writer1

Sevinc Elsevər

Məqalə sayı

114
clock10:50 calendar-gray 28 Dekabr 2019 view-gray3930 dəfə oxunub
view-gray3930 dəfə oxunub

Valideynlərin “Vatsap” qrupunda dəhşətli Yeni il yazışması

Qarşıdan yeni il gəlir. Bütün məktəblərdə şagirdlər dərs keçdikləri sinif otaqlarının qapısını, pəncərələrini şəkillərlə bəzəyiblər. Pəncərələrin hamısından şaxta baba əl eləyir. Sinif otaqlarında yolkalar qurulub, zərlər vurulub, tavanlardan şarlar sallanır. Məktəblər əməlli-başlı bayram əhval-ruhiyyəsi içindədir.

Bütün bu bayram əhval-ruhiyyəsinin içində ilk dəfə çox gözəl bir şeyə rast gəlmişdim. Oğlumun müəllimi (onunla bu dərs ilindən tanışıq) uşaqlara kitab hədiyyə eləyəcəyini yazdı qrupda. Neçə ildi müəllimlərlə ünsiyyətdəyəm, ilk dəfə idi belə halla qarşılaşırdım. Sevincək olmuşdum ki, valideynlər arasına elə bir çaxnaşma düşdü, gəl görəsən. Yerbəyerdən yazdılar : “Bu nədir e, müəllimə, ötən il də yeni il bayramında kitab hədiyyə eləmişdiniz, bu il də istəyirsiniz kitab hədiyyə edəsiniz? Uşaqlar neynir e kitabı? Alıb atacaqlar bir kənara”.

Başqa biri yazdı ki, mənim uşağım onsuz da dərs əlaçısıdı, o, neynir e əlavə kitabı? Kitaba nə ehtiyacı var? Ən yaxşısı odur ki, uşaqlara şəkil çərçivəsi, yaxud “suvenir” alın.

Mən şokdan ayılıb müdaxilə elədim və yazdım: “Ey mənim yurdumun nazlı – duzlu gəlinləri, bir müəllimin şagirdlərinə kitab hədiyyə eləmək istəyindən gözəl nə ola bilər bu dünyada?! Mən çox sevindim, çox şad oldum, müəllimi alqışlayıram!”

Elə bil mənim bu cavabımdan sonra bir külək əsdi, yanğını daha da gücləndirdi. Daha valideynlərin açdığı qrupda ağız deyəni qulaq eşitmədi.

Müəllim hamıdan bir dəqiqə danışmaq icazəsi alıb, bu binəva qadınlara öyüd verməyə başladı:

Ey mənim müsəlman bacılarım, elə vaxtilə Sabir də həqiqəti yazmışdı. “Oxutmuram, əl çəkin!”- deyə. Siz nə deyirsiniz deyin, mən öz yolumdan dönməyəcəm. Uşaqlara kitab hədiyyə edəcəm. Kim istəmir uşağına kitab hədiyyə eləyim, eybi yoxdur, mən o uşaqlara hədiyyə vermərəm. Müəllimin bir qeydi isə valideynləri daha da qızışdırdı. Qızışmış, coşmuş kütlə dəli çay kimi kükrədi, az qaldı aşsın-daşsın, hər yeri batırsın. Müəllim yazırdı ki, kitab istəməyən valideynlərin çoxu üzündən düz-əməlli oxuya bilməyən uşaqların valideynidi. Pah atonnan! Burda lap müharibə başladı.

Valideynlər bir-birinin sözünü kəsə-kəsə səs atmağa başladılar. Bu dedi ki, sən mənim uşağımın savadına söz deyə bilməzsən. O, dedi.

Biri əlini belinə qoyub belə yazmışdı: “Sən mənim uşağımın savadına şübhəylə yanaşırsan. Mənim uşağımın yaxşı oxuduğunu sən özün deyirdin ki! Özümün də uşağımın savadından narazılığım yoxdur!”

Özü də mesajlarda orfoqrafik, qrammatik səhvlər xirtdəkdən idi. Təsəvvür eləyin, düzgün yazı qaydalarına yiyələnməmiş insanlardı çoxu.

Bütün bu söhbətləri dinləyə-dinləyə başımı tutub düşünürdüm: “İndi mən bu valideynlərin uşaqları üçünmü yazıram? ” Bəs bu yazıq müəllim neyləsin? Bu qaragüruhu necə başa salsın ki, kitab kənara atılası, unudulası əşya deyil. Valideyn uşağına zəngin bir kitabxana yaratmalıdı. Müəllimin bayramlarda alıb hədiyyə elədiyi o kitablar da hər bir uşağın kitabxanasının bəzəyi olmalıdır!

Bəli, bu pak, müqəddəs, göylərdən yerə enmiş kimi görünən, sanki Cabbarlının əsərlərindən çıxıb gələn müəllimə çarəsizlik içində özünə bir həmfikir axtarırdı. Otuz dörd valideynin içində cəmi bir həmfikri vardı, bir neçə valideyn qərarsız idi, səssizliyi, susmağı seçirdi. Nə valideynlərlə, nə müəllimlə münasibəti korlamaq istəmirdi. Yerdə qalanların hamısı bəlkə də dünyanın bütün kitablarını məktəbin həyətinə töküb yandırmağa hazır olan qəzəbli kütləyə daxil idi.

Sonra deyinirsiniz ki, ölkədə kitab dükanları azdır, kitab mağazaları bağlanır, nəşriyyatlar bədii kitab çap eləmək istəmir.

Uşaqlarının gələcəkdə maddi rifahının yaxşı olmağını, əli-ayağı təmiz çörək qazanmağını, oxuyub “adam olmağını” istəyən valideynlərin heç biri onların mənəvi dünyasının, dünyagörüşünün də zəngin olmağını arzulamırlar. Onların zənginlik anlayışı özü bəsitdir. Onlar hamısı bu mahnıda deyildiyi kimi düşünürlər: “Cibdə varsa pul, life is wonderful”.

Daha nə deyim ki? Bu gedişlə biz min il sonra da Sabirdən misal gətirəcəyik. Biz nə zaman Sabirin, Cəlilin, Haqverdiyevin, Axundovun qəhrəmanları olmaqdan qurtulacağıq?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021
Öz ölümünü yazan şair - Günün şeiri
11:30 03 Avqust 2021
Qələbədən yazmaq çox çətindir
11:01 03 Avqust 2021
“Orxan Pamukun evi inanılmaz dərəcədə geniş idi” – Söhbət
10:30 03 Avqust 2021
Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
09:01 03 Avqust 2021
Açıq havada Kino Günü keçirildi - Fotolar
08:49 03 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
08:08 03 Avqust 2021
"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
18:50 02 Avqust 2021
Hafiz Təmirovun yeni kitabı çıxıb
18:08 02 Avqust 2021
Prodüserlər Gildiyasına sədr seçildi
17:20 02 Avqust 2021
Maestro Niyazinin xatirəsi yad olunub
16:55 02 Avqust 2021
Qazi-şair gündəliklərini məktəblilərlə birlikdə yazacaq – Yeni layihə
16:00 02 Avqust 2021
Lalə Azərtaşın telefon zəngi və yarımçıq səmimiyyəti
15:04 02 Avqust 2021
Təsadüfən dirijor oldu, kasıblıqdan vərəmə tutuldu, xanımını oğulluğu boğaraq öldürdü – Niyazidən 10 inanılmaz fakt
15:01 02 Avqust 2021
Kino cameəmizin 2 avqust yanlışı: Elit sənət illüziyası
14:16 02 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
13:35 02 Avqust 2021