news-inner
clock17:30 calendar-gray 14 Oktyabr 2020 view-gray4770 dəfə oxunub
view-gray4770 dəfə oxunub

“O, satılmış adamdır!” – Yazıçılarımız Əlif Şəfəqi topa tutdu

Kulis.az yazıçılarımız arasında məşhur türk yazar Əlif Şəfəqin tvitter hesabındakı məlum paylaşımıyla bağlı fikirlərini öyrənib. Cavabları təqdim edirik.

Anar

Satqın adamlar hər yerdə var. Təəssüf ki, Türkiyədə də var. Görünür, Əlif Şəfəq də satılmış adamlardan biridir. Kitab mağazalarının onun kitablarına qadağa qoyması çox doğru addımıdır. Mən heç onu yazıçı kimi də qiymətləndirmirdim. Bu hərəkətindən sonra isə daha deyəcək söz tapmıram.

Əjdər Ol

Tanınmış türk yazıçısı Əlif Şəfəqin Azərbaycan-Ermənistan qarşıdurmasından, onun mahiyyətindən xəbərsiz olması və bir erməni siyasətçisinin dırnaq arası humanitar tələsinə düşməsi təəssüf doğurur. Bu oxşar mənzərəni biz çox görmüşük. “Pianist” filmində əsərin qəhrəmanı piano çalmaqla faşizmdən qorunur, amma Şuşada violonçel çalan erməni, mənə elə gəlir, Üzeyir Hacıbəyovun musiqisini çalır və bizi Qarabağa çağırır. Türk mediasında işıqlandırılan gerçəklərdən Əlif Şəfəqin xəbərdar olmamağı mənə çox qəribə gəlir. Qaldı ki, onun bizdə tanınıb, oxunmasına, başlıca səbəbi türk olmasıdır. İşin mahiyyətini bilmədən harasa əl qoyanda insan uduzur. Bizim tariximizdə belə yazıçılar çox olub. Biz Rəsul Həmzətovu da belə itirdik. Başqa bir sıra yazıçıları da itirdik. İndi Əlif Şəfəqi də itiririk.

Aqşin Yenisey

Əlif xanıma təşəkkür edirəm, Nobel mükafatının nə mal olduğunu sübut edir.

Mehriban Vəzir

Əlif Şəfəq istedadlı yazıçıdır, lakin ədalətsiz insandır. İstedad və şəxsiyyət fərqli nəsnələrdir, bəzən ikisi bir cana sığmır. Bir də bildiyim qədər yetişdirilməsində problem var. Amerikada erməni lobbisinin bursu (təqaüd) ilə oxuyub. Türk dövlətinin və Türklüyün düşməni Fətullah Gülənin mənəvi qızı sayılır. Bir müddət də Gülənin mənəvi oğlunun arvadı olub. Onları evlilikdən çox işbirliyi birləşdirir... Yəni belə bir çevrənin məhsulu təbii ki erməni dəstəkçisi olacaq. Təəccüblənməyimiz kimin kim olduğunu bilməməyimizdən doğur. Əlif Şəfəq Türkün və Türk dövlətçiliyini düşmənidir. Adi bir erməni yanlısıdır. Bu gerçəyi bilməliyik.

Pərviz Cəbrayıl

Əlif Şəfəqin Türkiyəyə, türklüyə, nəsrininsə ədəbiyyata heç bir dəxli yoxdu. Onun "Eşq" romanını illər əvvəl oxuyanda onun böyük ədəbiyyatla heç bir əlaqəsi olmadığını düşündüm və daha heç bir kitabını oxumadım. Orxan Pamuku uğursuzca yamsıladığını gördüm. Onun nəsri belə demək mümkünsə, təyyarə, qatar nəsridi. Vaxtı öldürmək üçün yarayır. Ona görə ondan umacağım heç nə yoxdu, nə ədəbiyyat adına, nə ədalət.

Yəni mənim Şəfəqə münasibətim onun PKK (HDP) sevgisiylə, erməni tərəfkeşliyi ilə bağlı deyil. Ona qalsa, Pamuku oxumaz, Sezen Aksunu, Əhməd Qayanı dinləməzdim. Çünki onların arxasında sənətləri dayanır. Əlif Şəfəqinsə mənimçün azərbaycanlı saxta kosmopolitlərdən, "sülh sərçələri"ndən heç fərqi yoxdur.

Şahbaz Xuduoğlu

Əlif Şəfəqin tvitterdəki dar düşüncəli açıqlaması bir oxucu və naşir kimi məni də məyus etdi.

Azərbaycanda onun kitablarının nəşr hüququ “Qanun” nəşriyyatına məxsusdur. Kitablarının nəşrinin dayandırılması və satışdan yığışdırılması çağırışları ilə qəti razı deyiləm. Biz kitab yandıran nasistlər deyilik.

Hamını tvitterə girib onun işğalçıya mənəvi dəstəyini tənqid etməyə dəvət edirəm. Bunu mən özüm də edirəm. Biz qadağa qoymuruq, mübahisə edirik. Bizi güclü edən bizim həqiqətlərdir.

Narıngül Nadir

Əlif Şəfəq orta səviyyəli, populizmə işləyən bir yazardır. Dünya arenasında elə çox tanınmış fiqur da deyil. Sadəcə olaraq, ötən illərdə nədənsə bizdə onun böyük təbliğatı getdi. Bu gün biz enerjimizi, gücümüzü belə şeylərə sərf etməməliyik. Mən kitab satışının yığışdırılmasının, kitab yandırılmasının əleyhinəyəm. Onun kitablarını burda təbliğ edənlər, düşünürəm ki, zəhmət çəkib həqiqəti də başa sala bilərlər.

Mirmehdi Ağaoğlu

Dünən bu barədə status da yazmışdım. Deyirdim bəlkə Əlif Şəfəqi dəvət edək, gəlsin, hər şeyi öz gözləri ilə görsün. Çünki bizdəki erməni problemi, Türkiyədəki ilə eyni deyil. Bizim Xocalı kimi faciəmiz var. Əlif Şəfəq kimi (gələcəkdə də eyni addımı atanlar ola bilər) müəyyən dairələrdə nüfuzu olan şəxsləri dərhal dışlamaq, onlara qarşı silahlanmaqdansa təmkinlə hər şeyi izah etməliyik. Onsuz dünyanın əksər dövlətləri məsələyə birtərəfli yanaşır, bizim haqq işimiz dünya mətbuatında obyektiv qiymətləndirilmir. Belə olan halda əlavə düşmən qazanmaq bizə fayda gətirməz, əksinə zərərimizə işləyər.

Bəlkə də bu gərgin anlarda kimisə təftiş etmək məqamı deyil, lakin gəlin etiraf edək ki, biz uzun müddət təbliğat məsələsinə barmaqarası yanaşmışıq. Görünən dağa nə bələdçi. Uşaq deyilik. Hər şey gözümüzün qabağında baş verir. İllərdir dünya ilə kommunikasiyanı düzgün qura bilməmişik, bəzən şəxsi maraqlarımız ümumi maraqlarımızı üstələyib, indi də bunun fəsadlarını yaşayırıq. Çalışaq bundan sonra belə olmasın.

Əlif Şəfəqin statusunda isə müharibəyə yox, sülhə çağırış var. Biz hər kəsə, xüsusən Londonda oturub öz həyatını yaşayan birinə gəl bizim dərdimizi dinlə də deyə bilmərik, heç dinləməz də. Onun üçün bir az təmkinlə yanaşmalı və hələ ki, uduzduğumuz informasiya müharibəsində gələcəkdə necə qalib gəlməyin yollarını düşünməliyik.

İnşallah o problemi də Qarabağ müharibəsində qalib gələndən sonra həll edərik.

Sahilə İbrahimova

Məncə də yazıçı müharibənin tərəfdarı ola bilməz. İyul döyüşlərindəki yazımda eynən bu fikir var idi. Amma burda bir önəmli məqam var. Sən hücumçu ilə müdafiə olunanın arasında fərqi görməlisən. Və mesajını hücumçunun fasad humanizmi üzərində qurmamalısan.

Tolstoy barışçılıq fəlsəfəsinin banilərindən sayılır, amma haqsızlıqla mübarizə aparmayın demirdi, əksinə özü də ədalət uğrunda savaşırdı. Qanunu ali etməyən dünyaya meydan oxuyurdu. Yazıçı dünyanın boğazından yapışmalıdır ki, insanların savaşmaması üçün qanunları işə salsın. Yoxsa hücumçunu önə çıxarmaqla, qorunanı aşağılamış, sülhə deyil, savaşın güclənməsinə səbəb olmuş olur.

Rəbiqə Nazimqı

Ümumiyyətlə, bizdə qəribə bir xasiyyət var: adamları, xüsusən də əcnəbi yazarları şişirdib, sonra da gözləntilərimizi onların boynuna yıxırıq. Mən Əlif Şəfəqdən öncə Əkrəm Əylislini xatırlayıram və bu, məni daha çox ağrıdır. Əlif Şəfəqə heç vaxt öz yazarım kimi yanaşmamışam və yazdıqlarını da kütləyə işləyən mətnlər saymışam. Əylisliylə bağlı vəziyyət daha ağırdır.

Fərid Hüseyn

Əlif Şəfəq yaxşı yazıçıdır. Ümumiyyətlə, uğur qazanmış insanlar haqqında danışarkən bir qədər səbir edib dərindən düşünmək lazımdır. Bu cür naqis mövqeyinə görə onu yazıçı kimi aşağılamaq ədalətli mövqe deyil. Yaradıcı insanın dünyəvi uğurlarının arxasında əksərən ciddi nələrsə dayanır. Onu gözardı etmək olmaz. Amma şübhəsiz ki, o, ədalətsiz insandır, ermənipərəstdir və indiki halda ədalətə arxa çevirib. Qarabağ məsələsində hər kəsin Azərbaycanın yanında olmaq borcudur, eləcə də Əlif Şəfəqin. Çünki bizim tərəfimizdə olmaq Haqqın tərəfində olmaq deməkdir. Yazıçı gərək Haqqın tərəfində olsun. Onda onun uğurları kölgə altına düşməz. Onun uyuyan vicdanı oyananda mütləq Azərbaycan xalqından üzr istəyəcək və başa düşəcək ki, kilsədə musiqi səsləndirənin yanında olmaq yox, ədalət naminə, regional təhlükəsizlik naminə atılan güllə səsinin yanında olmaq lazımdır.

news-inner-user
Oğuz Ayvaz

210 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021
Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
14:00 20 Yanvar 2021
“Harri Potter” filminin ulduzu kinodan getdi
12:45 20 Yanvar 2021
Tanıdığım ilk şəhid
11:30 20 Yanvar 2021
Məşhur serialın aktyoru vəfat etdi
10:20 20 Yanvar 2021
Müstəqillik tarixinin ən möhtəşəm 20 Yanvarı - Şərif Ağayar yazır...
09:01 20 Yanvar 2021
"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
18:40 19 Yanvar 2021
"Simpsonlar"ın ssenaristi öldü
17:56 19 Yanvar 2021
Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət
17:12 19 Yanvar 2021
Balacalar üçün onlayn tamaşa
16:31 19 Yanvar 2021
“Qarabağ hekayələri” qırğız dilinə tərcümə olundu
15:53 19 Yanvar 2021
“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021
Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021