writer1

Oğuz Ayvaz

Məqalə sayı

137
clock11:29 calendar-gray 21 Fevral 2020 view-gray23566 dəfə oxunub
view-gray23566 dəfə oxunub

5 aya 250 kitab oxuyan uşağın sirri

Türkiyədə 10 yaşında filosof uşaq peyda olub. Adı Atakandır. Beş aya 250 kitab oxuduğunu deyib. Dördüncü sinif uşağı üçün bu hal həddindən artıq anormaldır. Hətta deyərdim ki, yetkin bir insan üçün də 5 aylıq müddətdə bu qədər kitab heç də normal deyil. Özü də uşaq ədəbiyyatı filan deyil e, Platon, Hegel, Aristotel, Nitsşe kimi əjdahaların əsərlərini oxuyub.

Ədəbiyyat, fəlsəfə, fizika, riyaziyyat, elm, biznes, iqtisadiyyat, astronomiya kimi fərdi, kütləvi kitablar oxuyan uşaq böyüyəndə də prezident olmaq istəyir.

Razılaşıram ki, uşaq çox fərqli, zehni yüksək, intellektualdır.

Amma, ancaq, lakin...

Biz deyirik, kitab təbliğ olunmalı, oxucuya ulaşmalı, amma bu cürə deyil. Bu uşağın gözlərinə diqqətlə baxanda duyulur ki, tezliklə bədbəxt olacaq. Tezliklə insanlardan, cəmiyyətdən təcrid olunacaq. Bu qədər fəlsəfə oxumaq bir uşaq üçün ciddi anlamda intihardır. Atakan bəlkə gələcəkdə müasir Enşteyn ola?! Yeni nəzəriyyələr kəşf edə.

Eynşteyini xatırlayaq. Gimnaziyada təhsil alarkən həmyaşıdları arasında ən tənbəl, zəif oxuyan, dərslərə davamiyyətində müəllimlərinin haqlı danlağına məruz qalan şagirdlərdən biri olub. Orta təhsil aldığı illərdə Albert haqqında yalnız bir ifadə işlədilib: “Bu uşaq gələcəkdə heç nəyə yaramayacaq”. Eynşteyn gimnaziyanı sona qədər də oxuya bilməyib.

Eynşteyn fantastikanı, xəyal və xülyaları, gələcək haqqında danışmağı sevməyib və bu haqda fikrini belə bildirib: “Gələcək haqqında danışmağa dəyməz. Biz heç buna macal da tapa bilməyəcik. Çünki gələcək sürətlə gəlir”.

Amma Atakan oxuduqlarını, fikirlərini açıq aydın şəkildə dilə gətirir. İnsanlarla polemikalara girir. Lakin 10 yaşda bu qədər kitab oxumaq təhlükəli tendensiyadır.

Uşaqların öz sehirli, rəngarəng dünyaları olur. Atakan uşaqlığını indidən kitablara qurban verib. Bir zaman keçəcək və böyüyəcək. Kitabların səhifələrində uşaqlığını axtaracaq.

Sosial şəbəkələri də anlamaq müşküldür. Hərə bir ağızdan bu uşağı göylərə qaldırır, şanına təriflər yağdırır.

Mən şəxsən övladımın uşaqlığında yüzlərlə kitab oxumasının qarşısını alaram.

Uşaqlıq bizim yaddaşımızdır.

Atakana bir nəsihətim olacaq: Tez-tez çərpələng uçurmaq üçün küçələrdə uşaqlara qoşul...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nərgiz Cəlilova: “Bu günlərdə iştaham kəsilib”
17:42 08 Aprel 2020
İncəsənət-xeyriyyə layihəsi başladı
17:02 08 Aprel 2020
Atam mənə şans verdi - Gənc şair atasının ölümündən yazdı...
16:21 08 Aprel 2020
Xalq artistinin konserti nümayiş olunacaq
15:44 08 Aprel 2020
Meyxana ilə dustaqxanadan çıxan, dostunun ölümündə günahlandırılan, nikahdan kənar oğlu olan meyxanaçı– Maraqlı faktlar
14:58 08 Aprel 2020
Dünya qoynuna almaq istəmir bizi – Pandemiyadan şeir
14:25 08 Aprel 2020
Xalq artisti onlayn muğam dərsi verəcək
13:44 08 Aprel 2020
Tanınmış mahnı yazarı vəfat etdi
13:01 08 Aprel 2020
Epidemiya gəlməsəydi, bunları bilməyəcəkdik - "Sən demə..."
12:18 08 Aprel 2020
Evdə oturub dünyanı xilas etmək
11:40 08 Aprel 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
11:09 08 Aprel 2020
Məşhur rejissorun müsahibəsi ölümündən 7 il sonra yayımlandı
10:35 08 Aprel 2020
“Molla Nəsrəddin” bərpa edildi
10:17 08 Aprel 2020
Brilliant Dadaşova: “İndi pulla özünü təriflədənlərin dövranıdır” – Müsahibə
09:00 08 Aprel 2020
Sənmi dolandırırsan söylə çərxi-fələyi? – Məmməd Rahimin şeirləri
21:00 07 Aprel 2020
Kuklaçıların çağırışı
18:59 07 Aprel 2020
Evdə qal və muzeylərə səyahət et
18:25 07 Aprel 2020
Dünyamızı dəyişən koronavirus testi – Sərdar Amin yazır...
17:44 07 Aprel 2020
Qodar koronavirusdan danışacaq
17:20 07 Aprel 2020
Mətləb Ağadan karantin şeiri - Mətn
17:01 07 Aprel 2020