news-inner
clock18:30 calendar-gray 25 Dekabr 2019 view-gray352 dəfə oxunub
view-gray352 dəfə oxunub

“Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu hazırlanıb

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə əsasında “Azərbaycanın mədəniyyət təqvimi” adlı elektron kataloq hazırlanıb.

Mədəniyyət Nazirliyindən APA -ya verilən məlumata görə, kataloq-təqvim üç dildə – Azərbaycan, rus, ingilis dillərində tərtib edilib.

Layihənin məqsədi Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə, tanıdılmasına, mədəniyyətlərarası informasiya mübadiləsinə praktik töhfə verməkdir.

Layihə “Mədəniyyət” qəzetinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Setline” MMC tərəfindən həyata keçirilib.

Elektron kataloqda Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin doğum və vəfat tarixi, fəaliyyəti, müxtəlif dövrlərdə mədəniyyət sahəsində baş vermiş hadisələr, eləcə də ölkəmizdə tarixi və əlamətdar günlər, mədəniyyətlə bağlı milli və beynəlxalq peşə bayramları, digər mühüm faktlar barədə yığcam ensiklopedik məlumatlar ilin müvafiq ay və günləri üzrə (1 yanvardan 31 dekabradək) təqdim edilir. Təqvimin mətnləri hər ay üzrə günbəgün, artan xronologiya üzrə verilib.

Kataloqa Azərbaycan Respublikasının, eləcə də keçmiş SSRİ-nin fəxri adlarına layiq görülmüş, həmçinin mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində mühüm xidmətləri olan, elmi və yaradıcılıq fəaliyyəti göstərən insanlar barədə məlumatlar daxil edilib. Dünyasını dəyişmiş mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri haqqında ayrı-ayrı mətnlər fotolarla müşayiət olunur. Təqvimdə şəxsiyyətlərlə bağlı mətn-məlumatlar, əsasən, onların doğum günləri üzrə təqdim olunur. Eyni zamanda, mədəniyyət, incəsənət və ədəbiyyat tariximizdə xüsusi yeri, xidmətləri olmuş şəxsiyyətlər vəfat günləri üzrə də xatırlanır.

Həmçinin Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixinin mühüm səhifələri, hadisə və faktları, ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət tədbirləri, Azərbaycan Respublikası Prezidentinin mədəniyyət sahəsinə dair fərman və sərəncamları, o cümlədən dövlət başçısının sərəncamları əsasında qeyd olunan yubileylər, müxtəlif mərasimlər, Milli Məclisin, Nazirlər Kabinetinin mədəniyyətlə bağlı qəbul etdiyi qanun və qərarlar elektron kataloqda müvafiq günlər üzrə əksini tapıb.

Kataloq-təqvimin hazırlanmasında bu sahə üzrə mövcud olan geniş ədəbiyyat – Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, o cümlədən teatr, kino, musiqi, təsviri sənət və digər sahələr, muzey, kitabxana işi və s. haqqında kitablar, ensiklopedik toplu və nəşrlər nəzərdən keçirilib, eləcə də mövzu üzrə müvafiq elektron mənbələrdən istifadə olunub.

Eyni zamanda, Mədəniyyət Nazirliyinin müvafiq müraciəti əsasında respublikamızın yaradıcılıq təşkilatları – Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı və digər qurumlar layihə ilə bağlı rəy və təkliflərini bildiriblər. Qeyd olunan rəylər tərtibçi heyəti tərəfindən diqqətə alınıb, o cümlədən kataloqda mətnlər üzrə elektron axtarış (PDF formatda) imkanı təmin edilib.

“Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) yerləşdirilərək istifadə üçün açıq olacaq, həmçinin elektron formatda nazirliyin idarə və təşkilatlarına, respublikamızın mədəniyyət müəssisələrinə, eləcə də kütləvi informasiya vasitələrinə göndəriləcək.

Elektron kataloqdan Azərbaycanın mədəni irsi, ədəbiyyatı, incəsənəti, bu sahələrdə fəaliyyət göstərən şəxsiyyətləri barədə tarixi-bioqrafik məlumatlar əldə etmək – təqvimin hər gününün mədəniyyət tarixi və məzmunundan xəbərdar olmaq istəyən hər kəs faydalana bilər.

İlk dəfə mədəniyyətimizin günbəgün tarixi üç dildə və belə geniş formatda oxucu və istifadəçi auditoriyasına təqdim olunur. Layihə qlobal internet məkanında Azərbaycan mədəniyyəti haqqında mövcud informasiya bazasının genişlənməsinə xidmət edəcək.

news-inner-user

15837 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir
10:14 15 İyul 2020
XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
10:01 15 İyul 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
09:00 15 İyul 2020
Sorrentino Maradona haqda film çəkir
18:52 14 İyul 2020
İtkin düşən aktrisanın cəsədi tapıldı
18:12 14 İyul 2020
Etimad Başkeçidin səs-küylü hekayəsi: Veyil dərəsi
17:33 14 İyul 2020
Adını duaya çevirib Tanrıya pıçıldamaq...
16:52 14 İyul 2020
Məşhur aktyor koronavirusdan öldü
16:21 14 İyul 2020
Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
15:39 14 İyul 2020
Con Travoltaya ağır itki
15:00 14 İyul 2020
Türkiyəli yazıçı vəfat etdi
14:21 14 İyul 2020
Artur Rasizadə: “Hüseyn Cavidin evində qalırdıq”
13:40 14 İyul 2020
Ağ ölümə qurşandı, səsini və ailəsini itirdi, mənzilində ölü tapıldı – Elçin Cəlilovun faciəvi həyatı
13:01 14 İyul 2020
Yazıçılar Birliyi bəyanat verdi - Mətn
12:26 14 İyul 2020
Şəhriyar del Gerani: “Oxuculardan üzr istəyirəm”
11:52 14 İyul 2020
Güllələr demədi geri qayıdın - Günün şeiri
11:08 14 İyul 2020
Şəhid uşaqlarının ürək parçalayan fotoları – Onlara bu travmanı yaşatmayaq
10:30 14 İyul 2020
Stiven Kinqin hekayələri film olacaq
09:58 14 İyul 2020
Sonsuz - Şərif Ağayardan yeni hekayə
08:57 14 İyul 2020
Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020