news-inner
clock09:00 calendar-gray 02 İyul 2020 view-gray3341 dəfə oxunub
view-gray3341 dəfə oxunub

Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...

Kulis.az Ayxan Ayvazın Xudat şəhərinin Şollar qəsəbəsindən başlanğıcını götürən Hacı Zeynalabdin Tağıyevin bulağından reportajı təqdim edir.

- Gedək, su gətirməyə…

Babanın səsidir.

Neçə vaxtdır, bu kənddə yaşasam da, hələ su gətirməyə getməmişdim. Həyətdə babanın çəkdiyi quyu suyundan içib kef çəkirdim.

Baba isə dedi, səni aparacağım yer tarixi yerdir, düş qabağıma.

Tarixi yer? Nə tarixi?

- Şollar suyunun gəldiyi bulağa da, bala. Tağıyevin çəkdiyi su. Eşitməmisən?

Gallery

Hə, indi aydındır.

Arabanın içinə su butulkaları doldurub düzəldik yola. Kənd camaatı həmin suya “Qano” deyirmiş. Baba dedi ki, bu kanal sözünün çarxılı (Xaçmazın Çarxı kəndi nəzərdə tutulur – A.A) variantıdır. Ləzzətlə güldü sonra. Gəlib-keçənlər başları ilə salam verdilər bizə.

Qano elə də uzaqda deyilmiş. Söhbət edə-edə gəlib çatdıq. Baba mənə uzanıb gedən kəməri, daha doğrusu balaca anakonda kimi uzanan təpəni göstərdi.

- Bax bu Tağıyevin çəkdiyi Şollar suyudur. Başlayır düz Xudatda. Sənin qaynatangildə. – bu da zarafatı.

Tağıyevin tikdirdiyi ev də burda idi – qədim bir ev. Babanın dediyinə görə, bura su idarəsi imiş və içərisində su polisləri qalırmış. Onlar kəmərə nəzarət edir, atla təpənin üstündə gəzir...

- Birdən suya nəsə qatıb eləyərlər axı. Zəhər filan. O vaxt belə şeylər çox olurdu. İndi amma yoxdu bu polislər.

Gallery

Hə, nə o polislər var, nə də o atlar. Bircə bu qədimi ev. Bir də o atların dincəldiyi tövlə.

- İndi kimsə yaşayır burda?

Soruşmuşdum ki, içəridən iki uşaq çıxdı, birinin əlində top var idi, göyə tulladı və başladılar oynamağa.

Bu arada biz su başındaydıq. Başqa iki qadın – biri cavan, biri yaşlı vardı. Yaşlı deyirəm, əslində nənə idi. Baba onlarla tanış olmağa cəhd edirdi.

- Sən buralısan? – nənədən soruşdu.

Əsalı nənə əsə-əsə cavab verdi:

- Xızıdanam əslində.

- Hə, səni aldadıb gətiriblər bura. – babanın zarafatı. – Səni də aldadıblar, qızım?

O birisi gülümsədi və dedi ki, yox, həqiqətən buralıyam.

Gallery

- Ərin kimdi? – baba təzədən əsalı nənədən soruşdu.

- Ərimi öldürüblər.

Elə soyuqqanlıqla dedi ki, çaşıb qaldım. Özü də çox qəribədir: deyəsən, təkcə mən təəccübləndim, nə cavan qadın, nə də babanın tükü tərpənmədi. Dedim, yəqin eşidiblər bu hadisəni.

- Necə olub ki? Niyə öldürüblər?

- Polis idi ərim. Dəmir yol polisi. 85-də öldürdülər. Qarışıq vaxt idi. 36 il orda işləmişdi. Nə bilim e...

Nənə bu dəhşətli, bəlkə də filmlik süjeti elə adi, heç nə olmamış bir şey kimi danışdı ki, üçümüz də daha üstünə getmədik, elə söhbəti burdaca yekunlaşdırdıq.

- Bax, - baba mənə su kranını göstərirdi. – Burda əvvəl çarx var idi, bunu fırladırdılar, elə doldururdular səhənglərini. O zamanlar gərək suya iki adam gedəydi. Biri səhəngi tutmağa, o biri çarxı fırlatmağa. Çarx da bax burdaydı, indi görürsən yoxdu.

Gallery

- Çarx ortada idi. – nənə etiraz etdi. – Orda deyildi.

- Yox, qıraqda idi, mən bilirəm də.

Onlar mübahisə etməyə başladılar və indi fikir verdim ki, əri dəmir yolunda oğrular tərəfindən güllələnən nənənin səsi bizim Kənan Hacının səsinə oxşayır.

- Əşşi, nə fərqi var ki... – cavan qadın dedi.

- Hə, Ayxan, qulaq as... – baba fikrə getdi. – Bu oğlan var e... Bu bizim kəndin yazıçısıdır. Gəlib ki, bu kənddən yazsın.

Kənan Hacı kimi danışan nənə diqqətlə mənə baxdı, hər yeri əsə-əsə. O biri cavan qadına elə də maraqlı deyildi deyəsən.

- Deməli, əvvəllər suyu götürməyə iki adam gələrdi. Sonra bax bu “knopka” qoyuldu. Buna basırsan su gəlir. Bu suyun boşu-boşuna axmaması üçündür.

Baba bunu deyib yenə fikrə getdi.

- Kim idi bunu çəkdirən? Bizim kəndçi idi e...

Gallery

Sonra çönüb əsalı nənədən soruşdu:

- Sən bilərsən e... Kim idi bu?

- Hüseynağanın nəvəsi idi deyəsən. İki uşaq idilər.

- Hə, balacası eləmişdi.

- İndi Bakıda yaşayırlar. – bunu cavan qadın dedi.

- Qocalmışam e, yadıma düşmür adı.

- Xeyirxah, yaxşı adamdı. Pis olsa tez yadımıza düşərdi. – bunu nənə dedi.

- Mənim ərimi heç nəyin üstündə öldürdülər. Gecənin bir vaxtı oğrular...

Gallery

Baba hövsələdən çıxdı:

- Dayan görək, ərindən sonra danışarsan. Kim idi axı bu “knopka”nı bura qoyduran?

- Paşanın oğluydu.

- Hə, ay sağ ol. Adı nəydi?

- Eldar. Eldar olmalıdır.

- Yüz faiz?

- Elədi, hə.

- Adı yadında saxla. Bəlkə gedib Bakıda tapdın onu. – baba mənə dedi. – Xeyirxah adam. Sağ olsun. Bax gör nə yaxşı şey eləyib. Kənd camaatı kef edir.

- Hə, sağ olsun.

Başqa adamlar da gəlmişdi, əllərində su butulkaları, vedrələrlə... Hamı suyu doldurmaq üçün növbəyə düzülmüşdü.

Hər kəs bir-birinə yol verir, butulkasını doldurmağa kömək edir və ən sonda “Allah Tağıyevin canını sağ eləsin” deyib gedirdi.

Biz də iri butulkalarımızı arabaya yükləyib yola düzəldik. Su kəmərinin üzərini örtən səxavətli, balaca təpə ilə evimizə gedirdik...

news-inner-user
Ayxan Ayvaz

524 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Stalinin əlindən qaçdı, Məkkədə yaşadı, üç arvad aldı - Leninin müsəlman qardaşı
15:33 16 İyun 2021
Rüşvət alan kişilərin arvadları haqda 10 cümlə
14:45 16 İyun 2021
Nizamiyə həsr olunan müsabiqənin qalibləri bilindi
14:02 16 İyun 2021
Dayısı Rəşid Behbudov onu səhnəyə həsrət qoydu, küsüb Azərbaycandan getdi, anası ölənəcən yolunu gözlədi – Qürbətdə can verən müğənnimiz
13:11 16 İyun 2021
Tarix bizi Şuşada gözləyirdi – Aqşin Yenisey yazır...
12:39 16 İyun 2021
Vaqif İbrahimoğlunun 32 il sonra reallaşan xahişi
12:30 16 İyun 2021
Fərid Hüseyn Nizamidən mühazirə oxuyub
11:59 16 İyun 2021
Aləmi bürüyən ədəbiyyat ətri - İlham Əziz yazır...
11:30 16 İyun 2021
Seda Sayan Mehmet Ali Erbili təcavüzdə ittiham etdi
10:56 16 İyun 2021
Anar, Çingiz Abdullayev, Vaqif Səmədoğlu Monteneqro dilində…
10:05 16 İyun 2021
İlhamiyyə Rza: “Həmid efirdə lap ağ eləmişdi” – Müsahibə
09:01 16 İyun 2021
SSRİ-də yay istirahəti - Nostalji fotolar
21:00 15 İyun 2021
Nobelli yazıçı daha bir mükafata layiq görüldü
18:39 15 İyun 2021
Avropa Film Festivalında iştirak edən filmləri onlayn izləmək mümkündür
17:45 15 İyun 2021
Öz arvadını söydü, Səməd Vurğunu pislədi, yad qadınla yaxalandı – Hüseyn Arifin heç yerdə yayımlanmayan lətifələri
17:01 15 İyun 2021
Əməkdar artist vəfat etdi
16:18 15 İyun 2021
Bakının yaşı keçmiş ofisiant qadınları: Onları necə alçaldırlar?
15:30 15 İyun 2021
Müğənninin cızma-qarası 281 min dollara satıldı - Foto
14:41 15 İyun 2021
Məşhur bəstəkar vəfat etdi
14:01 15 İyun 2021
Mənə zorla köynək satan qız - Nihat Pir yazır
13:07 15 İyun 2021