Tahir Salahovun yaradıcılığına həsr olunmuş sərginin açılışı olub

Tahir Salahovun yaradıcılığına həsr olunmuş sərginin açılışı olub
29 noyabr 2012
# 10:51

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən ev-muzeyində rəssamın yaradıcılığına və ictimai fəaliyyətinə həsr olunmuş sərginin açılışı keçirilib. APA-nın xəbərinə görə, sərginin açılışında çıxış edən Qoruq İdarəsinin rəis müavini Samir Nuriyev bildirib ki, keçən il T. Salahov özünün bütün rəsm əsərlərini və şəxsi arxivini Azərbaycan dövlətinə bağışladığını bəyan edib.

Ölkə prezidentinin sərəncamı ilə T. Salahovun ev-muzeyinin yaradıldığını deyən S. Nuriyev qeyd edib ki, artıq muzeyin eksponatlarının təhvil-təslimi aparılıb və muzey əməkdaşlarının ştat cədvəli müəyyən olunub. Muzeyin daimi ekspozisiyasının yaradılması üçün də müəyyən işlər görüləcək. Bundan sonra ev muzeyinin rəsmi açılışı olacaq: “Muzeyin yaradılmasında əsas məqsəd T. Salahovun irsini daha dərindən təbliğ etməkdir. Sərgidə T. Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərləri və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunur. Kolleksiya 700-dən artıq eksponatdan ibarətdir. Sərgi rəssamın ad gününə həsr olunub”.

# 2045 dəfə oxunub

Oxşar xəbərlər

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

13:00 16 iyun 2026
Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

14:00 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

10:00 14 iyun 2026
"Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi?"  -  "Anna Karenina" tamaşasından qeydlər

"Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi?" - "Anna Karenina" tamaşasından qeydlər

10:00 13 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər