news-inner
clock12:04 calendar-gray 11 Yanvar 2020 view-gray6177 dəfə oxunub
view-gray6177 dəfə oxunub

Yazıçılardan ölüm hökmü ilə bağlı qəti etiraz - Sorğu

Ölkədə baş verən son hadisələrdən sonra cəmiyyətdə dəhşətli fikir, tendensiya yarandı ki, ölüm hökmü bərpa olunmalıdır. Kulis.az məsələnin ciddiliyini nəzərə alaraq yazıçılarımızın bu barədə münasibətini öyrənib. Cavabları təqdim edirik.

Anar

Image result for Yazıçı Anar<a href='https://kulis.az' target='_blank' style='display: inline !important;'><a href='https://kulis.az' target='_blank' style='display: inline !important;'> Kulis.az </a>  </a> "

- Ölüm hökmünə qarşıyam. Qəti şəkildə əleyhinəyəm.

Sabir Rüstəmxanlı

Image result for Sabir Rüstəmxanlı"

- Ölüm - ən yüngül və asan cəzadır. Bir güllə acısı, vəssalam. Hər şey bitdi. Ağır cinayətlərin cəzası isə ağır və ömürlük olmalıdır. Ölüm cəzasına qarşıyam.

Səfər Alışarlı

Image result for Səfər Alışarlı

- Ölüm hökmünün bərpa təşəbbüsü Rusiyadan gəlir. Bəzi adamlar burada qışqırırlar, elə bilirlər ki, ölüm hökmü cəmiyyətdə nizam yaratmağa kömək edə bilər. Tamamilə yanlış olan bu fikirlə düşüncəli insan razılaşa bilməz. Rusiya yeni SSRİ yaratmaq istəyir bu il. Bir çox liderlərin də buna razılığını alıb. O ittifaqın bərpası üçün müstəqillik dövründə yaradılmış bütün ideyalar və onların görkəmli müəllifləri məhv edilməli, azadlıqlar qəti şəkildə məhdudlaşdırılmalı, ölkə qapanmalıdır. Rusiya imperiyasının başqa mövcudluq forması yoxdur.

Ölüm hökmü də bunun üçün lazımdır, millətlərin qaymağını, eləcə də varlanmış təbəqələri məhv etmək üçün.

Rəşad Məcid

Image result for Rəşad Məcid"

- Bu tip kriminal hadisələr müxtəlif ölkələrdə də baş verir, və adətən də media heç belə söhbətləri qabartmır. Düzdür, indi sosial şəbəkələr var. Müxtəlif emosional insanlar, müxtəlif rəylər verirlər. Yersiz, lazım olmadan çox qabardırlar. Mən bunların əleyhinəyəm və belə hadisələrə görə də yenidən geriyə qayıtmaq, ölüm hökmünün bərpasını tələb etmək mənə belə gəlir ki, emosional halın təsiridir. Və qeyri-ciddi, qeyri real addımdır. İnsan hüquqları baxımından ölüm hökmünün ləğvi Azərbaycanın əldə etdiyi müsbət hadisədir. Yenidən geri qayıdıb onu bərpa etməyə ehtiyac yoxdur.

Aqşin Yenisey

Image result for Aqşin Yenisey"

- Əlbəttə, hərdən cəmiyyətdə ağır cinayətlər baş verir, amma hər cinayətə görə qanun dəyişdirilsə, onda heç bir qanuna cəmiyyətin etibarı olmaz. Ölüm hökmü tələb etmək istəyi, yəni öldürmək istəyi cəmiyyətlə qatilin mahiyyətini eyniləşdirir. Cəmiyyət daha mədəni, sivil yollar axtarmalıdır ki, onu təmsil edənlər ağlına bu cür vəhşiliklər gəlməsin. Bu, ona bənzəyir ki, valideynlər hər səhvinə görə, övladını ancaq çubuqlamaqla tərbiyə etməyi üstün tuturlar. Çubuqla böyüyən uşaq isə gec-tez kimdənsə bunun acığını çıxacaq. Ölüm hökmü Çin, ABŞ, İran kimi ölkələrdə qalıb. Bu, o ölkələrdəki cinayətlərin qarşısını almaq üçün deyil, irqi, etnik təmizləmənin qanuni yolla aparılması üçündür. Hazırkı qanunlar işlək olsa, məncə kifayət qədər yetərli nəticə əldə etmək olar.

Mübariz Örən

Related image

- Ölüm hökmünün ləğvi ölkəmizin nail olduğu ən böyük nailiyyətlərdən biridir. Bu hökmün bərpası yolverilməzdir. “Ömürlük” var və bu, ən ağır cinayətlərdə belə yetərli cəzadır. Tarix göstərdi ki, ölüm hökmündən, məhkəmə səhvi üzündən neçə-neçə günahsız insanlar öldürülüb, sonra bu məşum səhvi düzəltmək gec olub. Ölüm hökmünün ləğvi humanizmə söykənən sivil dövlət, sivil cəmiyyət qurulması üçün vazkeçilməz idi, buna da nail olmuşuq.

Mirmehdi Ağaoğlu

Image result for mirmehdi

- İstəsək də, istəməsək də onsuz da mütərəqqi dünyadan hardasa 100 il arxadayıq. Bu fərqi demək olar bütün sahələrdə görmək olar. İndi Allah üzümüzə gülüb, necəsə biz də bu mütərəqqi dünyaya qoşulub ölüm hökmünü ləğv edərək onlarla ayaqlaşmağa çalışmışıq. Kimlərinsə ciddi-cəhdlə çalışıb bu fərqi qapatmaq istədiyimiz halda belə fikirlər səsləndirilməsi bizi lap orta əsrlərə aparıb çıxarmaqdır. Bu da dəhşətlidir. Əlbəttə mən o faciəni də başa düşürəm, ona verilən reaksiyaları da başa düşürəm. Lakin bütün dünya qəbul edir və praktika göstərir ki, ölüm hökmünün tətbiqi heç də cinayətlərin azalmasına gətirib çıxarmır. Bu cinayətlərin qarşısını almaq üçün daha mütərəqqi qərarlar vermək lazımdır. Bilmirəm hüquq sistemində necədi, ancaq məni həmişə cinayətin təlafi olunma tərəfi düşündürüb. Birdən kiməsə səhv cəza kəsildi, sabah bu sübuta yetiriləndə bunu necəsə təlafi etmək lazımdır. Oğurluğa görə əli kəsilən adamın əlini bərpa edəcəksən? Yox. Ona görə də elə cəza növü seçilməlidir ki, sabah günahsızlar bunun altını çəkməsin. Lap tutalım ölüm hökmünü ləğv elədik. Bəs məhkəmələrin bir çox hallarda ədalətsiz qərar verdiyi bir yerdə kim qarantiya verə bilər ki, sabah günahsız insanlar da bu qərarın qurbanı olmayacaqlar?

Səhər Əhməd

Image result for Səhər Əhməd

- Əlbəttə xeyr. Çünki adı insan ölümü olan heç nəyi şüurlu insanlar tələb etməməlidir. Birincisi, qatil əvəzinə hər hansı günahsız insan cəza ala bilər ki, bu hal nəinki bizdə, bütün dünyada istisna deyil. İkincisi, bu heç nəyi dəyişməyəcək. Heç bir qatil, manyak cinayət edəndə cəzanı düşünmür. Düşünsə azadlıqdan məhrum olma da gözünü qorxutmalıdır. Ölüm hökmünün bərpasının bu kimi halları azaldacağına inanmıram.

Cəlil Cavanşir

Image result for Cəlil Cavanşir

- Hər dəfə bu tipli hadisələr baş verəndə ölüm hökmünün bərpa edilməsi yenidən gündəmə gəlir, müzakirə olunur, bu istiqamətdə çağırışlar edilir. İnsanların hislərini və emosiyalarını anlamaq, başa düşmək çətin deyil. Hər kəs məsum qızcığazın ailəsi ilə empati qurur, hamı bu faciəni pisləyir, hər kəs bu faciəyə öz ağrısı kimi yanaşır. Hamımız üzgünük, narahatıq.

Bütün bunlara baxmayaraq ölüm hökmünün bərpası ilə bağlı çağırışlar istənilən halda yersizdir. Faciəmiz, dərdimiz, üzüntümüz nə qədər ağır olsa da, bu çağırışlar qəbuledilməzdir. Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. Bu, Avropa Şurasına qəbul olunması üçün Azərbaycanın üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi məqsədilə edilib. Mütərəqqi addımdır və yenidən ölüm hökmünün bərpası ilə bağlı çağırışları yanlış hesab edirəm.

Bir cinayətkarın cəzalandırılması üçün, ölkədə ədalət sistemini sual altında qoymaq olmaz. Ölüm hökmünün bərpası bu tip cinayətlərin qarşısını almayacaq. Ədalət məhkəməsi qatilə ən ağır cəzanı verməlidir, bunu dəstəkləyirəm.

Sevinc Elsevər

Image result for Sevinc Elsevər

- Ölüm hökmü mütərəqqi dünyanın inkar etdiyi bir şeydir. Ümumiyyətlə, humanizm insanı öldürməyi pisləyir. Heç bir halda bir insan başqa bir insanı öldürməməlidir. Sən də öldürə bilirsənsə, deməli, sən də qatilsən. Dünyada ölüm hökmü bir çox ölkələrdə indi də həyata keçirilir. ABŞ-ın bəzi ştatlarında, Misir, İraq, Şimali Koreya, Afrika ölkələrində və s. Bu hökmü necə icra edirlər, ona baxaq. Adamları asır, güllələyir, elektrik stuluna oturdur, zəhərləyir, daşqalaq edirlər. Bu sadaladığım cəza növlərinin hər birini adam gözünün qabağından keçirdikcə, əti ürpəşir, amansızlıq və qəddarlıq yada düşür ancaq.

Ölkəmizdə baş verən son dəhşətli hadisə, körpə uşağın zorakılıqla qətl edilməsi qan dondurur. İnsanımız qəzəblidir. Bu qəzəb də anlaşılandı. Ancaq ölüm hökmünün qəbul olunması bu cür dəhşətli hadisələrin azalacağına da dəlalət eləmir. Bu, çıxış yolu deyil. Şər həmişə olacaq. Onunla mübarizə aparmaq lazımdır. Amma ölüm hökmünü həyata keçirəndə, sən özün də şərin təmsilçisinə çevrilirsən.

news-inner-user

13958 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Musiqili Teatrda "Fransızsayağı qarnir" olacaq - Fotolar
18:56 18 Yanvar 2020
Xalq artistinin xatirəsi anılacaq
17:44 18 Yanvar 2020
İyirmi ikinci mənzildə - Varisdən hekayə
16:58 18 Yanvar 2020
"Silahdaşlar" sənədli filmi təqdim olundu
15:15 18 Yanvar 2020
Gənc şairin poeziya gecəsi keçirildi - Fotolar
14:05 18 Yanvar 2020
Türkiyəli yazıçı vəfat etdi
13:47 18 Yanvar 2020
Tanınmış dramaturq vəfat etdi
13:15 18 Yanvar 2020
Bu məşhurlar qaraçı nəslindəndir - Siyahı - Fotolar
12:44 18 Yanvar 2020
"Məni bir qadın qucub, mələklər gəzsin barı..." - Pərviz Cəbrayıldan şeirlər
11:03 18 Yanvar 2020
"Mübariz" operası təqdim olundu - Fotolar
10:28 18 Yanvar 2020
Cahandar ağa Allahyarın arvadı Mələyi qaçırmaqda haqlı idi? - Sevda Sultanova yazır...
09:03 18 Yanvar 2020
Gənc yazar: “Aqşin Yeniseyin romanı alınmayıb” – Video-söhbət
21:00 17 Yanvar 2020
100 yaşlı şair AYB-də yubleyinə qatıldı
19:27 17 Yanvar 2020
Yaşamaq istəyən xəstəyə yalan satan həkim - Hekayə
18:58 17 Yanvar 2020
Rövşən Yerfinin yeni kitabı təqdim olunacaq
18:31 17 Yanvar 2020
Amma Anar bilməsin... – Gənc şairdən parodiyalar
18:03 17 Yanvar 2020
Prezident məşhur rejissoru “Şərəf” ordeni ilə təltif etdi
17:37 17 Yanvar 2020
Musiqili Teatrda "İstintaq" olacaq
16:57 17 Yanvar 2020
Bakıda böyüklər üçün ustad dərsləri keçirildi
16:20 17 Yanvar 2020
Qremminin ilk qadın prezidenti işdən çıxarıldı
15:39 17 Yanvar 2020