news-inner
clock16:30 calendar-gray 21 Oktyabr 2020 view-gray1583 dəfə oxunub
view-gray1583 dəfə oxunub

Torpağın dadı - Aydın Talıbzadə yazır...

Amerika hindularının, yəni Amerikanın yerli aborigen tayfalarının folklorunda son dərəcə qutsal, günəş kimi şəfəqlənən bir deyim var ki, hər dəfə onu xatırlayanda nurlanıram, fərəhlənirəm, dünyanın ən xoşbəxt insanlarından biri oluram.

Çünki bu deyim vətən sevgisinin zirvə məqamını görükdürür.

Hinduların qəbilə müdrikləri söyləyirlər ki, “sən çörək yeyəndə vətən torpağını yeyirsən, sən su içəndə vətən torpağını içirsən”.

Bu o anlama gəlir ki, sən vətənlə birləşmisən, vətən torpağının şəkli olmusan, vətən sənin qanındadır, sənin damarlarınla vətənin torpağı axır, sən özün vətənsən, sənin bədənin vətəndir, sən vətən torpağısan və öləndə bu torpağa qarışmalısan. Ki, nəslin səni özünə vətən bilsin, sənin tapşırıldığın torpağı ziyarət yeri kimi qavrasın.

Allaha səcdə zamanı da insan alnını torpağa toxundurur, torpağa baş əyir, torpağa sitayiş eləyir.

Vətən məskəndir (A.Səhhət), məskunlaşma ərazisidir, üstündə gəzib-dolandığın torpaqdır; insanın yaşayışını tənzimlər.

Vətən mədfəndir (A.Səhhət), yəni altında uzandığın torpaqdır, əcdadların dəfn olunduğu məkandır; genetik yaddaşı kodlaşdırar, vətəni müqəddəsləşdirər, mərasimə, ayinə qapı açar.

İnsan öləndə doğma vətən torpağı onu tanıyır, özününkü bilir: bilir ki, balasıdır, qucaqlayıb bağrına basır.

Heç əbəsdən azərbaycanlılar demirlər ki, “torpaq adamı çəkir”.

Heç əbəsdən həkimlər də demirlər ki, hər kəs öz vətən torpağının yetişdirdiyi meyvələri yeməlidir; əks təqdirdə, zərər görər.

O zaman danılmaz bir həqiqətdir ki, vətən torpaq və insan vəhdətidir, torpaq və qan vəhdətidir.

İstərdim bu xüsusda bir qəribəliyin mənasını açım, məntiqini, düsturunu müəyyənləşdirim: dünyanın elə bir bölgəsi, elə bir dəlmə-deşiyi yoxdur ki, oradan tumluq bir erməni tapılmasın.

Amma paradoksal bir şeydir ki, onlar heç bir məmləkəti, hətta Ermənistanı belə özlərinə vətən sayıb rahatlana bilmirlər. Buna rəğmən harada olurlar olsunlar, orada permanent torpaq davası eləyirlər, hayqırıb bağırırlar, vətən qovğası çıxarırlar.

Ancaq heç vədə o torpaqlardan ermənilərə vətən olmur!

Soruşulur, niyə?

Çünki torpaq onları heç yerdə tanımır, özünkü hesab eləmir.

Odur ki, haylar dünyanın dörd bir küncünə yayılsalar da, özlərinə vətən qura bilmirlər. Hətta İrəvan torpağının özü də tanımır hayları.

Ermənilərin, həm mənəvi, həm geneoloji aspektdə, qaraçı olduqları bu sadə məntiqi düşüncədən bəllidir. Hərçənd qaraçılar ermənilərdən onunla fərqlənirlər, onunla üstündürlər ki, yaşadıqları dövlətlərdə aborigen xalqlarla torpağa sahiblənmək, yalançı bir vətən mifi yaratmaq uğrunda savaşmırlar.

Ona görə də Qarabağ haylara vətən ola bilməz: nə qədər çalışsalar da, torpaq onları xar eləyir, rəzil eləyir, özündən uzaq eləyir, adları dəyişməklə deyil ki... Onsuz da Qarabağ da, Arsax da bizimkidir: hər iki sözün etimologiyası onların türk mənşəli olduğunu isbatlayır.

Azərbaycanlıların torpaq sevgisi, vətən sevgisi elə bir miqyasda, elə bir miqdardadır ki, torpağın özü onları maqnit kimi çəkib aparır Qarabağa.

Torpaq bizi çağırır: ən əsası, fundamental olanı budur; çünki torpaq öz övladlarını tanıyır, azərbaycanlıları tanıyır.

Biz gəlirik, üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandıra-dalğalandıra, torpaqlara paklıq gətirə-gətirə gəlirik, bir yumruğa dönüb gəlirik, sözümüzü tutub gəlirik, region üçün qurtuluş toxumları səpə-səpə gəlirik, torpaqları su aydınlığına çıxarıb gəlirik. Gəlirik, mininci, milyonuncu dəfə deyək ki, “Qarabağ Azərbaycandır, nöqtə, vəssalam”.

Oxşar xəbərlər

Xəbər lenti

Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021
Gözləri görməyən laçınlı şairin yurd gəzintisi
11:01 17 Aprel 2021
UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
10:29 17 Aprel 2021
Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
09:00 17 Aprel 2021
“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
18:53 16 Aprel 2021
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
18:41 16 Aprel 2021
Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
18:17 16 Aprel 2021
Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
17:29 16 Aprel 2021
Klinton ilk romanını nəşrə hazırlayır: "Terror dövləti" - Foto
16:37 16 Aprel 2021
Azərbaycanlı qadının fotosu Türkiyədə “İlin media fotosu” seçildi - Video
15:49 16 Aprel 2021
Təzəpirdə sinə vurdu, qızlarına görə Moskvada yaşamaqdan imtina etdi, atası onunla işləmək istəmədi – Tanımadığımız Eldar Quliyev
15:01 16 Aprel 2021
Yazıçıya vəzifə verildi
14:47 16 Aprel 2021
Qarabağda qırılan tut ağaclarına elegiya
14:31 16 Aprel 2021
Əməliyyatdan çıxan Zümrüd: “Xərçəng deyiləm” - Açıqlama
13:49 16 Aprel 2021
Həmid Herisçi Seymur Baycandan danışdı: “Təəssüf ki...”
13:02 16 Aprel 2021
Şimşəkdən sonra - İlham Əzizin yeni hekayəsi
12:16 16 Aprel 2021
Eldar Quliyev Fəxri Xiyabanda dəfn olunmayacaq
11:34 16 Aprel 2021