sentyabr 1888-ci ildə anadan olub.

Maraqlıdır ki, M.Ə. Rəsulzadənin təvəllüdü bütün mənbələrdə 31 yanvar 1884-cü il göstərilir.

Aşkarladığımız yeni sənədlər, yəni Məmməd Əmin Rəsulzadənin 29 fevral 1884-cü ildə anadan doğulduğu faktı Azərbaycan Demokratik Respublikası Milli Şurasının sədrini düz bir ay cavanlaşdırır.

(29 fevral 1884, Novxanı, Bakı - 6 mart 1955, Ankara)

M.Ə. Rəsulzadənin atası müəllimlərin müəllimi olub. Bunu deməyə əsasımız var:

12 fevral 1908-ci ildə Şamaxı şəhər sakini, bizim dədə-baba məhəlləmiz Şıxzərlinin aşağısındakı Sarıtorpaq məhəlləsinin 48 yaşlı sakini MİRZƏ ƏLƏKBƏR MƏŞƏDİ ZEYNAL OĞLU yaxşı yaşamaq üçün müəllimlik fikrinə düşür.

O, müəllimlik attestatı almaq niyyəti ilə Bakı Quberniyası Şiə Məclisi Ruhani İdarəsində imtahan verir.

Ədəbiyyat tariximizdə və eləcə də ictimai fikir tariximizdə dədə-baba adı ilə yox, Sabir kimi tanınan Mirzə Ələkbər Məşədi Zeynal oğlunu imtahan edən 3 nəfərdən biri M.Ə.Rəsulzadənin atası Axund Hacı Molla Ağa idi. Onun Axund Hacı Molla Ələkbər adını da yadda saxlayın.

news-inner-user

18420 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub
15:30 12 Aprel 2021
Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib
14:50 12 Aprel 2021
17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadın
14:22 12 Aprel 2021
Arzuları güllələnən uşaqlar – Yeni şeirlər
13:30 12 Aprel 2021
Azərbaycanlı şairə ağır itki üz verib
12:45 12 Aprel 2021
Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
12:14 12 Aprel 2021
Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
11:38 12 Aprel 2021
“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar
11:30 12 Aprel 2021
Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi
10:57 12 Aprel 2021
Xalq rəsamımız Türkiyə televiziyasında
10:23 12 Aprel 2021
Entoni Hopkins BAFTA mükafatına layiq görüldü
09:45 12 Aprel 2021
Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə
09:01 12 Aprel 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
10:30 11 Aprel 2021
Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq
17:01 10 Aprel 2021
Ax tı maşennik - Haqverdiyevin hekayəsi
16:39 10 Aprel 2021
Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021