writer1

Ayxan Ayvaz

Məqalə sayı

508
clock11:24 calendar-gray 09 Oktyabr 2020 view-gray1546 dəfə oxunub
view-gray1546 dəfə oxunub

Cəbhədəki əsgərləri gözləyənlərin sevinci

Təzə köçdüyümüz kirayə evin sahibi namaz üstdə dua oxuyur:

“Allah sən əsgərlərimizi qoru! Sən qələbəni yetir! Hamı sağ-salamat evinə dönsün”.

“Nərmin, qulaq as, nənə gör nə deyir”. – yoldaşımın antenasını o biri otaqdan gələn dua səslərinə tərəf çevirirəm.

Biz o biri otaqdan nənənin duasını eşidirik. Ardınca bir səs də gəlir:

“Amin”

Bu da nənənin yoldaşıdır.

- Televizorun səsini qaldırın. Görək, yenə haranı almışıq. – mən deyirəm.

Baba:

- Qıra-qıra gedirik e, bala. Allah canlarını sağ eləsin!

“Ordumuz böyük ruh yüksəkliyiyi ilə irəliləyir. Qələbə bizimlədir”. – aparıcının səsinin ardınca hamımız eyni anda cavab veririk:

“İnşallah!”

Dalınca nənənin səsi:

“Hamınıza qurban olum, ay bala. Qələbəylə qayıdın evinizə”.

Nərmin hazırda ön cəbhədə olan qardaşı Nahidi xatırlayıb əlavə edir:

“Atam, qayıt evinə. Darıxdıq”.

Taksiylə gedirik. Qoca sürücü deyir:

“Getdim Səfərbərliyə. Dedim, məni də aparın, döyüşmək istəyirəm”.

Yanımızdan tırlar keçir, güzgüsünə Azərbaycan bayrağı yapışdırılan tırlar.

“Nə aparırlar görəsən?” – düşünürəm. Taksi sürücüsü içimi oxuyur:

“Təkər aparırlar, qadan alım. O gün də ərzaq aparırdılar”.

Xaçmaz rayonunun mərkəzində qələbəlikdi. Camaat sevinc çığlıqları atır:

“Qarabağ Azərbaycandır!”

Bir avtobus dolusu cavan cəbhəyə yollanır, şüşənin arxasından yığışan adamlara baxıb gülümsünürlər. Elə bil hamısı toya, şənliyə gedir.

“Gözlərinizə qurban olum...” – bir qadın qışqırır.

Cəbhəyə gedənlərin gözlərindəki işıq aşıb-daşır, çölə, yığışanların üstünə düşür, o işığın altında hamı dua oxuyur, alqışlayır, sevinir.

“Nahid zəng eləmişdi. Deyir, hər şey yaxşıdır. İnşallah, qələbəylə qayıdacağıq”. – Nərmin qardaşından danışır, hər xəbəri səksəkə içində dinləyir, azad olunan torpaqların sədası gələndə gözləri dolur.

Hər yerdə döyüşlərdən danışırlar, küçəboyu gedirik, hər tərəfdən “Allah əsgərləri qorusun”, “Şəhidlərimizə Allah rəhmət eləsin”, “Az qalıb deyirlər”, “Qaqa, Cəbrayılı qaytarıblar”, “Mən də gedib döyüşəcəm” cümlələri ucalır. Adamların içində çoxdandır yadırğadıqları sevinc hisləri baş qaldırır. Hamının üzü gülür, bir-birinə təbəssüm göndərir. Qocalar dua edir, yaşlı qadınlar cavanları görəndə qucaqlayıb alqış edirlər onlara, cəbhəyə pay aparan maşınların səsi qələbənin daha da yaxınlaşdığından xəbər verir.

“Gedəcəyik Qarabağa, o gözəllikləri görəcəyik”. – deyirəm Nərminə.

Kimsə zarafatla bizə deyir:

“Bəlkə gedib orda qalasınız”.

Bu cümlənin nə vaxtsa bu qədər ümidlə və inamla səsləndiyi eşitməmişdim. Hamı eyni cür gözəl cümlələr qurur, eyni cür gülür, eyni cür sevinir.

Bizim xalq dönüb olub bir adam. O adam neçə illərdir həsrətlə gözlədiyi qələbə sevincini dadmaq, ürəyindəki kədəri birdəfəlik basdırmaq, yerində bağ-bağat açmaq istəyir.

“Aç televizoru, görək indi haranı alıblar” – Nərminə deyirəm. Gülümsünür, televizoru açır. Evdəkilər köks ötürür. “Torpaqlarımız işğaldan azad olundu!” – köks ötürmələrinin tərcüməsi.

Televizorun səsini qaldırırıq...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Alman casusu, inqilabdan yan keçən fırıldaqçı və homoseksual – Lenin haqqında qan donduran faktlar
21:00 22 Aprel 2021
Buker mükafatının qısa siyahısı açıqlanıb
20:42 22 Aprel 2021
Nazirliyin İctimai Şurasına sənəd qəbulu yenidən elan olunur
19:14 22 Aprel 2021
Tiflis “Dünya kitab paytaxtı” elan olunur
18:33 22 Aprel 2021
Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
17:54 22 Aprel 2021
Namus üstündə ölkədən gedən, evli qadınla evlənən Xalq artistimiz - Video
17:11 22 Aprel 2021
Hələ videosu çıxmayan Hüseynbalalar – Orxan Məmmədli yazır...
16:36 22 Aprel 2021
Məşhur müğənni xəstəxanaya yerləşdirildi
16:10 22 Aprel 2021
Şəhla Nihandan qısa hekayə: Parallaks
15:46 22 Aprel 2021
Kişi olun, rüşvət almayın daha – Günün şeiri
14:54 22 Aprel 2021
Qatıq satan gəlməyib - Üzeyir Əlizadə yazır
14:23 22 Aprel 2021
Üzülməyin, Hüseynbala müəllim!
13:37 22 Aprel 2021
“Oskar” mərasimində qonaqlar maskasız olacaq
12:57 22 Aprel 2021
Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi – Xalq artistindən maraqlı faktlar
12:30 22 Aprel 2021
Qismətdən yeni kitab sürprizi - Yaxında
11:45 22 Aprel 2021
Hüseynbala Mirələmovla kiçik bir xatirəm və məlum video söhbəti
11:03 22 Aprel 2021
Müharibəyə sevinən qadın
10:30 22 Aprel 2021
Niyə bu gün Azərbaycanda Üzeyir Hacıbəyovlar doğulmur? – Aqşin Yenisey yazır...
09:00 22 Aprel 2021
Düzgün yaşamaq riyakarlıq, düzgün düşünmək axmaqlıqdır – Dahi yazıçıdan aforizmlər
21:00 21 Aprel 2021
Bakı Dövlət Sirki yenidən təşkil olunur
19:00 21 Aprel 2021