writer1

Sevda Sultanova

Məqalə sayı

860
clock09:00 calendar-gray 25 İyul 2020 view-gray5332 dəfə oxunub
view-gray5332 dəfə oxunub

Sovet vaxtı üçrəngli bayrağı dalğalandıran Azərbaycan filmi

Kulis.az “İşarəni dənizdən gözləyin” bədii filmini təqdim edir.


Ceyhun Mirzəyevin 1986-cı ildə ekranlara çıxan “İşarəni dənizdən gözləyin” filmində hadisələr 1920-ci illəri əhatə edir. Real hadisələr əsasında ekranlaşdırılan filmin qəhrəmanları təbii ki, real şəxslərdir. Əsas qəhrəman milli hökumətdə təmsil olunsa da, bolşeviklərə gizli xidmət edən Çingiz İldırımdır (Fuad Poladov). O, Azərbaycan Demokratik Respublikasının hökumətində əsas vəzifələrdən birini-Donanma komandanı vəzifəsini tutur. Hökumətin baş naziri (Həsənağa Turabov) ona tapşırıq verir ki, dövləti qoruyacaq top çaxmaqları tapılmalıdır. Baş nazir eyni zamanda Rusiyadan gizli gətirilən silahların tapılması məsələsini də qoyur. Çünki bu silahlar Demokratik Respublikanı dağıtmaq, dövlət əleyhinə fəaliyyətə yardım üçündür. Hökumətdə etibarlı adam sayılan İldırımın bolşevikərə gizli xidməti 1920-ci il aprelin 28-ə gedən yolu yaxınlaşdırır...

Gallery

“İşarəni dənizdən gözləyin” filmi yazıçı Firudin Ağayevin "İldırım dənizə çaxır" və "İldırım ömrü" romanlarının motivləri əsasında ekranlaşdırlıb. Bu əsərlər sovet dönəmində yazılmışdı və təbii ki, sovet ideologiyasının tələblərinə uyğun Çingiz İldırım müsbət obrazda, qəhrəman kimi göstərilməliydi.

Ceyhun Mirzəyevin “Mozalan” satirik jurnalında maraqlı işləri olub. Amma ən böyük, yaddaqalan əsəri şübhəsiz ki, Qarabağ müharibəsindən bəhs edən “Fəryad” (1993) bədii filmidir.

“İşarəni dənizdən gözləyin” filmində isə ciddi dramaturji axsamalar gözə dəyir ki, bu haqda irəlidə danışacam. Öncə deyim ki, Azərbaycan Demokratik Respublikasının fəaliyyəti sovet dönəmində çəkilən bəzi filmlərdə epizodik olsa da yer alıb: “Kəndlilər”, “İyirmialtılar”, “Qatır Məmməd”.

Ancaq “İşarəni dənizdən gözləyin” filmi yeganə kinoəsərdir ki, burada Cümhuriyyətin fəaliyyəti daha geniş təsvir olunub. Filmdə konkret adı olmasa da, baş nazirin prototipinin Nəsib bəy Yusifbəylinin olması aydınlaşır. Müəllif hekayəni qəhrəman-antiqəhrəman konsepsiyası üzərində qurur, Çingiz İldırıma qarşı daha çox Nəsib bəy Yusifbəylini qoyur. Düzdür, Yusifbəyli bir sıra məqamlarda humanist, alicənab adam kimi göstərilir.

Gallery

O, polis rəisinin (Muxar Manıyev) məhbuslara zorakılıq tətbiq etməsinə qarşı çıxır, zorakılığı feodal üsulu adlandırır, əməkdaşları modern olmağa səsləyir və ölkəni qorumaq üçün çalışır. Ancaq digər hallarda onun obrazında qorxaq, zəif iradəli siyasətçi və sentimentallıq kimi xüsusiyyətlər önə çəkilir. Xüsusən, baş nazirin ingilislərə məxsus gəmidə axtarış əmri verməyə cəsarətinin çatmaması ilə Çingiz İldırımın qətiyyəti qarşı-qarşıya qoyulur. İngilis zabiti (Vilnis Bekeris) Çingiz İldırımı əməkdaşlığa dəvət edərək, söhbətində onun bacarığını, iradəsini baş nazirdən yüksəyə qoyur və bu səhnə xüsusi vurğulanır.

Rejissor sanki Cümhuriyyətin süqutunu bir səbəbini də baş nazirin sentimentallığına bağlayır. Filmdə general (Həsən Məmmədov) da adsız verilir. Amma təbii ki, bu obraz Əliağa Şıxlınskini nəzərdə tutulur.

Filmdəki hadisələr günümüzdə də aktualdır: daşnakların ölkə əleyhinə fəaliyyəti, daxili siyasi intriqalar, müxtəlif ölkələrin geosiyasi maraqları və s.

Dramaturji axsamalara gəlincə, rejissor əhvalatı bir neçə xətt üzərində qurur. Əsas ana xətt Çingiz İldırımın simasında bolşeviklərin fəaliyyəti, sovet hakimiyyətinin qurulması uğrunda qəhrəmanlıqlarını vurğulamaqdır. Digər xətlər isə həll olunmamış qalır.

Gallery

Misalçün, Tanilə Əhmədovanın oynadığı qadın obrazının kimliyi və funksiyasının nədən ibarət olduğu anlaşılmır. Və yaxud fəaliyyəti, obrazı niyəsə mistik-poetik qatda işlənən şairin (Gündüz Abbasov) əhvalatdakı əhəmiyyətliliyi vurğulanmır. O, olduğu məkanlardan qəfil harasa yoxa çıxır. Başa düşdüyüm qədərilə, bu obraz siyasi intriqalar içində təmizliyi ifadə edir. Amma bu ifadənin və mənanın özü dramaturgiyada yerini tapmır, digər hadisə və vəziyyətlərlə əlaqəsiz görünür.

Həmçinin, faciə ilə bitən Leyla (Lalə Qiyasbəyli) – Məzahir Şəfibəyov (Fəxrəddin Manafov) sevgi xəttinin keçmişi və indisi yoxdur. Müəllif bu münasibətdəki konfliktə rasional şərh vermək əvəzinə, keçmişə dönüş edərək informativliyi olmayan poetik intonasiyalı xatirə kadrlardan yararlanır. Nə Məzahirin kimiliyi bəlli olur, nə Leyla- Çingiz- Məzahir münasibəti tam açılır. Belə çıxır ki, Leyla rejissora ona görə lazım idi ki, Çingiz İldırımı bir epziodda ölümdən xilas etsin və özü həlak olsun. Şəfibəyovun intiharına isə yetərncə dramaturji zəmin yaradılmır, biz onun iztirablarını görmürük. Ümumiyyətlə, filmin dramaturgiyası Çingiz İldırımın müsbət obrazını və qəhərmanlığını göstərmək üçün qurban verilir.

Döyüş səhnələri azdır, konflikt əsasən kabinet müzakirələri və kəşfiyyat fəaliyyəti əsasında qurulur. Filmin ritmi dinamik olsa da, nəql pintidir, xüsusən kəşfiyyat detalları səliqəsiz, linqvistik işlənib, təsvir vurğuları dəqiq deyil.

Gallery

...Qubadlıda bəy ailəsində doğulan Çingiz İldırım Sankt-Peterburqda Politexnik institutun dağ-sənaye şöbəsini bitirdikdən sonra buradakı “Ayvaz” zavodunda mühəndis-metallurq kimi iş fəaliyyətinə başlayıb. İnqilabi hadisələr başlayanda o, bolşeviklərə qoşulur, daha sonra Peterburq fəhlə və əsgər deputatları Sovetinə deputat seçilir. 1919-cu ildə Azərbaycana qayıdan İldırım AXC hökuməti dövründə donanma komandanı işləyib.

Bolşevik partiyasının tapşırığı ilə Bakıdan Rusiyaya neft daşımaq üçün Xüsusi dəniz ekspedisiyası təşkil edib. Aprelin 27-də bolşeviklərə təslim olmaq istəməyən AXC ordusunu, top atəşləriylə Nargin adasında mühasirədə saxlayaraq bolşeviklərə təslim eləyib. Bakıda Sovet hakimiyyətinin qurulmasında əsas rollardan birini oynayan Çingiz İldırım Sovet hökumətində Hərbi və dəniz işləri üzrə Xalq komissarı, sənaye vergisi yığımı üzrə fövqəladə səlahiyyətli şəxs olub. O, Bakı-Culfa dəmir yolunun çəkilişinə, Bakı tramvayının tikintisində rəhbərlik edənlərdən biri idi. 1937-ci ildə İldırım NKVD tərəfindən həbs olunur, əks-inqilabi fəaliyyətdə günahkar sayılaraq güllələnir.

Filmin ssenari müəllifləri Firudin Ağayev, İsmayıl Şıxlı, Ramiz Rövşən, operatoru Ələsgər Ələkbərov, bəstəkarı Arif Məlikovdur.

P.S. Filmin maraqlı cəhətlərindən biri 4-cü dəqiqədə üçrəngli bayrağın dalğalanmasıdır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021