writer1

Günel Natiq

Məqalə sayı

147
clock11:32 calendar-gray 07 Avqust 2020 view-gray3000 dəfə oxunub
view-gray3000 dəfə oxunub

Toyu karantinə düşənlər üçün fürsət

Deyilənə görə, yəhudilər hətta fəlakətlərdən də nəsə bir xeyir əldə etməyi bacarırlar. Toylar qadağan olunanda “ağıllı adamlar bu vəziyyətdə necə edərdi” deyə düşünməyə başladım.

Toylar həmişə müzakirə mövzusu olub. Toyların daşdan ağır qiyməti, toylardakı lazımsız israfçılıq, müğənnilərin kosmik qiymətə toy oxuması, toylarda...

Bir neçə il əvvəl bir neçə yazı-pozu adamı belə bir məsələ qaldırmışdı ki, ay kişilər, toy insanın özəl məsələsidir, bunu bu boyda həngaməyə, vur-çatlasına döndərməyin nə mənası var? Olmazmı, yalnız yaxın adamların qatıldığı kiçik bir məclis düzənlənsin, gənclərə xeyir-dua verilsin və bununla da məsələ bitsin. Belə ki, bəzən bir adama ay ərzində 3-4 toya dəvət gəlir, öz şəxsi məsrəflərini yerbəyer etməklə bərabər toylara getməyin də çarəsini düzüb-qoşa bilən adam yəqin ki, böyük ixtiraçı olmalıdır.
Amma şou adamları bu söz birliyindən xəbər tutar-tutmaz əl-ayağa düşüb, elə bir vur-çatlasın elədilər ki, toyu baykot eləməkləri bir kərəmlik yazı adamlarının yadından çıxdı.

Zarafat deyil, şou-biznes aləminin illərə söykənən qayda-qanunları var. Yadıma gəlir, bir dəfə qocaman şou adamlarından biri efirdə üzündə açıq-aydın oxunan məmnuniyyət hissilə dedi ki, əvvəllər bizdə toy qiymətləri çox aşağıydı, biz müğənnilər bir araya gəldik və sözü bir yerə qoyduq ki, bizdəki toy qiymətlərini də Rusiya şou biznesinə uyğunlaşdıraq.

Bu qocaman şou adamını dinlədikcə öz-özümə deyirdim ki, kaş iş birliyinizdən xalqa maddi zərbə vurmaq üçün deyil, mənəvi dəyərlərimiz naminə bir iş görmək üçün istifadə edərdiniz.
İndi toyu fürsət bilən müğənnilərdən də dincəlməyin əsl zamanıdır.

“Bəyin oğurlanması” filmində rejissorun toy səhnələrini lentə almaq üçün çəkdiyi əziyyətləri görəndə düşünürəm ki, çağdaş günümüzdə hər bir toy sahibi öz məclisinin rejissoruna çevrilir.
Yəni toy edən şəxs zal, ona uyğun dekorasiya, əlavə dekorlar seçir, müğənni heyətini təşkil edir, mütləq bunların içində bir-iki məşhurun olmasına diqqət yetirir. Həm mənən, həm də maddi cəhətdən əziyyət çəkir.

Siz indiyə kimi öz məclisində ürəkdən şənlənən toy sahibi görmüsünüz? Toy sahibi məclisin bütün gəlir-çıxarını hesablamaqdan elə gərgin hala düşür ki, bütün məclis boyu sanki iynə üstündə oturur.
“Qonum-qonşu nə deyər” stereotipləri beynimizə elə həkk olunub, çətin ki, onu kimsə ordan çıxarsın. Bu stereotiplər bizim əvəzimizə toylarda ağalıq edir, istədikləri hökmü verirlər. Heç kim özünün xoş gününə sahib çıxa bilmir. Sahib çıxanları da barmaqla göstərirlər.

Mən hələ toya qədərkiləri demirəm. Toya hazırlaşan bir rəfiqəmin qayınanası şöhrətpərəst olduğundan gəlin üçün gətirəcəyi geyimlərin brend olacağını elan edib qız evindən də eyni diqqəti tələb etmişdi. Yazıq qız “bəy boxçası” probleminə elə aludə olmuşdu ki, gecə saat üçdə də oyatsan, bəy boxçasında olan əşyaları bir-bir sadalayardı. Hətta nişanlı qız “bəy boxçasını” istənilən səviyyədə təqdim etmək üçün xarici ölkəyə bazarlığa belə getdi. “Bəy boxçası”ndakı əşyalar yəqin ki, artıq istifadəyə yararsız hala gəlib, amma yeni ailə hələ də bu göstərişli malların kreditlərini ödəyirlər.

Digər rəfiqəm neçə ildir ki, nişanlıdır. Hər iki tərəf təmtəraqlı toy etmək istədiyindən xeyir işi elə hey təxirə salırdı. Nişanlı cütlük toylarının istənilən səviyyədə keçə bilməyəcəyindən və qınağa tuş gələcəklərindən narahat idi və kiçik söz-söhbətlər böyük mübahisələrə çevrilirdi. Artıq ailə haqqındakı təsəvvürləri böyük bir toy kabusuna çevrilmişdi.

Bu cütlük üçün artıq ayrılıq şərqiləri səslənirdi ki, qəfildən bir qərar verildi. Gənclər ailə içində kiçik bir məclis keçirib valideynlərinin xeyir-duasını aldıqdan sonra öz yuvalarını qurmağa yollandılar.
Sən demə, karantin vaxtı gənclərin toyu bir də təxirə düşəndə, qarşıdakı uzun görünən yol onları öz münasibətlərinə bir də dərindən baxmağa sövq edib. Bir-birini itirəcəyi qorxusu artıq reallığa çevrilməyə başlayanda bu hiss əks təsir yaradıb və onları bir-birinə daha yaxınlaşdırıb.
Cütlük deyir ki, “sən demə, aramızdakı anlaşılmazlığın qaynağı boş söz-söhbətlərmiş. Biz lüzumsuz yerə bir-birimizi acılayır, ittiham edirdik. Hətta lazımi imkanlarımız olmadığı üçün özümüzə nifrət etməyə başlamışdıq”.

İndi gənclər rahat şəkildə öz yeni həyatlarını yaşayırlar, amma mən bu rahatlığın haradan qaynaqlandığını bilirəm.

Çünki cəmiyyət vəziyyəti başa düşür və onları dəstəkləyir. Sabah qonşulardan biri “sizin də bir normal toyunuz olmadı” desə və yaxud buna bir eyham vursa, toy kabusu yenidən baş qaldıracaq.

Ağıllı adamlar hətta mənfi hadisələrdən də xeyir əldə etməyə çalışırlar. Karantin rejimində toy etmək mümkün deyil və bəziləriniz sadə nikahla kifayətlənməli olmusunuz. Bəlkə buna görə hətta şanslısınız! Məsələn, şanslısınız ki, sizin özəl gününüzdə “can cana” oxunmadı, min bir zəhmətlə qazandığınız pulu hansısa fürsətcil müğənninin cibinə qoymadınız, istəmədiyiniz, amma müəyyən səbəblərdən toyunuza çağırdığınız adamların üzünə yalandan gülmək məcburiyyətində qalmadınız, restoran sahibinin hər dəqiqəbaşı muştuluq üçün üstünüzə göndərdiyi mədəni dilənçilərilərlə üzləşmədiniz, yaxud toydan sonra tanışlarınız şahidi olduqları möhtəşəm toyları sizin gözünüzün içinə baxa-baxa tərif edəndə nə reaksiya verəcəyiniz haqqında baş sındırmadınız...

Hələ toyda bəyin oğurlanmasını demirəm...

Deyirlər, bəzi toylarda bəyi oğurlayanlara nəmər verməyəndə onu geri qaytarmırlar...

Toyunuz olmadı? Şanslısınız!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021