news-inner
clock11:26 calendar-gray 15 Noyabr 2012 view-gray2050 dəfə oxunub
view-gray2050 dəfə oxunub

“Azərbaycanda homoseksualların çox güclü təşkilatı var”

Bu gün Azərbaycan xarici televiziyaların, internetin çox ciddi təsirinə məruz qalır. Əsrlərdir qapalı mühitdə formalaşan dəyərlər bu gün xarici dəyərlərlə imtahan olunur. Bu mübarizə fonunda cəmiyyətində ailə-məişət problemləri, məişət zorakılığı, namus cinayətləri, atalar və oğullar dilemması xüsusilə kəskin forma alır.

Debatın birinci hissəsi

Kulis.az bu mövzunu yazıçı Etimad Başkeçid və jurnalist Turan İbrahimovla müzakirə edir. Polemikanın ikinci hissəsini təqdim edirik.


- Burda pis nə var ki?

T. İbrahimov: Mənim yaşadığım dəyərlərə zidd bir şeydir. Bu dünyanın əndazəsini pozmaq deməkdir. Burda yaxşı nə ola bilər axı?! Kişinin kişi ilə, qadının qadınla olması həmişə olub və olacaq. Psixoloji, mənəvi sapma insana xas bir xüsusiyyətdir.

E. Başkeçid: İstənilən cəmiyyətdə homoseksuallar 3-5 faiz təşkil edir. Bunu mən demirəm, sosioloqlar deyir. İndi həmin adamlara baxıb, bütün qadınlar haqqında ümumi danışmağımız düzgün olmazdı.

T. İbrahimov: Bəs niyə namus üstündə törədilən qətlləri bütün Şərqə aid edirsiniz?

E. Başkeçid: Ona görə ki, statistika baxımından törədilən qətllər çoxdur.

T. İbrahimov: Yenə qeyd edirəm ki, siz dediyiniz statistikaların formalaşdırılmasında kütləvi informasiya vasitələrinin müstəsna rolu var. Bu gün dünyada rəy formalaşdıran KİV-lərin - CNN, BBC kimi böyük media qurumlarının hamısı Qərbin əlindədir. Qərb özünü həmişə islah olunmuş kimi təqdim etməyə çalışır və bütün günahları Şərqin üstünə atır. Primitiv bir nümunə. Hazırda Nigeriyada “Boko Haram” adlı müsəlman terror təşkilatı var. Bu təşkilatda müsəlmanlarla yanaşı başqa dinlərə mənsub yerli tayfaların da nümayəndələri yer alıblar. Ancaq müsəlmanlar çoxluq təşkil edir deyə, təşkilatı müsəlman terror təşkilatı elan ediblər. “Boko Haram” hökumətə qarşı terror təşkil edəndə Qərb bunu dərhal “Əl-Qaidə” ilə bağlayır. Tavtologiya olmasın, Breyvik sırf xristian nöqteyi-nəzərindən çıxış edərək Norveçdə 21 nəfəri qətlə yetirdi. Ancaq norveçli Breyvik deyirlər, xristian Breyvik yox. Görürsünüz onun milliyyətini, adını bilirik. Bu gün heç kim sübut edə bilməz ki, ailədaxili şiddət Qərbdə azdır, Şərqdə çoxdur. Bu yanaşmanın tərəfdarı deyiləm. İtaliya telekanallarına baxıram. Orda da bizdə göstərilən kriminal xronika göstərilir. Ailədaxili zorakılıq İtaliyada da çoxdur. Şərqi Avropa ölkələrində - Polşada, Macarıstanda da ailədaxili zorakılıq var. Sadəcə Şərqi bu anlayışla “populyarlaşdırmaq” istəyən qüvvələr var ki, biz bu gün ondan danışırıq.

E. Başkeçid: İndiki Qərb cəmiyyətlərində islamofobiya və islam əleyhinə psixoz yaşanır. Bunu keşişlərin Quranı yandırmasında və başqa hərəkətlərlə görürük. Bu psixoz ondan qaynaqlanır ki, müsəlmanların sayı Avropada getdikcə artır. Avropa özünü qorumaq istəyir. Şərq ölkələrindən Avropaya köçənlər gedən kimi başlayırlar ki, mənə məscid tik, məktəbə başıbağlı gedəcəyəm və s.

T. İbrahimov: Avropaya da azad yaşamaq üçün gəlirlər də bəs. Avropaya köç edənlərin çoxu cahil insanlardır. Azərbaycan kimi ölkədə başıbağlı məktəbə gedə bilmir, Avropaya da azad yaşamaq üçün gedir.

E. Başkeçid: Ölkəsində təzyiqlərə məruz qalır. Sonra da deyir ki, mən Avropada öz bildiyim kimi yaşayacağam. Öz geyimimdə gəzəcəyəm.

T. İbrahimov: Öz bildiyi kimi yox. “İnsanlarınıza verdiyiniz azadlıqlardan bizə də verin”,- deyirlər.

E. Başkeçid: Avropada heç kim xristian geyimində gəzmir.

T. İbrahimov: Siz dediyiniz geyimlər ərəblərin milli geyimləridir. Baş örtüsü islamı simvol deyil axı, tərzdir. Necə ki, kimsə saqqalını uzun saxlayır, şalvarını gödəldir, saçını yaşıl, qırmızı rəngə boyayır. İnsanın dünyagörüşünü özündə ehtiva edən bir şeydir. Daxili, siyasi, psixoloji təzahür formasıdır.

E. Başkeçid: Hindistanlının, banqladeşlinin öz milli geyimləri var. Avropa məktəblərində forma aşağı-yuxarı unifikasiya olunur. Avropalı şortda getmir ki, məktəbə. Belə şeylərin qarşısı alınır. İstəyirlər ki, kimlərsə ora baş örtüsündə gəlməsin.

T. İbrahimov: Burda bir riyakarlıq var. Obamanın dediyi kimi ABŞ hamının – homoseksualın, biseksualın hər kəsin vətənidir. ABŞ məktəblərində belə problemlər olmur. Kim necə istəyir, elə də gəlir məktəbə. Avropada isə bu problemi ona görə yaradırlar ki, Avropa görür ki, islamlaşma gedir. Özlərində də islamı qəbul edənlər var, həm də müsəlman miqrantlar gəlir. İslamı qəbul etmək kimin üçünsə irəliyə, kimin üçünsə geriyə addım ola bilər. Bu haqda danışmaq istəmirəm. Avropa dünyanı belə məsələlərdə günahlandırır, özünə gələndə isə bu məsələləri çərçivəyə salmağa başlayır. Riyakarlıq deyil, bəs nədir?!

- Qadın özünü Qərbdə daha rahat hiss edir ya Şərqdə?

E. Başkeçid: Azərbaycanlı qadınlar və qərbli qadınlar arasında səmimi sorğu aparsaq, qərbli qadınlar özünü daha xoşbəxt hiss etdiyini etiraf edər, nəinki bizim qadınlar. Bizdə qadın kişinin əlavəsidir və əlavə kimi də funksiyalarını yerinə yetirir. Məhəmməd peyğəmbər deyirdi ki, “Cənnət anaların ayağı altındadır”. Peyğəmbər o sözü deyəndə...

T. İbrahimov: O, nə deyirdi, bizimkilər bunu necə başa düşürlər.

E. Başkeçid: Anaya verilən qiyməti, dəyəri qabartmaq üçün deyirdi. Bizimkilərsə bu cümləni baş-ayaq ediblər. Cənnət ananın ayağı altındadırsa, deməli qadına ayrılan ən başlıca rol ana olmaqdır fikriylə yaşayırlar. Qadın başqa şeylər haqda az düşünməlidir. Xörək bişirsin, çay gətirsin, mən də televizorun qarşısında oturub, çay içim. Qadın həm də işləməlidir. Qadın da işdən gələndən sonra mənə xidmət etsin. Qərbdə bu cür hallar yoxdur. Kişi divanın üstündə uzanıb elə divanın üstündə də acından öləcək (gülür). Qadın ona nə çay gətirəcək, nə də yemək. Məcbur olub kişi özü-özünə qulluq edəcək.

- Etimad bəy, Rusiyada təxminən neçə il yaşamısınız? Rusiyadakı qadınlarla bizim qadınlar arasında fərqlər nə idi bu kontekstdə?

E. Başkeçid: 20 ilə yaxın yaşamışam. Onlar bizdən tamamilə fərqlənirlər. Baxmayaraq ki, Rusiya Qərblə Şərqin arasında ilişib, çabalayır. Xristiandırlar...

T. İbrahimov: Tam xristian da demək olmaz. Artıq bu gün heç bir prezident nə Medvedyev, nə Putin cəsarət edib, özünə pravoslav deyə bilir. Rusiyada artıq müsəlmanların böyük gücü var.

- Rusiyada həm də çoxsaylı xalqlar yaşayır...

T. İbrahimov: Əslində pravoslavlar orda azlıqdadır. Sadəcə hakimiyyət onlardadır.

E. Başkeçid: Rus qadını haqda müxtəlif steorotiplər yaranıb. Rus qadınları kimi ailəcanlı qadınlar yoxdur. Bunu Ukraynada da müşahidə etmişəm. Ərinin, uşağının qayğısını çəkən qadınlardır.

T. İbrahimov: Ukraynalılar tam fərqlidir.

E. Başkeçid: Rusiyalı qadınlar kimi qadın bəlkə də dünyada yoxdur. Ancaq bununla bərabər evin içində gender bərabərliyi gözlənilir. Kişi azca qadına təcavüz edən kimi qadın polisə də xəbər verir, kişinin şələ-şüləsini yığıb, qapının ağzına da qoyur. Deyir ki, çıx get. Kişi də çıxıb gedir. Məsələ bundadır, yoxsa bizdəki kimi ailə dağıldı deyə qohum-əqrəba, nəsil yığışıb kişiylə qadının başına ağıl qoymur. “Dağıtmayın ailənizi” deyib, hay-küy salmırlar. Guya ailə bütün dünyanın göbəyidir. Bu ailə dağılanda dünya da dağılacaq. Rusiyada isə 5-10 il yaşayırlar. Sonra baxırlar ki, uyuşmurlar, ayrılırlar. Kişi öz yoluna, qadın da öz yoluna gedir.

T. İbrahimov: Qadının Şərqdə və ya Qərbdə xoşbəxt olması ilk növbədə maddi durumla bağlıdır. Tox xoşbəxt, ac bədbəxt olacaq. Tox olmanın da özünə xas bədbəxtlikləri var. Bu gün Azərbaycandan danışırıqsa normal ailələr var ki, qadın ürəyi istədiyi hər şeyi edir, amma özünü bədbəxt hesab edir. Nəyə görə? Seriala baxıb görür ki, serial qəhrəmanı maşınla harasa gedir. Bu nöqteyi-nəzərdən özünü bədbəxt hesab edir. Bizdə qadınlar mən maşın sürə bilmirəm, iş həyatımda aktiv deyiləm deyib, özlərini bədbəxt sayırlar. Qərbdə də qadınlar deyir ki, əsl kişi istəyirəm. “Nə vaxta kimi kişi funksiyalarını yerinə yetirəcəyəm”,- deyib üsyan edir. Bir dəfə Macarıstana qız dostumla səfər etmişdim. Hər dəfə restoranda oturanda hesabı mən verirdim. Gördüm ki, hamısı mənə əcaib gözlə baxırlar. Mənə hörmət etmirlər. Mən də hesabı ödəyirdim ki, mənə hörmət etsinlər. 1-2 gündən sonra başa düşdüm ki, orda vəziyyət necədir. Qızla oğlan tanış olur, yatmayana, qız oğlana tabe olmayana qədər hesabı yarı bölürlər. Yatandan sonra isə qız oğlana deyir ki, artıq səninəm. Ondan sonra kişi qadının yerinə hesabı verə bilər.

- Kənardan hesab gələndə bilmək olar da onlar yatıblar, ya yox...

T. İbrahimov: 100 faiz (gülür).

- Avropada boşanmalardan bəhs olunur. Cəmiyyət üçün boşanmanın olması yaxşıdır, ya pisdir?

T. İbrahimov: Boşanmaq həm konstitusion, həm də dini haqdır. Əgər ailədə anlayış, anlaşma yoxdursa, bir-birinə zülm etmə, bir-birinin haqqına təcavüz varsa əlbəttə boşanma normaldır. Konfliktli ailədə böyüyən uşaq psixi cəhətdən qüsurlu böyüyəcək. Əgər bir-birlərinin gününü qara edəcəklərini, uşaqlarında psixi problemlər yaradacaqlarına görə boşanırlarsa, o qərara hörmət edərəm. Bizdə isə bunun qarşısını məcburi alırlar. Bu geridə qalmaqdan da betər şeydir. Qərbdə həm də şadlığına şitlik etmək məsələsi var. Mən səndən bezdim, artıq məni bu ölçü qane etmir bəhanə edib, boşanırlar. Bu artıq mənəviyyatsızlıqdır. Avropada ailə dəyərlərinin itməsini tənqid edirəm. Ailə cəmiyyətin rüşeymidir. Ailə nə qədər yaxşı olsa cəmiyyət bir o qədər güclü olar. Bu gün Avropa cəmiyyəti mənəvi dəyərlərini itirib.

E. Başkeçid: Deyirsiniz indi Avropa cəmiyyəti pozulub?

T. İbrahimov: Məsələ o yerə gəlib çatıb ki, kişi kişi ilə evlənib, uşaq götürüb saxlayır. Bu getdikcə populyarlaşaraq, daha geniş inkişaf edirsə, çox deməyək 100 ildən sonra cəmiyyətin hara gəlib çıxacağını dəqiq təyin edə bilərik. Lut qövmünə gəlib çıxacağıq.

E. Başkeçid: Ən böyük mənəvi dəyər insan azadlıqlarına hörmətdir. Bu da Avropada var.

T. İbrahimov: Necə olur ki, avropalılar radikal kommunistləri, faşistləri qadağan edirlər? İnsan haqları, azadlıqları çox gözəl anlayışdır və Şərqin dəyərlərinə zidd deyil. Sadəcə olaraq adını başqa cür qoyurlar. Hər şeyin həddi olmalıdır. Mən azadam deyib, ailə sisteminin dağılmasına, kişinin və qadının cəmiyyətdə hərtərəfli mövqeyinin sarsılmasına gətirib çıxarır. Övlad-valideyn münasibətlərinin dağılmasına səbəb olur. Buna heç kim haqq qazandıra bilməz. Bu gün azadlığı təbliğ edən avropalıların özləri belə bu durumu tənqid edirlər ki, belə olmaz. Azadlıq deyib, hər şeyin dalınca qaçmaq olmaz. Bu gün azadlıq istəyən kişi gəlib arvadına deyir ki, mən səninlə yaşamaq istəmirəm, başqa kişiylə yaşamaq istəyirəm. Bu nə dərəcədə düzgündür? Hamı bunu anlaya bilər, amma bu nə qədər düzdür? Bu düzgün deyil.

- Ancaq bunu qəbul edən insan üçün düzgündür. Faşizmlə bunun arasında nə fərq oldu? İnsanlar öz həyatlarını yaşayırlar da.

T. İbrahimov: Bu anlayış özü çox təhlükəli anlayışdır. Xəbəriniz var ki, Azərbaycanda bu gün cinsi azlıqların divaları var? Onların başçıları, məclisləri var və yığışırlar. Başçılıq uğrunda şou-biznes nümayəndələri arasında qırğın gedir.

Toplantılarında onların qarşılarına məqsəd qoyurlar. Deyirlər ki, filankəsin içində o azadlıq var, siz onu aşkarlamalısınız. Mən onun gözündən hiss edirəm, sən onu ayıltmalısan. Filankəsin üstündə düzgün işləmirsən. Özlərini ali zümrə hesab edirlər. İfratçılıq varsa, bunun üstündə mübarizə gedirsə biz azıq, azlıqda qalmışıq, özümüzü çoxaldaq kimi məsələlər faşizmdən də pisdir. Onların qurumu dünyada ən gizli təşkilatdır. Bu gün onlar başqalarının da arxasına göz dikirlər axı. Məsələn, biz pivə içənlər qrupuyuq. Deyirik filankəs nə gündədir, pivə içmir, həyatın ləzzətini bilmir. Ona da pivə içdirmək lazımdır.

E. Başkeçid: Mən inanmıram ki, meyli olmayan adamları zorla gey etmək olar.

T. İbrahimov: Azadlıq istəyən, həyata zövq almaq üçün gəlmişəm deyənlərin əksəriyyəti o yola düşürlər. Baryer bitən yerdə hər şeyi edə bilərlər. Vaxtilə Azərbaycanda kişilər deyirdilər qızlarımız şalvar geyinməsin, indi deyirlər şalvar geyinsin, amma mini yubkada gəzməsin. Atalar var ki, fəxrlə deyir qızımın ayaqlarına bax. İfrat azadlıq uçuruma aparır.

E. Başkeçid: İfrat azadlıq əlbəttə ki, dəlilikdir. Eynicinsli nikahlar çox cüzi faiz təşkil edir. Bu tendensiya...

T. İbrahimov: Elə deyil. Bu gün artıq buna qarşı mübarizə aparmağın yolları axtarılır.

E. Başkeçid: Homoseksualların öz subkulturaları var. Onlar hansısa dəyərlərə tapınırlar, bu aydın məsələdir. Marginal qruplar bütün cəmiyyətlərdə var. Onların hamını yolundan sapdırmasına və özləri kimi etməyinə inanmıram. Mümkün olmayan şeydir.

T. İbrahimov: Qədim Romada hər kişinin qadından başqa kişi sevgilisi də var idi. Heç pis də qəbul olunmurdu. Bu artıq normaya çevrilmişdi. Bu lüks idi. Təbii ki, kasıbın qarnını doydurmaqdan başqa dərdi olmayıb.

E. Başkeçid: Nəzərə alaq ki, əksəriyyət kasıb olub.

T. İbrahimov: Avropada vaxtilə mübarizə aparırdılar ki, qadınlar deputat seçilsin, nazir olsun. İndi parlamentə də düşürlər, nazir də olurlar, ancaq cinsi oriyentasiyalarının necə yazılması uğrunda mübarizə aparırlar.

- Bizdə boşanmış qadına münasibəti necə dəyərləndirirsiniz?

T. İbrahimov: Bizdə boşanmış qadına münasibət əxlaqsız formadadır. İslam dini evliliyə qədər və evlilikdən sonra qadına, kişiyə eyni hüquqları verir. Hüquq bərabərliyi baxımından qadının boşanmışı necədirsə, kişinin boşanmışı da o cürdür. Azərbaycanda boşanmış qadına münasibət pis vəziyyətdədir. Bizim kişilərimizdə çoxlu komplekslər var. Kişilərimiz etdikləri mənəviyyatsızlıqları qadınların üzərinə atmaqla özlərini xilas etməyə çalışırlar. Avropalılar bu cəhətdən daha çox müsəlmandırlar.

E. Başkeçid: Avropalılar bu sahədə bizdən artıq müsəlmandırlar. Bu da özünü xüsusilə boşanmış qadına münasibətdə göstərir. Bir qadın boşanıbsa o qadın suça, günaha bulaşmış kimi qəbul olunur.

T. İbrahimov: Elə bil İsveç stoludur. Hamı əlini atıb nə isə götürə bilər...

SON

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020
Azərbaycan bayrağı – Günün şeiri
11:03 18 Oktyabr 2020
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
16:30 17 Oktyabr 2020
Şərqli atanı cəzalandıran olacaqmı?
15:33 17 Oktyabr 2020
Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir
14:36 17 Oktyabr 2020
Anası Füzulidə, atası Bakıda dəfn olunan aktyor: "Onları qovuşduracağam"
13:51 17 Oktyabr 2020