writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

537
clock11:46 calendar-gray 24 Dekabr 2012 view-gray1134 dəfə oxunub
view-gray1134 dəfə oxunub

Bu dünya dağılacaq günün birində

21 dekabrı geridə buraxdıq. Artıq qiyamət ajiotajı bizə gülməli gələ, arada xatırlayıb gülə bilərik. Amma etiraf edək ki, hamımız çətin bir durum qarşısındaydıq.

İnananlar heç, onların məsələsi aydındı. Böyük bir qorxu içində, təhlükəsiz məntəqələrinin axtarışında idilər. Həmin gün, misal üçün Şirincədə olmağa görə səxavətlə dollarlarından keçdilər.

Şübhə edənlər. Onları da gördük. Yenə də qorxu içində şam, konserv alır, ehtiyat görürdülər. Nə olar, nə olmaz deyə.

İnanmayanlar isə. Onlar gülüb keçirdilər. Bununla belə dünyanın nə vaxtsa dağıla biləcəyi qorxusu da onların ağlından keçmirdimi? Olsun ki, mayyaların öncəgörmələrinə inanmırdılar, olsun ki, qiyamət gününün varlığını qəbul etmirdilər, amma dünyanın nə vaxtsa dağıla biləcəyini ki, istisna etmirdilər. O gün 21 dekabr da ola bilərdi, əlbəttə.

Dünyanın dağılması fikri, qiyamət fikri, qlobal katastrof fikri bütün dövrlərdə aktual olub. İbtidai qəbilələrdən, ta böyük sivilizasiyalara qədər. “Nuh tufanı” hansı toplumun mifologiyasında yoxdur ki. Afrikada bütlərə tapınanlardan tutmuş İslam dininin mənsublarına qədər bütün dinlərdə.

Üstəlik elmi fərziyyələr də dünyanın dağılmayacağını inkar etmir. Günün birində bir azman meteorid yerlə toqquşarsa....

Heç bir zaman qiyamət fikri bu qədər qlobal olmamışdı. Bəlkə nə vaxtsa Avstraliya aborigenləri dünyanın dağılacağı qorxusu ilə yaşamışdılar. Hətta bəlkə onların da məişətlərinə uyğun tədarükləri olubmuş. Amma bu zaman Amerikadakı asteklər şad-xürrəm idilər. Onların Avstraliyadakı dəhşətdən xəbərləri yox idi.

Bu dəfə isə tamam başqa cür oldu. Dünyanın hər bir nöqtəsində qiyamət təhlükəsi yaşandı. Bəşəriyyət hələ belə bir qlobal qorxu yaşamamışdı. Bu ilk oldu.

Bir anlıq düşünək. Nə vaxtsa belə fantaziya gerçək olarsa? Ya dünyanın dağılması haqqında fantastik filmlər gerçəyə çevrilərsə?

Bizim kimi üçüncü dünya ölkələrində insanların başı fərdi fəlakətlərinə qarışmışkən qlobal fəlakətləri düşünməzlər. Absurd gələ bilər bizə. Qlobal istiləşmə, zəlzələ təhlükələri, tropik meşələrin qırılması, radioaktiv tullantıların dünyanı zəhərləməsi, atmosferin çirklənməsi, ozon qatının deşilməsi.

Bizim üçün bunlar önəmsənən problemlər olmaya bilər. Sosial problemlərin əlində boğulan biri üçün dünyanın “Nuhun tufanı”nda boğulması gülünc, əhəmiyyətsiz bir şey kimi gələ bilər.

Amma dünyanın harasındasa, avtobus basabasında evə gəlmək, qaz pulunu vaxtında keçirmək, axşamdan təmizlədiyi pal-paltarının sabah şəhərin donuz ağnayan palçıqlı küçələrində bulanacağı dərdi olmayan insanlar üçün bu olduqca ciddi problemdir.

Bu dünya dağılacaq günün birində. Məhz buna görə də 21 dekabr bəşəriyyət üçün əməlli-başlı təlim oldu.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Rasim Balayevin bağışlanmaz səhvi
11:15 23 Avqust 2019
Filmimiz beynəlxalq film festivalının qalibi olub
10:36 23 Avqust 2019
Rasim Balayev: “Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar” - Müsahibə
09:57 23 Avqust 2019
İran Oskara maraqlı bir filmlə qatılacaq: “Fəridənin sorağında”
09:36 23 Avqust 2019
Ərə getdiyi kişi bir il keçməmiş ölür – Bircənin Romanı
09:00 23 Avqust 2019
Elçibəyin oğlu: “Atamı çox qınamışam” - Müsahibə
21:01 22 Avqust 2019
Oğru şairlər: Yafəs Türksəs və başqaları...
19:04 22 Avqust 2019
“Manqurt” nümayiş ediləcək
16:02 22 Avqust 2019
Həsən Turabovun öz qızına faciəvi münasibəti - Sevda qadın haqları və erkən nikahlardan yazır...
15:13 22 Avqust 2019
Karikatura müsabiqəsi başa çatıb - Fotolar
14:51 22 Avqust 2019
Səni sevdiklərin daş-qalaq eylər... - Günün Şeiri
14:07 22 Avqust 2019
Şeir yazmağın mənasızlığı
13:22 22 Avqust 2019
Nəsiminin son sözü kəlmeyi-şəhadət olub – Müsahibə
12:42 22 Avqust 2019
Pelevindən yeni kitab gəlir
12:00 22 Avqust 2019
İşğaldakı evinin açarlarını saxlayan atam
11:22 22 Avqust 2019
Tarantino ata olacaq
10:42 22 Avqust 2019
Millət vəkili Firudin Qurbansoydan yazdı: "Bütpərəst qaragüruhu düşüb meydana..."
10:01 22 Avqust 2019
Avropa inəyinə görə kəndlə düşmən olan azərbaycanlı
09:00 22 Avqust 2019
Onunla son danışığımız
08:31 22 Avqust 2019
“Səni heç kim kinoya çəkməz, Nikulin!”
21:00 21 Avqust 2019