writer1

Rəvan Cavid

Məqalə sayı

33
clock13:37 calendar-gray 24 Aprel 2020 view-gray1822 dəfə oxunub
view-gray1822 dəfə oxunub

Öyrənə bilmədiyimiz Avropa

Dostoyevski gündəliyində dostu Jorj Sandın vəfatı ilə bağlı xatirələrində yazırdı ki, I Napoleon inqilabından sonra Fransa cəmiyyəti müsbət irəliləyişə nail olmadı, ancaq xalq həmişə inqilaba hazır olan, bütövləşməyə və böyüməyə can atan xarakter yaratdı. O inqilabın nəticəsi kimi meydana çıxan burjuaziya dvoryanlardan daha betər idi. Dəyişən sadəcə adlar və statuslar oldu. Eyni dəyişiklik Avropanın bütün mədəni xalqlarında yaşandı və keçdi. Məhz bu inqilabların nəticəsi idi ki, iki əsr dünyanın mədəni mərkəzi Paris olmuşdu. Günümüzdə nə qədər öz mədəni mərkəzçilik funksiyasını itirsə də, hələ də sənət camiəsi üçün önəmli şəhərlərdən biridir. Eləcə də İtaliya, eləcə də Almaniya. Dostoyevskidə böyük izlər buraxmış, həmişə ilhamlandığını etiraf etdiyi Şiller almanlardan çox rusların mədəni yüksəlişinə təsir etmişdi. Hötenin “Artıq əsərlərimi alman dilində oxumaq istəmirəm...” deməsi dünya ədəbiyyatına təsirsiz ötüşməmişdi. Şərqdən ilhamlanan Höte bu gün Şərq üçün əsas istinad mənbəyidir. Tarix daşların yerini dəyişsə də, millətlərin xislətini və xarakterlərini dəyişmir. Almanlar da, almanlardan təsirlənən ruslar da bir gün dünya xalqlarının mədəniyyətini öz mədəniyyətlərinə qoşub mərkəzdə dayanaraq vahid sistem yaratmaq istəyirdilər. Ötən əsrdə ruslar bunu müəyyən mənada bacardı. Almanların dünya ədəbiyyatı arzusu isə bu gün də aktualdı və dünya xalqları bu anlayışı çoxluqla qəbul edir.

Tarixin aksial dövründəki mifik düşüncə yunanların, yəhudilərin, hindlilərin və çinlilərin əsas qütblər olduğunu göstərdi. Bu dövrdən sonra isə bəşəriyyətin elmə, bilgiyə söykənəcəyi mərhələ gəlirdi. Dörd qütbdən biri Qərbi, üçü isə Şərqi təmsil edirdi. Yunanıstanda mitos və logos arasındakı mübarizədə logos qalib oldu, din və mif fəlsəfə qarşısında tənəzzül etdi. Hətta yunanların öz tanrılarını fəlsəfə ilə izah etməsi, İlk Səbəb anlayışının meydana çıxması sonuncu səmavi din olan İslama təsir etdi. Karen Armstronq Ərəbistan yarımadasında Aristotel, Sokrat, Ploton kimi yunan mütəfəkkirlərinin tərcümə olunmasından sonra övliyaların müqəddəs mətnlərdə bəzi çıxarışlar etdiyini yazır. Quranın özündən əvvəlki dini kitablara nisbətən daha çox elmə, məntiqə dayanan kitab olmasının bir və birinci səbəblərindəndi bu. Əlbəttə, Qərbin bu qədər özünü aşmasında sorğulamaq məntiqinin təsiri var idi. Yunanlar kimi bu gün mədəni inqilabın beşiyi sayılan Avropa ölkələri də nəinki özündən əvvəlkiləri, hətta dövrlərində yaşayan yüksək təbəqəni sorğulamaqda inadçı idilər. Nitsşe almanları dünyanın ən barbar milləti adlandırırdı. Almanlar isə sonrakı dövrlərdə ədəbiyyata, incəsənətə ən çox fayda verən millət oldu.

Birinci Dünya Müharibəsi dövründə Zürihdə bir qrup alman sənətçi müharibəyə və ənənəvi sənət camiəsinə qarşı yeni hərəkat başlatdı. Bu hərəkatın adı dadaizm idi. Günümüzdə çox istifadə olunan montaj, kollaj, fləşbək kimi üsullar məhz həmin cərəyanın nümunələridir. Dadaistlər Avropanın ən önəmli şəhərlərində tanınmaqla yanaşı, Amerikada, Nyu-Yorkda da hərəkat yarada bilmişdilər. Müharibədən öncəki Avropanın bütün dəyərlərini yenidən yaratmaq üçün bir araya gəlmiş dadaistlər inkar etdikləri dəyərlər yerində daha çağdaş və gələcəyə daha sürətli gətirən yeni dəyərlər yaratdılar. Dadaistlərin və ümumiyyətlə, o dövrdə Almaniya, Fransa, İtaliyada yaranan sənət cərəyanlarının ən böyük uğuru inkarçılıq və imtina idi.

Bu gün həm ədəbiyyat, həm də digər sənət sahələrində, əxlaq konteksindən tutmuş məişət konteksinə qədər sovet dövrünün yaratdığı dəyərləri yenə bilməmişik. Sovetin məzmunsuz bütləşdirmə xəyalları bu gün də canımızdan çıxmayıb. Son günlər özünü ifşa edən “sənətkarlarımız” xalqın onlara olan etimadını qırdı. Əslində, buna təəccüblənmək də olmaz. Bir zamanlar meydanlarda xalqın qəhrəmanına çevrilən nə qədər şair, yazıçı günümüzdə efir tamadalarına dönüb. Barbarlığın, məzmunsuzluğun sənət qiyafəsini geyiniblər. Qərb dəyərlərindən danışanda ağzını əyən adamlar Qərbin yaratdığı dəyərlərdən, elm, sənət səviyyəsindən az qala bir əsr geri qalırlar. Səbəbi isə məlumdu. Biz sovet ənənələrini inkar edə bilmədik, o bütləri sındıra bilmədik. Bizə sırınan ədəbiyyatı da, ədəbiyyatçını da, sənətçini də bağrımıza basdıq. Onların yanlışlarını görməkdə çətinlik çəkdik. Biz inkar etməyi və imtina etməyi öyrənə bilmədik. Həm kütlə, həm də sənətçilər dəyişməyi, yenilənməyi qüsur bildi müəyyən mənada. Yaradıcılıq və inkişaf isə imtinadan başlayır.

Avropaya baxdığımız rakurs yanlış oldu. Zaman-zaman Qərb dəyərlərini mənimsəmək lazım olduğunu deyən adamları da daş-qalaq elədilər. Öyrəndikləri, bildikləri Avropa Müsyo Jordanın gətirdiyi qutunun içindəkilərlə bitdi. Müsyo Jordanın özünü isə evimizdən qovub rahatladıq.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020