writer1

Səbuhi Məmmədli

Məqalə sayı

45
clock13:17 calendar-gray 17 Dekabr 2012 view-gray2930 dəfə oxunub
view-gray2930 dəfə oxunub

"Ya Allah, səndə artıq Elçin olmaz?"

“Yarpaq tökümü” Adil Qaçayoğludan başladı, hamımızın “Adil müəllim” çağırdığımız ustaddan.

Davamını Məmməd Nazimoğlu gətirdi.

Zamanların “Çayçı Məhəmməd”i.

Sonra Elçin getdi: “fil”.

Artıq üçüncü ildir ki, vaxtı ilə işlətdiyi 050 346-50-00 nömrəli telefona cavab vermir. Düzdür, zəng çatacaq, amma cavab verən Elçin olmayacaq.

Düz üç ildir ki, “Bağdan bağlantı”da kəsilib.

Elçin ömrünün sonlarına yaxın bağda yaşayırdı, Buzovnada, təkcə. Elə yazılarına da “Bağdan bağlantı” adı qoyub göndərirdi qəzetlərə.

Hə, qəzetlərə. Elçin hara gəldi yazırdı son vaxtlar. Ömrünün neçə ilini verdiyi “Azadlıq” qəzetindən də küsmüşdü. Amma nəşriyyata gələndə, o lənətə gəlmiş bufetdən sonra dinməzcə “Azadlıq”a qalxardı.

Elçin gözümüzün önündə saralıb, solub gedirdi.

Elçinin şirəsini bax, elə həmin bağdakı nar, hə, oktyabr ayından ağacda ilişib qalmış o nar sorub çıxarırdı.

Nar şirələndikcə, Elçin quruyurdu.

“Hər səhər durub özümə söz verirəm ki, bitdi, içmək qurtardı, içməyəcəm. Amma ağacdan sallanıb qalmış o narı görən kimi dayana bilmirəm. Elə bir mənə ələ salırdı, günü gündən də sulanır, şirələnirdi. Bir dəfə istədim qopardım. Əlim gəlmədi. Dedim, qoy qalsın, 31-i günü, Yeni il qabağı qopardacam”,-deyirdi, Elçin.

Elçin həmin narın ağacdan qopduğu günü görmədi, ondan əvvəl qopub, düşdü.

Elçini dostları, hər gün onlarla birgə nəşriyyatda istemal etdiyi o lənətə gəlmiş “Men” öldürdü, deyirlər.

Amma yox, Elçini sadəcə biganəlik öldürdü.

Elçini döndərən olmadı o yoldan...

Yadıma gəlir, bir dəfə “Ədalət”ə, İradə Tuncaya yazı gətirmişdi. Yazını verən kimi qonorarını istədi. Aldı, getdi. Bəlkə də heç üçcə cümlə oxumamışdı. Kövrəldi İradə xanım. “Bu adam özünü niyə məhv edir?”

Cavab tapa bilmirdim.

Çünki halım, Elçinin halı idi.

Dönə bildim.

Elçini dönə bilmədi, nəşriyyatdan üzü o yana getdi…

…Sonra nə oldu? Sonra heç nə. Mən bir yazı yazdım, Hikmət yazdı, Alya yazdı…

Rövşən hətta xüsusi buraxılış belə buraxdı.

Hə, nə olsun. Elçin ki geri qayıtmadı…

“Xatirələrimizdə yaşayacaq”. Pafosdur, boş sözlərdir. İnsan olmayandan sonra, ha yaşasın xatirələrdə. İnsan dünyaya xatirələrdə yaşamaq üçün gəlməyib axı, yaşamaq üçün gəlib. Yaşamaq isə doğrudan da gözəldir.

Bax, Elçinə bunu, adidən də adi bir həqiqəti başa sala bilmədik.

Bircə başa düşsəydi…

“Səndə artıq on manat olmaz?”

Bəzən dostlardan ərkyana pul istəyərdi.

Beləcə zarafatla.

Və heç kim də xətrinə dəyməzdi.

Bizdə on manat olurdu. Və xətrinə də dəymirdik, amma qəsdinə durduğumuzun da fərqində deyildik.

Səndə artıq on manat olmaz?

Olar!

Görəsən səndə necə, ya Allah, artıq Elçin olmaz?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020