news-inner
clock17:16 calendar-gray 10 İyun 2020 view-gray2562 dəfə oxunub
view-gray2562 dəfə oxunub

33 ildən sonra danışan foto - Bu, o dövr üçün gəzlənilməz toplantı idi

O günləri yada salan bir foto

1987-ci il dekabr ayının 28-də Bakı Filarmoniyasında Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyətinin (“Vətən” Cəmiyyətinin) təsis konfransı keçirilmiş, Xalq yazıçısı Elçin Cəmiyyətin Rəyasət heyətinin Sədri, respublikanın 76 nəfər görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimi Cəmiyyətin Şurasına, 26 nəfər isə Rəyasət heyətinə üzv seçilmişdi.

30 nəfərə yaxın əməkdaşın çalışdığı Cəmiyyətin bir neçə şöbəsi, üç əlifba ilə iki həftədən bir nəşr olunan tirajı 250 mindən çox olan “Odlar yurdu” qəzeti fəaliyyət göstərirdi. Böyük tarixi və milli missiyanı üzərinə götürən Cəmiyyətin əməkdaşları ilk günlərdən bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər oldu, geniş miqyaslı fəaliyyətə başladı. Təkcə bir faktı demək kifayətdir ki, 1988-ci il ərzində həmvətənlərdən mindən çox məktub alınmış, onların ünvanına 10 minlərlə kitab, qəzet, albom, digər elmi-kütləvi nəşrlər göndərilmişdi.

Həmin il 18 nəfər həmvətənimiz, o cümlədən London Universitetinin professoru Turxan Gənceyi, “Ana dili” qəzetinin (Bonn) redaktoru Nurəddin Qərəvi, “Xəzər” jurnalının (İstanbul) baş redaktoru Həmid Turan, şöhrətli rəssam Əkbər Behkəlam (Berlin), tələbə Səid Rəfipur (Almaniya), Fransa Müqavimət Hərəkatının iştirakçısı İbadulla Əzimzadə “Vətən” Cəmiyyətinin dəvəti ilə Azərbaycanda olmuş, ölkəmizdə və xaricdə çox sayda irimiqyaslı ədəbi-mədəni tədbirlər həyata keçirilmişdi.

Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi münasibəti ilə “Vətən” Cəmiyyətində xaricdən dəvət olunmuş elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən görüş (31 oktyabr, 1988) taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın tarixdə ilk müştərək toplantısı idi.

Gallery

Şəkildə (solda, birinci sıradan): Mətbuat və İnformasiya Nazirliyi Poliqrafiya və Kitab Ticarəti Komitəsinin sədri Nazim İbrahimov, yazıçı,filologiya elmləri doktoru,professor Əzizə Cəfərzadə, Xalq şairi Bəxtiyar Vahabzadə, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, professor İlbər Ortaylı, Xalq yazıçısı Anar, professor Yusif Gədikli, Fatma xanım və onun həyat yoldaşı professor Əli Yavuz Akpinar, professor İlham Rəhimli,naşir İldırım Dağyeli, azərbaycanşünas alim Canpyero Bellinceri, (ikinci sıra, sağdan) Xalq rəssamı Fərhad Xəlilov, tanınmış rəssam Davud İmdadian, şərqşünas alim Şirin Melikof, “Vətən” Cəmiyyətinin əməkdaşı Sabir İslam, (arxa planda, ayaqüstə) Abid Tahirli.

“Vətən” Cəmiyyəti Rəyasət heyətinin sədri Elçinin açdığı və geniş nitq söylədiyi tədbirdə İren Melikoff, Turxan Gənceyi, Əbdüllətif Bəndəroğlu, Sərvər Tanilli, Qulamrza Təbrizi, İlbər Ortaylı, Şapur Ənsari, Canpyero Bellinceri, Əli Yavuz Akpinar, Şirin Melikoff, İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və Davud İmdadian qardaşları, Rza Diqqəti, Bəxtiyar Vahabzadə, Anar, Polad Bülbüloğlu, Lütfiyar İmanov, Fərhad Xəlilov, Vilayət Quliyev, Nazim İbrahimov iştirak və çıxış ediblər.

Bu günlərdə şəxsi arxivimi saf-çürük edərkən həmin tarixi tədbirə şahidlik edən fotolardan biri ilə rastlaşdım. Dövrünün sayılıb seçilən istedadlı fotoqrafı Rasim Sadıqovın kadrında Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi münasibəti ilə “Vətən” Cəmiyyətində keçirilən görüşün iştirakçılarının bəziləri əks olunmuşdu. Görünür, ovaxtkı texniki imkanlar, aparatura, eyni zamanda zalın quruluşu, masaların düzülüşü Rasimə görüş iştirakçılarının hamısını eyni vaxtda obyektivə yerləşdirmək imkanı verməmişdi.

Bu foto digər bir cəhətdən də maraq doğurur. Həmin vaxtlarda ölkəmizdə videokamera çox az miqdarda, bəlkə də 5-10 ədəd idi. Həmvətənlərimizdən biri Cəmiyyətə Panasonic videokamerası bağışlamışdı, operator ştatı isə yox idi. Mən o vaxt “Odlar yurdu” qəzetində çalışır, eyni zamanda Cəmiyyətdə keçirilən bəzi tədbirləri də lentə alırdım. Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi münasibəti ilə keçirilən görüşü çəkmək də mənə nəsib olmuşdu.

Abid Tahirli

08.06.2020

news-inner-user

17647 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021
Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
14:00 20 Yanvar 2021
“Harri Potter” filminin ulduzu kinodan getdi
12:45 20 Yanvar 2021
Tanıdığım ilk şəhid
11:30 20 Yanvar 2021
Məşhur serialın aktyoru vəfat etdi
10:20 20 Yanvar 2021
Müstəqillik tarixinin ən möhtəşəm 20 Yanvarı - Şərif Ağayar yazır...
09:01 20 Yanvar 2021
"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
18:40 19 Yanvar 2021
"Simpsonlar"ın ssenaristi öldü
17:56 19 Yanvar 2021
Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət
17:12 19 Yanvar 2021
Balacalar üçün onlayn tamaşa
16:31 19 Yanvar 2021
“Qarabağ hekayələri” qırğız dilinə tərcümə olundu
15:53 19 Yanvar 2021
“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021
Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021