Bağışla - Uşaqların yazdığı nağıl

Bağışla - Uşaqların yazdığı nağıl
25 iyun 2020
# 17:20

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə başa çatmaq üzrədir.

7-13 yaş arası uşaqların koronovirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya ümumilikdə 483 nağıl təqdim olunub. Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin (Zülfüqar Rüfətoğlu, Şərif Ağayar, Samirə Əşrəf, Nərgiz Kərimova, Həmidə Rüstəmova ) gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağıl seçilərək müvafiq yerlər üzrə sıralanıb.

I, II, və III yerin qaliblərindən əlavə qalan 7 nağıl bu gündən etibarən “Kulis.az” saytında yayımlanaraq, saytın Facebook səhifəsindəki oxucu likeləri əsasında qiymətləndiriləcək. Ən çox like toplayan nümunəyə təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.

Bu dəfə isə Dəniz Xankişiyevanın “Bağışla” nağılını təqdim edirik.

Biri var idi, biri yox idi. Almaz adında 10 yaşlı bir qızcığaz var idi. O ata və anasının bircə qızı idi. Dərslərinə ötəri yanaşar, kafi qiymətlər alardı. Orta təbəqəli bu ailə balaca bir qəsəbədə yaşayırdı. Atası sürücülük edərək ailəsini dolandırırdı. Anası isə evdar qadın idi. Almaz ata və anasını cox sevirdi. Atası hər işdən gələndə, onun qucağına qaçar və onu bərk qucaqlayardı. Bəzən, hər ana kimi Gulnisə xanım da qızı Almazı danlayardı. Belə olduqda balaca qız anasından inciyər və ondan küsərdi. Çünki, o, dərslərini vaxtı-vaxtında yerinə yetirməz, eyni zamanda gigiyenik qaydalara da əməl etməzdi. Səhər çarpayıdan qalxarkən əl-üzünü yumadan süfrəyə əyləşər, çölə çıxıb qayıtdıqdan sonra, əllərini yumazdı. Çünki, bunları etməyə tənbəllik edərdi. Və anası ona bu hərəkətinin yanlış olduğunu söyləyib, ona əsəbləşərdi.

Gulnisə xanım 33 yaşında gözəl bir xanım idi. Onun evinə gələn qonaqlar məmnuniyyətlə evlərinə qayıdardılar. O, təmizkar, ailəsinə sadiq və uşaqlarını sevən bir ana idi. Bircə qızının tərbiyəsinə xüsusi diqqət yetirirdi. Günlərin bir günü bütün ailə həmişəki kimi süfrə başında şam yeməyi yeyərkən, televizorda yeni bir xəbərlə rastlaşdılar. “Çində başlayan və artıq dünyaya yayılmaq üzrə olan yeni (Covid19) Corona pandemiyası insanları təhlükə altında qoymaqda davam edir. Ölənlərin və yoluxanların sayı günü-gündən artmaqdadır. Bu virus boğaz ağrısı, halsızlıq, qızdırma və öskürmə halları ilə özünü biruzə verir. Artıq ölkəmizdədə yayılmağa başlayıb. Bunun qarşısını almaq üçün gigiyenik qaydalara əməl edin, əllərinizi tez-tez sabunlayın və evdə qalın”. Xəbəri eşidən ailə olduqca təşvişə düşür. Hər iki valideyn ən çox balaca qızları Almaz üçün narahat idi. Almaz isə bu xəbəri demək olar ki, önəmsəmirdi. Artıq çox diqqətli olmaq lazım idi. Çünki, insandan-insana yoluxan bu virus hər dəqiqə can ala-ala öldürürdü. Dünyanı bürüyən bu fəlakət hər kəsi qorxuya bürümüşdü.

Dünya ölkələri kimi Azərbaycan Respublikası da karantin rejiminə keçmişdi. Artıq hər kəs öz ailəsi ilə evində oturub, bu hadisənin tez zamanda bitməsini arzulayırdı . Almazın atası Sahib kişi sürücü idi, yaranmış vəziyyətlə bağlı olaraq, bütün gününü qızı Almaza sərf edirdi. Bir gün Almaz evdə çox sıxıldığını və çölə çıxmaq istədiyini anasına bildirdi. Amma anası buna icazə verə bilməzdi. Bu virus barədə qızına çoxlu məlumat versə də Almaz onu dinləməyib, atası mağazaya gedərkən onun arxasınca evdən çıxır, həyətdə oynamağa başlayır, və yanına öskürərək bir qadın yaxınlaşır. ” Qızım evinə get. İndi oynamaq vaxtı deyil, çölə çıxmamalısan”. Almaz tez evinə qaçıb, olanları anasına danışmağa başlayır. Aradan iki gün keçir. Almaz özünü pis hiss etdiyini və halsız olguğunu anasına söyləyir. Anası qorxaraq, Sahib kişiyə həkim çağırmasını söyləyir. Ananın qorxduğu başına gəlir. O hadisədən sonra ananın ürəyi yaman narahat olmağa başlamışdı. Virusun daha çox orta yaşlı insanlara bulaşmağı onu çaşdırmışdı. İndi isə hər üçü yoluxmuşdu. Amma ata, balanın vəziyyəti yaxşılığa doğru getsə belə, Gulnisə xanım bu xəstəliyi dəf edə bilmirdi. Vəziyyəti günü-gündən pisləşirdi. Onu bu halda görmək Almazı məyus edirdi. Tək istəyi anasını bərk qucaqlamaq, doyunca sarılmaq idi. Kaş yenə anası onu danlıyaydı. Almaz valideynlərinə və özünə söz verir ki, yaxşı oxuyub, məktəbi əla qiymətlərlə bitirəcək və həkim olub, anası kimi xəstə insanları tezliklə sağaldacaq. Bu xəbərə anası çox sevinir və qızına “Səni çox sevirem qızım, tezliklə sağalacam”söyləyir. Lakin, həkimlər əllərindən gələni etsə belə, Gulnisə xanımın ürəyi tab gətirir. Bu virus digərləri kimi onun da canını aldı. Bu xəbər ata və balanı olduqca sarsıtmışdı. Sahib kişinin saçları birdən-birə ağarıb, üzünə kədər enmişdi. Almazın ağlamaqdan gözləri qızarmışdı. O səhvi özündə görürdü,vicdan əzabı çekirdi. Anasının ölümünə inanmaq istəmirdi. Atasının tək əlacı isə bircə qızı Almaz idi. O, həyat yoldaşına söz verdiyi kimi qızını oxutdurub arzusuna çatdıracaqdı. Ata ve qızı bir-birinə sarılıb, həyatda qalmalı idilər. Aradan günlər, aylar, illər keçir. Bu fəlakət artıq bitmişdi. Həyat öz axarında davam edirdi. Almaz məktəbi qırmızı diplomla bitirib, tibb universitetinə daxil olub, anasına söz verdiyi kimi həkim olmuşdu. Vədd etdiyi sözü tutmuşdu. Universitetin son günü məzun geyimi ilə, uşalıqdakı kimi atasının önünə qaçaraq onu bərk qucaqladı. Sonra, atası ilə birlikdə anasının məzarına gedərək, diplomu torpağın üstünə qoyub, ağlayaraq “Qızın sənə verdiyi sözü tutdu anacan. Kaş səndə yanımda olardın. Əfsus ki, səni görə bilmirəm. Amma sən hər zaman mənim qəlbimdəsən. Səni çox sevirəm” söylədi…

# 2852 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #