writer1

Samirə Əşrəf

Məqalə sayı

180
clock12:10 calendar-gray 01 İyul 2020 view-gray2420 dəfə oxunub
view-gray2420 dəfə oxunub

Yaradıcı gəncliyimizi erməniyə uduzduranlar

Dörd-beş il əvvəl tanınmış rejissorla söhbət edirdik. O, çox böyük bir ağrıyla Qarabağla bağlı ağrı-acılarımızı, haqlı olduğumuz, işğala və təcavüzə məruz qaldığımızı sənətsəl baxımdan dünyaya, nüfuzlu festivalların tamaşaçılarına çatdıra bilməməyimizdən danışdı, başımız əhləd daşına dəysə belə, ayılıb özümüzə heç olmasa haqq-ədalət naminə bir gün ağlamamğımıza yanıb-yaxıldı.

Bu əhləd daşı da nəmənədirsə ancaq elə bizim başımız gedib ona çırpılır. Bütün milli faciələrimizin fonunda gözümüzə bu əhləd daşı sataşır. Barı nəticə çıxarsaydıq, o qədər də vaysınmazdıq. Başdır də. Ora-bura dəyə-dəyə bərkiyəcəkdi.

Kann festivalının proqramına erməni rejissor Nora Martirosyanın “Əgər külək əsərsə” (Si le vent tombe) filminin daxil edilməsi də sanki həmin rejissorun dediyi sözləri bəd yuxu kimi çin etdi.

Rejissorun dedikləri pis yuxu olsaydı, cəhənnəm, yuxudan oyanan kimi gedib axar suya danışardıq, bəlkə axar su bizim dərd-sərimizi, yuxumuzun çin olma məqamını götürüb aparsın. Heyhat deyibən təəssüf etməli oluruq.

Kann film festivalının nüfuzu haqqında uzun-uzadı yazmağa, yəqin ki, heç bir hacət yoxdur. Ədəbiyyat üçün Nobel mükafatı nəyi ifadə edirsə, kino üçün də bu festival odur.

Lakin bizimki əvvəldən gətirmədi. Biz nə vətən sarıdan, nə ədəbiyyat, nə kino sarıdan yarıdıq. Vətənimizin iyirmi faizi işğal olundu. Yüz minlərlə insan qaçqına, köçkünə çevrildi. Yazdıqlarımızı və çəkdiklərimizi özümüzdən başqa heç kim görmədi. Yəni biz yazdıqlarımız və çəkdiklərimizlə nəinki dünyaya çıxmaq, Sumqayıtdakı oxuculara, tamaşaçılara ulaşa bilmədik.

Heç olmasa, ən yaxın qonşu ölkələrə öz həqiqətimizi, haqlı ola-ola haqsız duruma düşməyimizin səbəblərini çatdırmaq bizim üçün niyə bu qədər çətin oldu? Halbuki, müharibə dönəmindən sonra kifayət qədər savadlı, mütaliəli, intellektual gənclər meydana çıxdı. Ədəbiyyat və kino sahəsində xeyli istedadlı insanlar doğuldu. İndi vaxtilə fəxrlə gənc adlandırdığımız, yaradıcılıqlarına ümid bağladığımız həmin adamlar yaşlanmağa doğru gedirlər. Elə isə bizim ermənilərdən, daha dəqiq desək, bu gün Qarabağ konfliktindən film çəkən, indi Kann film festivalında boy göstərən 40 yaşlarında erməni rejissordan nəyimiz əskikdir.

Məsələ burasındadır ki, bizdə gənclərə bineyi-qədimdən inam olmadı. Onlarla gənc tanıyıram ki, əlində ssenari yazmaq, film çəkmək qabiliyyəti olduğu halda, illərlə çəkiləcək filmə maliyyə vəsaiti axtara-axtara ömrü bada verdilər. Fərqi yoxdur, istər Qarabağdan olsun, istər başqa mövzularda. Bütün hallarda bu gün sevgidən, küçə pişiklərindən, şəhər həyatından əsər yazan yazıçı, film çəkən rejissor püxtələşərək sabah da Qarabağdan yazıb, çəkəcəkdi.

O gənclərə birmənalı şəkildə imkan verilmədi. İllər keçdi onların arzu və istəkləri vətən həsrəti kimi qubar bağladı.

Gənclərin yoluna daş yomalayanlar çox oldu. Lap çox.

Misal üçün Azərbaycan Yazıçılar Birliyi kimi nəhəng divarları buz tutmuş bir qəsrdə son otuz ildə baş verənləri yazsaq, gərək bu mövzunu lap nağıllardakı kimi yeddi gün, yeddi gecə davam etdirək. Vəziyyətimiz həqiqətən də ağırdır. Artıq 31 ildir ki, Yazıçılar Birliyinin kreslosunda əyləşən Anar özü də Birliyin binası kimi daşlaşmağa başlayıb. Müstəqillik illərində biz ədəbi nəsil çox şey itirdik. Yazdıqlarımız çap olunmadı, bunun üçün Yazıçılar Birliyinin büdcəsinə ayrılan vəsait hara sərf olundu?

Gənc yazıçılara əsərlərini çap etdirmək üçün heç bir ciddi kömək olmadı. Adamlar məcbur olub özləri öz kitablarını çap etdirib sonra da çantalara yığıb mağazalara daşıdılar. Günün günorta çağı azərbaycanlı yazıçı satıcıya çevrildi. Anar, əlbəttə ki, mənim və ya bir başqasının əlindən tutub demədi ki, yazma. Amma inanın mənə o, sədr olduğu dönəmlərdə biz gənclərə bundan betər maneələr törətdi. Hal-hazırda Yazıçılar Birliyi cüzi istisnaları çıxsaq, yaşı yetmişi adlamış qocalar evini xatırladır. Qocalar evindən isə dünyaya çıxarmaq adına nə isə gözləmək gülməlidir. O yaşdan sonra çıxış başqa dünyayadır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının qapağını qaldırsaq altından eyni problemlər çıxacaq. Hələ 72 yaşlı Azər Paşa Nemətovun səhnədə yox, inzibati işlərdə qurub-quraşdırdığı teatr oyunlarını demirəm. Azər Paşa müəllim də özünü qocalar evinin baş məsləhətçisi kimi aparmaqda davam edir. Onun gənclərlə bağlı ən pafoslu sözü bundan ibarətdir: “Ağıllı olun!” Bu günə qədər içi mən qarışıq kim onun sənət naminə törətdiyi bəd əməllərdən bəhs edibsə, hamısına qarşı ətrafına yığdığı istedadsız adamlar tərəfindən ciddi müharibə başladılıb. Onun rəhbərlik etdiyi Teatr Xadimləri İttifaqı bu günə qədər hansı uğurlu işə imza atıb bilən və xəbəri olan yoxdur.

Kinomuzun məşhur simaları var ki, hələ iyirmi, otuz il əvvəl bütün ümidimiz onlara bağlı idi. Rüstəm İbrahimbəyov, Ayaz Salayev və digərləri gəncləri irəli buraxmaq bir yana qalsın, özləri də heç nə etməməklə məşğul oldular. Vaxtilə ssenari müəllifi olduğu “Cənnətlə bağlı” filmi Venesiya Film Festivalında “Qızıl Şir” mükafatı qazanan, maraqlı ekran işlərini imza atan, “Oskar” mükafatına namizəd olan Rüstəm İbrahimbəyov vəhy gəlmiş kimi kinonu bir kənara qoyub siyasətə qurşanmasaydı, bəlkə nəsə dəyişərdi. O, bilgilərindən gənclərə nəsə əta etmədi. Bunu lazımı və gərəkli bilmədi. Bu yaxınlarda onun qızı üçün yazdığı on bəndlik məsləhət janrında nəsihətini oxudum. Rüstəm müəllim burada deyir ki, qızım, vəfat edəndə səni yandırmalarını tələb etmə, çünki, torpağa qarışmaq, həm də öz əcdadlarınla birləşməkdir. Maraqlıdır, görəsən, Rüstəm müəllim bu nəsihəti yazarkən əcdadlarımız uyuyan Qarabağı xatırladımı?

Kino aləmində Rüstəm müəllimin “sopernik”i hesab olunan Ayaz Salayev “Yarasa” filmindən sonra yaşadığı könül qırıqlığına bu qədər bərk-bərk aludə olmasaydı, hər il kino gününə Qarabağla bağlı bayağı roliklər çəkmək kimi səmərəsiz işlərlə məşğul olmasaydı kino və dünya adına bizlər də nərlərsə qazanardıq.

Məsələnin ən dəhşətli tərəfinə qayıdıram yenə. İyirmi faizi işğal olunan bir məmləkətdə son illər Qarabağ adına sənət filmi deyəndə yadımıza Elçin Musaoğlunun “Nabat” filmindən başqa heç nə düşmür. Hiss etdiyim və bildiyim bəzi məqamlara əsaslanaraq deyirəm ki, bu filmin ərsəyə gəlməsi əsasən rejissorun şəxsi mübarizələrinin, istisna səbri və əzminin nəticəsi olaraq ortaya çıxıb. Yəni mümkünsə, bu faktı heç kim prosesin nəticəsi kimi bizə sırımasın.

Müstəqillikdən 30 il keçib, milyonlarla pul xərclənib, lakin əlimizdə bir ciddi film yoxdur ki, dünyaya çıxara bilək.

Kim etməliydi bütün bunları?! Dövlət deyirsinizsə, kifayət qədər vəsait ayrılıb. Büdcəsi milyona çatan filmlərimiz var. Bunudamı ermənilər eləyir? Bəlkə, sənətimizi öz şəxsi maraqları və vəzifə hərisliyi ilə məhv edib, yaradıcı gəncliyimizi düşmənə uduzduranlardır günahkarlar?

Əslində, Mədəniyyət Nazirliyində baş verən son hadisələr bir çox sualların cavabıdır. Amma hamısının deyil...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021