news-inner
clock18:58 calendar-gray 17 Yanvar 2020 view-gray1206 dəfə oxunub
view-gray1206 dəfə oxunub

Yaşamaq istəyən xəstəyə yalan satan həkim - Hekayə

Kulis.az Məlahət Hümmətqızının “Yalan” hekayəsini təqdim edir.

O insan xoşbəxtdir ki, işə həvəslə gedir, işdən də evə tələsir. Gülnarın da bəxti gətirmişdi, bu sözləri ona da aid etmək olardı. Həyatından çox razı idi. Ailəsi onun həyatının mənası idi. Peşəsinə də çox bağlı idi. Həkim idi. Düşünürdü ki, dünyanın ən gərəkli sənətini seçib. Hər dəfə xalatı əyninə geyinəndə onu öpürdü. İnsanların sağlamlığı keşiyində durmaq nə qədər çətin və məsuliyyətlidisə, bir o qədər də şərəflidi. Hər gün onlarla insan ona səhhəti ilə bağlı müraciət edirdi.

Onlar təkcə xəstəlikdən danışmırdılar. Hərdən kövrəlib dərdlərini, onları bu xəstəliyə gətirib çıxaran səbəbləri və problemləri də bölüşürdülər. Xəstələri səbrlə dinləmək hər həkimin hünəri deyildi. Lakin Gülnar şəfqətli, mehriban insan idi, ondan şəfa umanları diqqətlə dinləyir, dərdlərinə şərik olur, təsəlli verir, diaqnoz qoyub, müalicə təyin edirdi. Hamını şirin dillə dindirir, gülərüzlə yola salırdı. Xəstələr də onu çox sevirdilər, ona inanır, otağından ümidlə çıxırdılar. Xəstələrdən xoş sözlər eşidəndə Gülnarın yorğunluğu keçirdi, bəzən lap kövrəlirdi. Bu peşəni ona sevdirən valideynlərinə rəhmət oxuyurdu. “Kaş ki, məni ağ xalatda görəydiniz. Siz mənimlə fəxr edərdiniz, sevinərdiniz”, deyə düşünər, gözləri dolardı. Çalışardı ki, gözünün yaşını heç kim görməsin. Xəstələri onu güclü qadın hesab edirdilər. Əslində isə Gülnar göründüyü kimi deyildi. Kövrək idi. Gözünün yaşı ovcundaydı. Hər dəfə xəstələr ona dərdlərini danışıb ağlayanda göz yaşlarını görməsinlər deyə ayağa qalxar, pəncərənin qabağına gəlib gizlincə göz yaşlarını silərdi.

Həmişəki kimi Gülnar bu səhər də işə tezdən gəlmişdi. Əhvalı yaxşı idi. Qar kimi dümağ xalatını geyinib masanın arxasında oturmşdu. Çox keçmədən qapı döyüldü.

Qapıya sarı baxıb:

- Buyurun, - dedi.

Qapı açıldı, yaşlı bir qadın içəri girdi.

- Doktor , olar?

- Gəlin - deyə Gülnar cavab verdi.

Gülnar qadını mehribanlıqla qarşıladı. Onun çoxdan tanıyırdı, sevimli pasiyentlərindəndi. Qadın da Gülnarla xoş salamlaşdı, stul çəkib əyləşdi. Bir anlıq susdu, sonra astaca sözə başladı:

- Doktor, neçə vaxtdı arıqlamağa başlamışam. Elə bil üzülürəm, yeməkdən kəsilmişəm, iştahım yoxdu. Bərk ağrıyıram. Bütün müayinələrdən keçmişəm, analizlərin cavabını almışam. Xahiş edirəm baxın, görün dərdim nədir, ölmcüldür, yoxsa ümid var ?

- Allah qorusun. Heç nə olmaz inşallah.

- Doktor, ölməkdən çox qorxuram. Uşaqlarımı indi-indi yerbəyer etmişəm. Bundan sonra bir az da özüm üçün yaşamaq istəyirəm, - deyib əlini üzünə tutub hönkürtüylə ağlamağa başladı.

- Xavər xala, narahat olmayın, yaşayacaqsınız. Niyə elə deyirsiniz ? Allahdan ümid kəsilməz, inşallah yaxşı olar. Özünüzü ələ alın, - dedi, ayağa qalxıb əlini qadının çiyninə qoydu.

Qadına yazığı gəldi. Köks ötürüb, yerinə oturdu. Analizlərin cavablarına baxmağa başladı. Əvvəlcə daxili orqanların kompüter tomoqrafiyasını gözdən keçirdi. Əhvalı pozuldu. Xəstənin mədəaltı vəzisində törəmə var idi. Mədəyə, böyrəklərə, bağırsaqlara metastaz vermişdi. Qadın onkoloji mərkəzdə qeydiyyata alınmışdı. Kimya terapiya üçün artıq gecikmişdi. Yalnız ağrı kəsicilər məsləhət görülmüşdü. Poliklinikanın onkoloji şöbəsinə qeydiyyat üçün göndərilmişdi. Sonra Gülnar qan analizlərinə baxdı. Burada da ürək açan bir şey yox idi. Bütün göstəricilər normadan iki dəfə yüksək idi. Boğazı qurudu, danışa bilmədi. Hiss etdi ki, boğulur. Xəstə həkimin rəng verib, rəng aldığını görüb təlaşla soruşdu:

- Doktor, sizə nə oldu? Nəsə pis şey gördünüz?

- Yox. Siz narahat olmayın, sizlik deyil, allergiyam var toza qarşı, boğuluram, - deyib ayağa qalxdı.

Çaydandan stəkana su süzdü. Cəld hərəkətlə stəkanı götürüb sudan bir qurtum içdi. Özünə gəlib yerinə əyləşdi. Sakit və aramla danışmağa başladı.

- Xavər xala, sizi qorxutmaq istəmirəm. Sizin mədəaltı vəzinizdə törəmə var. Onkoloji şöbədə qeydiyyata düşməlisiniz. Müalicə almalısınız.

- Başa düşürəm qızım, bunu mənə deyiblər. Gəldim səndən düzünü soruşum. Bu xoşxassəlidi, ya bədxassəli? Öləcəyəm, yoxsa yaşayacağam?

- İnşallah xoşxassəli olar. Xavər xala, ölmək nədi, əlbəttə, yaşayacaqsınız, - deyib Gülnar xəstəni inandırmağa çalışdı.

- Qorxuram bu şiş axırda məni öldürə. Sol tərəfdə, qabırğa altında güclü, dözülməz ağrılarım var, - deyib doluxsundu.

- Yox, narahat olmayın. Qorxulu deyil. Günü sabahdan təcili müalicələrə, ağrıkəsicilərə başlayın.

- Yaxşı, doktor, mən sizə inanıram. Ürəyim bir az sakitləşdi. İndi gedib qeydiyyata düşəcəyəm. Müalicələrə başlayacağam. İnşallah bir şey olmaz. Sağalmalıyam, istəyərəm bir az da özüm üçün yaşayım, hələ nəvələr də var, onlara nənə də lazımdı. Çox sağ olun, məni ürəkləndirdiniz, yoxsa əlim-qolum bağlanmışdı, - deyib ayağa qalxdı.

Xəstəsini yola salmaq üçün Gülnar da ayağa qalxdı. Diqqətlə Xavər xalanın üzünə baxdı. Deyəsən, onunla vidalaşırdı. Amma gülümsəməyə çalışdı.

- Heç nədən narahat olmayın, Xavər xala. İnşallah hər şey yaxşı olacaq.

Siz sağalacaqsınız, - dedi.

Qadının gözlərinə baxa bilmirdi, elə bilirdi ki, xəstəsi onun yalan danışdığını anlayacaq.

- Görək də, inşallah, - deyib Xavər xala minnətdarlıqla həkiminə baxdı, bir az kövrəlib, otaqdan çıxdı.

Gülnar dərindən köks ötürüb divara söykəndi. Xəstənin çarəsiz dərdi bir yana, yalan danışmaq da ona ağır təsir etmişdi. Amma başqa əlacı yox idi, xəstəsinin sancılı günlərini zəhərə döndərə bilməzdi, şirin yalan satıb:

- “Sən yaşayacaqsan”- deməyə məcbur idi.

Xavər xalaya ölüm hökmünü başqa həkim oxumuşdu. Amma o, Gülnar həkimə inanırdı, onun rəyini bilmək istəyirdi. Gülnar bunu sonra - Xavər xalanın yas yerində sonra bildi. Xəstəsinin söylədiyi sözlər qulaqlarında cingildədi .“Yaşamaq istəyirəm, doktor”. Gülnarı yaş boğdu, gözlərini yumub için-için ağladı. İndi Xavər xala onu görmürdü, doyunca ağlaya bilərdi.

Image result for Məlahət Hümmətqızı

news-inner-user

14758 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Atatürkü “təhqir edən”, ölkədən qaçarkən öldürülən məşhur yazıçı – Həyat Hekayəti
21:00 02 Aprel 2020
Xalq artisti həmkarlarını tənqid atəşinə tutdu: "Belə şeyləri cılız görürəm"
18:51 02 Aprel 2020
Koronavirusa qeyri-adi münasibət - Fotolar
18:45 02 Aprel 2020
Görünmür qəlbinə taxdığın üzük - Yeni sevgi şeirləri
17:57 02 Aprel 2020
Bəhram Bağırzadə evdən müsabiqə keçirəcək
17:02 02 Aprel 2020
Bakıda onlayn sərgi
16:21 02 Aprel 2020
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları təqdim edilib
15:42 02 Aprel 2020
Koronavirus xəstələrinin kimliyi niyə açıqlanmır? - Psixoloqla aktual müsahibə
15:03 02 Aprel 2020
Məşhur rəssam vəfat etdi
14:42 02 Aprel 2020
Qanunu saymayanlar... Vicdanı olmayanlar...
13:58 02 Aprel 2020
“Şirvanşah I Xəlilullah” adlı tamaşa onlayn nümayiş ediləcək
13:40 02 Aprel 2020
Brilliant Dadaşovadan şok açıqlama: "Təbiət tərbiyəsizlərdən təmizlənir"
13:00 02 Aprel 2020
Əsgərinin ayağını yuyan, ermənilərin səhər düzülüşünü videoya çəkən, alay komandirinin oğlunu girov gətirən polkovnik – Maraqlı faktlar
12:11 02 Aprel 2020
Hacıkənddə karantin
11:40 02 Aprel 2020
Cazın əfsanəsi vəfat etdi
11:09 02 Aprel 2020
"Eurovision" tarixində gözlənilməz yenilik
10:15 02 Aprel 2020
Tanınmış bəstəkar vəfat etdi
09:40 02 Aprel 2020
Azərbaycanlı kinoşünasdan karantin günlərində baxılası 150 film - Siyahı
09:01 02 Aprel 2020
Aqil Abbas haqqı
20:58 01 Aprel 2020
"Azdrama"nın aprel repertuarı - Online tamaşalar
18:55 01 Aprel 2020