news-inner
clock12:34 calendar-gray 04 Noyabr 2020 view-gray562 dəfə oxunub
view-gray562 dəfə oxunub

Mərmiləri islatmışdı quşların səsi – Allahşükürdən müharibə şeirləri

Kulis.az gənc şair Allahşükür Ağanın müharibə şeirlərini təqdim edir.

Balan sağdı

Gecələrin ulartısına qoşulub getmək,
Yazdan qışa,
Qışdan payıza, yaya
Qəfil düşüb,
Uzaqlığın üzündən öpüb,
Bir durna səsi tək yerə
Enmək, necə gözəldi.

Daş kimi yox,
Bir az yayına-yayına,
Yellənə-yellənə
Bir şəhid atasının qulağına düşmək:
- Balan sağdı,
Gələcək,
Qurbanlığını hazırla - söyləmək,
Necə gözəldi.

Ulduzların işığına qoşulub getmək,
Yığışmaq yer üzündən,
əl-ayağını,
ağırlığnı çəkmək yer üzündən.
Lap acıqca dan üzünü dişləmək,
Qan süzülsün yanağından səs kimi.
O səs ensin bir səhər tamarzı qulaqlara:
Müharibə bitdi, müharibə bitdi -
Nə gözəl!

Bu səsi gətirmək üçün
getmək istəyirəm uzaqlara...

Tək oğlu şəhid kimi gələndə...

Təyyarələr uçub gedir Avropaya,
Afrikaya, Amerikaya,
Qarabağı həll eləməyə
Guya bizə qaytarmağa
Guya bizə verməyə.

Əli diplomatlılar,
Atlılar, qanadlılar,
Bir təyyarədən düşür, birinə minir,
Sürətlə qaçır,
Yeriyir, tələsir,
Amma gülür....
Gözəl gülməkləri var,
Xarici işlər nazirlərinin.
Gedirlər uzağa,
Uzana-uzana,
Qarabağdan ay qədər uzaqlarda
Qarabağdan danışmağa,
Danışırlar,
Barışırlar,
Qaşıyırlar,
Qan çıxmır yenə də.
Ancaq Qarabağa biri də gəlmir,
Bilmir müharibə kimlər arasında gedir,
Kim kimi işğal eləyib,
Kim kimin ölkəsindədir?

Elə ki, xalq hirslənir,
Ya da özlərinin əbədi vərdişləri oyanır,
Pendir kəsməyən dişləri qıcanır,
Gedirlər Qarabağdan danışmağa...
Xalqların başın qatmağa,
Dünyanı aldatmağa,
O günü bir ata
dəli oldu bizim kənddə,
tək oğlu şəhid kimi gələndə,
xarici işlər nazirləri güləndə...

Tankçı

Mənim çiçəklərimi
Küləklər apardı kiməsə.
Aparıb taxdı
bir tank lüləsinə deyəsən...

Quşlar da uçub doluşdular
tank lüləsinə.
Çiçəklərin xətrinə
orda yuva qurdular deyəsən.

Bir azdan səs gəldi -
Sarı dimdiklərin səsi...

Gör axırda tankçı neylədi?
Yığıb şələ-şüləsini
Getdi hərbi hissəyə.
Elə bircə kəlmə deyə bildi:
Biz məğlub olduq...
Mərmiləri islatmışdı
Quşların səsi.

Bayraq şəkli

Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.

Mən bayraq çəksəydim
o uşağın şəklini vurardım
Bütün ölkələrin bayraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını elə çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
İşğalçı generallar döşlərindəki ordenləri
Bir an içində qoparıb atardılar.

Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və müharibədə uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.

Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim...

Səs salmayın

Xəbər gözləyən nənəm,
Çoxdandı dayanıb
Bir səsin nişanında.
Qorxuram həyətdəki
Uşaqların ağzından
Bir səs çıxıb
Gedib dəyə nənəmə.

Kababı köz öldürər,
İgidi söz öldürər,
Babamı güllə öldürdü,
Nənəmi səs öldürər.
Siz allah, səs salmayın...

Top kimi

Hələ yanımızda
Uşaqlar ölürsə,
Biz ancaq dəfn etməyi bacarırıqsa,
Sonra heç nə olmamış kimi
Hələ mahnı oxuyuruqsa
Demək sevmək yalanmış...

Anaların döşündə ağlayır
Və ağrıyır süd.
İtir, diyirlənir evin içində
Süd şüşələri,
Dərindən fikir versən
Südün uşaq üsyanı
Daha ciddidir,
Bizim
Mənasız şeirlərimizdən.

Balaca körpələr, əgər bilsəydilər,
Müharibə nədir,
Vuruşan ölkələrin adı nədir?
Məni bu qədər yandırmazdı,
Bəlkə.
Onlar elə bilirlər ki, bu, bir oyundur,
Bir-birinə top atmaq yəni.
Sonra da o topu qaytarmaq yəni.

525-ci Qəzet - Uşaqlıqdan ayrılmayan şair - Allahşükür Ağa

news-inner-user

17190 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Gələn il Ağdamda özümə toy edəcəm – Aqil Abbas yazır...
21:49 03 Dekabr 2020
Aktrisa evində ölü tapıldı
18:57 03 Dekabr 2020
İşğaldan azad edilmiş rayonların kitabxanaçıları ilə görüş keçirildi
18:22 03 Dekabr 2020
Əməkdar rəssam vəfat etdi
17:54 03 Dekabr 2020
Vudi Allen yeni film çəkməyə hazırlaşır
17:19 03 Dekabr 2020
Azərbaycanlı aktyora ağır itki
16:58 03 Dekabr 2020
Qarabağa ilk dəfə topu o gətirdi, dostu kürəyindən vurdu, Atatürk ona malikanə bağışladı - Adranikə qan udduran Sultan bəydən maraqlı faktlar
16:40 03 Dekabr 2020
Pançevin əsəri əsasında səhnələşdirilən tamaşa onlayn göstəriləcək
16:01 03 Dekabr 2020
“Netflix” platformasının İstanbulda ofisi açılır
15:19 03 Dekabr 2020
Məşhur aktyor transseksual olduğunu açıqladı - Adını dəyişdi
14:34 03 Dekabr 2020
İspaniyada Əhmədiyyə Cəbrayılovun şərəfinə poçt markaları buraxıldı
13:41 03 Dekabr 2020
Kamal Abdullaya yaraşmayan söz - Aydın Talıbzadə yazır...
12:58 03 Dekabr 2020
Koronavirusa yoluxan Mehriban Ələkbərzadə danışdı: "Nəfəs ala bilmirəm"
12:20 03 Dekabr 2020
Ölən arvadının telefonundan özünə zəng edən Həmid kişi – Yeni hekayə
11:55 03 Dekabr 2020
Fəxrəndə Həsənzadə Tağıyev adına qızıl medalla təltif edildi
11:48 03 Dekabr 2020
Xudayarın nəğmə ilə layla çaldığı məzar – Fəridə yazır...
11:10 03 Dekabr 2020
Qar tutan yollarına qurban olum – Laçınlı şairdən qələbə şeiri
10:30 03 Dekabr 2020
"Dəli Maks"ın İmmortal Cosu vəfat etdi
10:01 03 Dekabr 2020
Azərbaycanlı aktyora ikinci dəfə ağır itki üz verdi
09:12 03 Dekabr 2020
Peraşki satan, taksiçilik edən, özünə qız istəyən əsgərlərimiz – Ən kreativ görüntülər
08:56 03 Dekabr 2020