news-inner
clock18:37 calendar-gray 27 Aprel 2020 view-gray5319 dəfə oxunub
view-gray5319 dəfə oxunub

Sürpriz pianino müəlliməsi - Hekayə

Kulis.az Orxan Güləliyevin "Pianino müəlliməsi" hekayəsini təqdim edir.

Rəşadət mənzilinə daxil olanda qapının ağzında tanış olmayan qadın ayaqqabısı gördü. Onu qapıda həyat yoldaşı qarşıladı və sevinclə Humayın yeni və ilk pianino müəlliməsinin indicə gəldiyini dedi. Rəşadətin sevinci o dəqiqə üzündən oxundu.

Nərgiz bilirdi ki, Humayın pianinoda ifa etməyi öyrənməsi Rəşadətin çoxdankı arzusudur. Rəşadət Humayın 6 yaşı olan kimi ona təzə piano almış, Nərgizdən evdə Humayla məşğul olacaq bir pianino müəlliməsi tapmasını istəmişdi. Nəhayət ki, Nərgiz onun istəyini yerinə yetirmiş və Rəşadəti qəfil sevindirmək üçün ona əvvəldən heçnə deməmişdi.
Rəşadət tələsərək üstündə büllur kimi dayanmış payız yağışının damcıları olan plaşını asılqandan asıb qonaq otağına getdi. O otağa daxil olanda pianino müəlliməsi pianinonun qarşısında astaca oturub yerini rahatladı. Humay da onun yanında stulda oturdu. Rəşadətin sakit divanda oturmasından onların xəbərləri olmadı. Müəllimə pianinonun qapağını səssiz qaldırdı. Uzun zərif barmaqları ilə pianinonun dillərini ehmalca sığalladı və ayaqları ilə pianonun pedallarını yoxladı. Əllərini yuxarı qaldırıb uzun illərin həsrətlisi tək pianonun ağ-qara dillərini üsulca basmağa başladı.

Qulağı oxşayan musiqi sədaları otağı bürüdü. O hər dəfə pedalı basanda irəli-geri gedir, hansısa notun əks-səda verməsini, hansısa notun yarıda kəsilməsini təmin edir, beləliklə ifa etdiyi musiqidə misilsiz ahəngdarlıq yaradırdı. Sanki onun barmaqlarının arasından yuvasında anasından yem gözləyən ətcə balaların həyəcan dolu civiltisi, sevgilisinin qulağına eşq pıçıldayan kişi səsi, qəfil pəncərini döyəcləyən Xəzrinin uğultusu, qalın xəzəl üzərində yeriyən qoca ər-arvadın ayaqlarından qopan xışıltı, atasının əlindən tutmuş qar üstündə ilk dəfə yeriyən körpənin qığıltısı, onun ayaqları altında əzilən qarın xırçıltısı eşidilirdi.

Qəfildən bu səslərin arasından qəzəbli ayının nəriltisi gəldi. Rəşadətin ürəyində Humayın da pianinoda belə ifa etməsini görmək arzusu aşıb daşdı. Bu onun çoxdankı - hələ Humay dünyaya gəlməmişdən, lap elə Nəzrgizlə evlənməmişdən qabaqkı arzusu idi; qızı olarsa, o mütləq pianino çalmağı bacarmalıdır.

Musiqi Rəşadəti uzaqlara apardı. Xəyallara daldı, nələrisə xatırladı. Nərgizin otağa daxil olub onun yanında oturmasına fikir vermədi. Humay da stulda sakit oturub yeni müəlliməsinin ilk ifasına qulaq asırdı. Bu ifa həm də onun yeni şagirdinə və onun ailəsinə özünü isbatlamaq cəhdi, müəllimə kimi imtahanı idi.

Rəşadət arxadan müəllimənin dibdən yığılaraq at quyruğu kimi sallamış saçına, qara, dar, uzunqol donuna, pianino müəlliməsinə yaraşan incə bədəninə baxaraq, musiqi sədaları altında çox uzaqlarda nə xatırladığını artıq dəqiq bilirdi. Müəllimənin özünü tanıtım ifası sona çatdı. Humay stuldan durub geridə atasını görəndə özünü onun qucağına atdı. Müəllimə ayağa qalxdı. Rəşadətlə göz-gözə gəldi. Nərgiz - müəlliməmizin də adı Humaydır – sevinclə dedi. Müəllimə ağızucu gülümsədi. Baxışlarını Rəşadətin donuq üzündən yayındırdı. Rəşadət Humayı qucağından yerə qoyub müəllimənin yanına göndərdi və otağı tərk elədi.

Dərs bitənə qədər Rəşadət özünü ən adi günlərdə olduğu kimi aparmağa çalışırdı. Paltarını dəyişdi, yeməyini yedi, Nərgizlə söhbətləşdi, yarıda qalmış kitabını götürüb oxumağa başladı. Səhifənin sonuna çatıb vərəqi çevirməli olanda indicə oxuduqlarına göz gəzdirdi, bircə dənə də tanış cümlə yox idi. Sanki heçnə oxumamışdı. Yenidən diqqətlə oxumağa başladı, amma alınmadı. Dərs sona çatdı. Rəşadət müəlliməni görmədi. Daha doğrusu, onu yola salmamaq və göz-gözə gəlməmək üçün özünü məşğul kimi göstərdi.

Nərgiz müəlliməni yola salanda Humayın istedadı olub-olmadığını soruşdu. Müəllimə iztirabdan canını qurtarmağa çalışırmış kimi tələsirdi. Süni gülməyə çalışdığı açıq-aydın idi:
“Adaşımı pianino ilə tanış elədim bu dərsdə. Ona görə də bir dərslə nəticəyə gəlməyin çətindi” – deyə bildi.
Sağollaşıb mənzili tərk elədi. Evdən çıxıb gözlərini yumub başını yuxarı qaldıranda külək aramsız yağan payız yağışını onun üzünə səpdi.

Müəllimənin sinəsi tez-tez qalxıb enirdi. Dərindən ah çəkdi. Üzündən süzülənin göz yaşı, yoxsa yağış suyu olduğunu demək çətin idi. Bəlkə də ikisi bir-birinə qarışmış, bəlkə də yalnız yağış suyu idi.

Rəşadət isə qucağında Humay divanda oturub, beş mərtəbəli evin birinci mərtəbəsindən gələn pianino səslərinə qulaq asa-asa siqaret çəkdiyi əsrarəngiz gecələri xatırlayırdı. Və o əmin idi ki, Humay yersiz qüruru və hüdudsuz təkəbbürü səbəbindən bir bəhanə ilə bir daha geri qayıtmayacaq.

news-inner-user

17116 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Onsuz yaşaya bilmərəm - Bircənin romanı
09:00 27 Noyabr 2020
Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020
“Qarabağ”ın Qarabağ qələbəsi – Ulucay yazır...
15:34 26 Noyabr 2020
İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı faktlar
14:53 26 Noyabr 2020
"Can Azərbaycan" adlı müsabiqə elan olundu
14:10 26 Noyabr 2020
Qəriblik - Əli Şirindən şeir-esse
13:32 26 Noyabr 2020
Xalq artistindən sürpriz Şuşa açıqlaması
12:53 26 Noyabr 2020
Cavanşir Quliyev: "Bakıda lazım olduğuma əmin deyiləm" - Müsahibə
12:11 26 Noyabr 2020
Əməkdar artist vəfat etdi
11:39 26 Noyabr 2020
Aqşindən Seymur Baycana reaksiya: "Onu oxumuram"
11:09 26 Noyabr 2020
Xəlil Rza Ulutürkün bacısı dünyasını dəyişdi
10:17 26 Noyabr 2020
Maradonanın ən böyük peşmanlığı - Ayxan Ayvaz yazır...
10:00 26 Noyabr 2020
Bombardmandan Azərbaycan bayrağını çıxaran gəncəli Xəyyam: “Gördüm, qızımın başından qan axır”
09:00 26 Noyabr 2020
İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020