"Korona" virusunun gizlinləri - Qorxmağa dəyərmi?

"Korona" virusunun gizlinləri - Qorxmağa dəyərmi?
31 yanvar 2020
# 12:25


Günlərdir gündəmimiz dekabr ayının sonlarından bəri Çindən dünyaya sürətlə yayılmağa başlayan Korona virusudur. Mövzu gündəmimizə yuxularımızı qaçıracaq şəkildə bənd olub. Allahın qüdrət və iradəsinə inamımız olmasa ailəlikcə psixikamız yerlə yeksan olar. Virusun özü olmasa da, həyəcanı ölkəmizi ağuşuna alıb. Sosial şəbəkələrdə hamı həyəcan təbili çalır. Küçələrdə maskalı insanların sayı artıb, apteklərdə qoruyucu maska qıtlığı yaranıb. Eynilə 2012-ci ildə dünyanın sonunun gəldiyinə sidq ürəkdən inandığımız həmin mənzərəni yaşayırıq. Yəqin o günü xatırlayırsınız: mağazalarda çörək, şam qıtlığı yaranmışdı.

Dünyanın yeni qonağı korona virusu ilə bağlı o qədər şayiə gəzir ki, xəstəlikdən ölməsək də, az qala qorxudan ölək. Virusla bağlı gündəmdə olan mövzulardan biri 31 il əvvəl yayımlanmağa başlayan və hələ də davam edən, ABŞ istehsalı məşhur “The Simpsons” çizgi filmidir. Filmin hələ 1993-cü ildə yayımlanan bölümündə indi dünyanı lərzəyə salan Koronovirusla bağlı mesaj olduğu iddia edilir. İnanaqmı, inanmayaqmı bu bir az mübahisəli məsələdir. Ancaq bu da bir faktdır ki, illər əvvəl yazılan romanlarda, çəkilən filmlərdə cərəyan edən hadisələrin zaman-zaman real əksini tapdığını görürük. Məsələn Morqan Robertsonun “Titanın batması” romanının illər sonra reallıqla səsləşməsi insanı heyrətləndirməyə bilmir. Bəlkə də bu gün insanların təşvişə düşməsinin səbəblərindən biri, də özlərini həddindən artıq roman və film ssenarilərinə qapdırmalarından qaynaqlanır.

Dünya əhalisinin sayının dayanmadan artması ilə əlaqəli ciddi demoqrafik problem yaşadığımız da günümüzün həqiqətidir. Hər il peyda olan yeni, insanın mübarizədə məğlub olduğu viruslar ağıllara haqlı olaraq bioloji silah versiyasını gətirir. Çünki hələ 1960-cı ildə Rokfeller ailəsinin vəkili Henri Kissinger Bildberq Toplantısında açıq şəkildə hədəflərində üçüncü dünya ölkələrinin əhali sayını azaltmaq olduğunu bildirmişdi.

Bəzi insanların hadisələrə şeytani baxışlarına görə, işlərinə yaramayan, istehsal etdikləri məhsulları almaqda belə aciz qalan insan kütlələrindən qurtulmaqdan başqa yol yoxdur.

Qripi ciddiyə almayıb ayaq üstdə keçirən insan virus şəkilini deyil adını dəyişəndə təlaşa düşür. Bu vaxta qədər dünya hansı xəstəliklər görüb yaşamadı ki? Malyariya, vərəm, yatalaq, vəba, taun xərçəng kimi... Bilirik ki, bu cür xəstəliklər zaman-zaman ölkələri məhv edib və böyük fəlakətlərə səbəb olub.

Müasir dövrdə qrip gah “quş”, gah “donuz” şəkilində insanlara təqdim olundu. Ötən illərdə quş qripinin qorxusundan həyət-bacada, kənd-kəsəkdə toyuqları diri-diri cəhənnəm odunda yandırıb məhv etdilər. Quş qripinə köçəri quşların səbəb olduğunu dedilər, amma nə hikmətdirsə köçəri quşlar ölmədi, köçlərinə davam etdi.

Deyəsən biz xəstəliyin özündən çox adından qorxuruq. İki litr zoğallı çay və analarımızın əsrlərdir imtina edə bilmədiyi “bankalama” metodu ilə canımızdan çıxartdığımız qrip bu il də koronovirus adı ilə canımıza vəlvələ saldı.

Oxuduğumuz barıtı bol olan hər xəbər bizə virusdan az ziyan vurmur. İnsanın Marsda məskən salmağa hazırlaşdığı bir dövrdə insanoğlu hələ də inanır ki, yayılan xəstəlikləri zərərləşdirmə üsulu tapılmır. Ola bilməz ki, kişini arvada, arvadı kişiyə çevirən beyinlər taclı virusun qarşısında aciz qalsın. İstənilən halda tibbə və həkimlərə güvənmək vacibdir.

Sonda isə 30 ildən çox Dünya Səhiyyə Təşkilatında xidmət göstərən və hazırda araşdırmaçı yazar olaraq bir çox əhəmiyyətli kitablar yazan Peter Koenqin son çıxışını xatırlatmaq istəyirəm. Peter insanları böyük güclərin oyunlarına yem olmamağa səsləyir. İnternetin əlimizin altında olduğu bir dövrdə media vasitəsi ilə süni şəkildə yayılan xəbərlərlərin təsiri altına düşməməyi tövsiyə edir.

# 7310 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #