news-inner
clock17:34 calendar-gray 04 Mart 2021 view-gray1918 dəfə oxunub
view-gray1918 dəfə oxunub

İsa peyğəmbər öldürülməyib: Bunu Quran da təsdiq edir

Kulis.az Elşad Mirinin “Əli-İmran” surəsi ilə bağlı yazdığı geniş məqalənin öldürülməsi iddia edilən peyğəmbərlərlə bağlı hissəsini təqdim edir.

Ümumilikdə Quranın 9 ayəsində peyğəmbərlərin, elçilərin "öldürülmələrindən" bəhs edilir. Ayələrin üçündə İsrail oğullarının elçilərin (rəsulların), beşində peyğəmbərlərin (nəbilərin) haqlı səbəb olmadığı halda öldürmələri qeyd edilir. Şərh etməyə çalışdığımız ayədə isə ümumi ifadə işlədilərək peyğəmbərlərin və haqqa-ədalətə çağıran, həqiqətdən uzaqlaşmamağı istəyənlərin öldürüldüyü bildirilir.

Qeyd edək ki, Allah hər xalqa öz aralarından peyğəmbər təyin edib. Hər peyğəmbərinə kitab verib. Həmin kitab vasitəsilə insanları xəbərdar etmələri və orada yazılanları yerinə yetirənləri müjdələmələri tələb edilib. Peyğəmbərlərin gətirdiklərini mənfəətlərinə zidd olduğu üçün arı pətəyinə çomaq salmaq kimi qəbul edənlər nəbiləri, rəsulları öldürürlər, yəni həmin kitabı gətirəni, həm də kitabın özünü "hörmətdən salmağa" çalışırlar. Bu ayələrdə "öldümək" sözünə niyə "etibarsızlaşdırmaq" mənasını verdiyimizi bilmək üçün ayədəki feillərə diqqətlə nəzər yetirək.

Quran tərcümələrinin demək olar ki, hamısında "Ali-İmran" surəsinin bu ayəsi "peyğəmbərlərin və haqqa çağıranların öldürülməsi" kimi tərcümə olunub. Ayənin axırında isə Peyğəmbərə bunu edənlərə "acı verən əzabı müjdələməsi" əmr edilir. Lakin Muhəmməd peyğəmbər kimi "müjdələyəcəkdi"? Axı onun qarşısında peyğəmbəri öldürənlər yox idi. Əgər vaxtilə kiminsə ata-babaları bu işi həyata keçirmişdisə, bunun onların nəslindən gələnlərə hansısa aidiyyatı ola bilərdimi? Allah heç bir günahkarın başqasının günah yükünü daşımayacağını bildirir. Elə isə ayədəki "öldürmək" hansı mənaya gəlir? Burada məcaz ola bilərmi? Bu peyğəmbərliyi öldürmək mənasına gələ bilərmi?

Quran tərcümələrinin əksəriyyətində bu cür ayələrin peyğəmbərlərin öldürülməsi kimi mənalandırılmasının səbəbi ayənin əslindəki "qa-ta-lə" feilidir. Bu feil "öldürmək" mənasını versə də, həmin sözün "zəlil hala gətirmək", "dəyərsizləşdirmək", "etibarsızlaşdırmaq" kimi mənaları da var. Bundan başqa, ayədə "öldürmək" mənası verilən "qatalə" feili keçmiş zamanda işlədilmir, əksinə, feil həm indiki, həm də gələcək mənası verən və davamlılıq bildirən zamanda (يَقْتُلُونَ) istifadə edilir. Hər birimiz bilirik ki, Muhəmməd peyğəmbər həm peyğəmbərlərin sonuncusudur, gələcəkdə olması da mümkün deyil, həm də onun dövründə başqa heç bir peyğəmbər olmayıb ki, öldürülsün. Heç kim peyğəmbərləri öldürə bilməzdi, çünki Allah onların canlarının təhlükəsizliyinə təminat verib ("Ənbiya" surəsi, 21/9). Peyğəmbərlərin günahlardan qorunacaqlarına, sorğu-sualsız cənnətə daxil ediləcəklərinə dair isə heç bir zəmanət verməyib ("Əhqaf" surəsi, 46/9 "Zumər" surəsi, 39/65-66).

Burada sual yarana bilər ki, bəs İsa, Yəhya, Zəkəriyyə peyğəmbərlərin öldürülməsinə nə deyəcəksiniz? Birincisi, İsa peyğəmbərin öldürüldüyü iddiasını Allah şəxsən Özü təkzib edir ("Nisə" surəsi, 4/157). Yəhya peyğəmbərin öldürülməsinə dair dörd İncil kitabının ikisində, "Matta"nın və "Mark"ın İncillərində məlumat var.

İncilin iki kitabında, Mattanın və Markın İncilində Kral Hirodun (Romanın təyinatı ilə yəhudiləri idarə etmiş sülalənin ümumi adıdır) qardaşı Filipin arvadı Hirodiadaya görə Yəhya peyğəmbərin başını kəsdirdiyi iddia edilir ("Matta" İncili 14/1-12; "Mark" İncili 6/21-29). Lakin "Lukanın" və "Yəhyanın" İncilində bu cür iddia yoxdur. Quranda da oxşar iddiaya rast gələ bilməzsiniz. Quranın "Məryəm" surəsinin 14-cü və 15-ci ayələrində Yəhya peyğəmbər üçün "doğulduğu gün və öldüyü gün" ifadəsi işlədilir. Eyni surənin 33-cü ayəsində İsa peyğəmbər üçün də eyni cümlə istifadə edilir. Buradan aydın olur ki, Yəhya peyğəmbər də İsa peyğəmbər kimi öldürülməyib, çünki ayədə hər ikisinin öldürüldüyü gün deyil, məhz öləcəyi gün xüsusi vurğulanır.

Bundan başqa, yəhudi və xristian mənbələrində rast gəlməməyimizə baxmayaraq, təəssüflər olsun ki, bəzi müsəlmanlar Zəkəriyyə peyğəmbərin də öldürüldüyünü iddia edirlər.

Bütün bunlardan aydın olur ki, ayələrdə nəbini və rəsulu öldürmək həm peyğəmbərliyi, həm də onun gətirdiyini dəyərsizləşdirmək mənasına gəlir. Onları dəyərsizləşdirənlər, etibarsızlaş­dırmağa çalışanlar "Bəqərə" surəsinin 78-79-cu ayələrində qeyd edilən kitab yazanlar, ona müvəqqəti mənfəət üçün "Bu, Allah qatındandır" deyənlərdir. Peyğəmbərləri etibarsızlaşdırmaq isə iki formada həyata keçirilir, ya onları ucaldaraq, tanrı səviyyəsinə yüksəldərək, ya da müxtəlif böhtanlarla hörmətdən salaraq...

Məsələn, Quran ayələrindəki nəbi və rəsul, yəni peyğəmbər və elçi sözlərinin mənaları bir-birinə qarışdırıldığı üçün bu məsələdə də ciddi səhvlər var. Muhəmməd peyğəmbərin nəbi olaraq dediyi sözlər rəsul olaraq dediyi sözlərlə qarışdırıldığı üçün müəyyən çaşqınlıqlar yaşanır. Bilərək və ya bilməyərək Muhəmməd peyğəmbəri də sanki tanrılaşdıraraq etibarsızlaşdırmağa çalışırlar. Onun nəbi olaraq dediyi sözləri Allahın vəhyi olaraq qəbul edib, Allahın dininə paralel ikinci din formalaşdırırlar.

Müşahidələr göstərir ki, etibarsızlaşdırma, hörmətdən salma, dəyərsizləşdirmə kimi fəaliyyətlər hazırda da müxtəlif formatlarda davam etdirilir.

news-inner-user

18422 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Brilliant əl” filminin aktrisası evində ölü tapıldı
16:45 12 Aprel 2021
Məşhur aktyor vəfat etdi
16:11 12 Aprel 2021
Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub
15:30 12 Aprel 2021
Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib
14:50 12 Aprel 2021
17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadın
14:22 12 Aprel 2021
Arzuları güllələnən uşaqlar – Yeni şeirlər
13:30 12 Aprel 2021
Azərbaycanlı şairə ağır itki üz verib
12:45 12 Aprel 2021
Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
12:14 12 Aprel 2021
Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
11:38 12 Aprel 2021
“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar
11:30 12 Aprel 2021
Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi
10:57 12 Aprel 2021
Xalq rəsamımız Türkiyə televiziyasında
10:23 12 Aprel 2021
Entoni Hopkins BAFTA mükafatına layiq görüldü
09:45 12 Aprel 2021
Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə
09:01 12 Aprel 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
10:30 11 Aprel 2021
Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq
17:01 10 Aprel 2021
Ax tı maşennik - Haqverdiyevin hekayəsi
16:39 10 Aprel 2021
Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021