news-inner
clock09:00 calendar-gray 07 Dekabr 2019 view-gray1397 dəfə oxunub
view-gray1397 dəfə oxunub

Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə

Kulis.az bu həftədən başlayaraq, “Həyatı film olanlar” layihəsini təqdim edəcək. Layihədə tanınmış, müxtəlif peşə adamları haqda çəkilmiş filmlər haqda danışılacaq, onların həyatından önəmli məqamlar yer alacaq. Çalışacağıq ki, mətnlər oxucuya mümkün qədər dolğun, faydalı informasiya versin. İlk yazı amerikalı rejissor Filip Kaufmanın, 2012-ci ildə ekranlara çıxan “Heminquey və Qellhorn” filmi barədədir.

Adından göründüyü kimi film amerikalı yazıçı Ernest Heminquey və onun üçüncü arvadı Marta Qellhornun münasibətləri üzərində qurulub. Heminquey dörd dəfə evli olub. Amma Kaufmanın məhz onun Martayla birlikdəliyinin üzərində dayanması təsadüfi deyil. Əvvəla ona görə ki, Marta ilə yazıçının şəxsi münasibətləri daim hansısa qaynar ictimai-siyasi hadisələrlə, belə demək mümkünsə, sıx şəkildə cərəyan edirdi. Onlar vətəndaş müharibəsindən yazmaq üçün İspaniyaya birlikdə getmişdilər. Hər ikisi İspaniyadakı sosialist hökumətinə rəğbət bəsləyir və reportaj yazırdı. Hərçənd, bəzilərinin fikrincə Martanın reportajları Heminqueyin yazdıqlarından daha yaxşıydı.

Marta Qellhorn XX əsr Amerika cəmiyyətinin inkişafına təsir göstərən beş jurnalistdən biri hesab olunur. Amerika oxucularının bir neçə nəsli XX əsrin müharibələrini onun gözləriylə görüb. Onun Vyetnamda, Latın Amerikasında, Afrikada baş verən hadisələrdən, İsrail- Ərəb konfliktindən yazdığı reportajlar maraqla oxunurdu.

Gallery

Hələ 1930-cu illərdə Qellhornun reportajları Amerika prezidenti Franklin Ruzvelt adminstrasiyasının əməkdaşı Harri Hopkinsin diqqətini çəkmişdi. O, Martaya Amerikanı gəzərək Böyük Depressiyanın nəticələri haqda silsilə oçerklər yazmağı təklif etmişdi.

Yeri gəlmişkən, Heminquey “Əcəl zəngi” məşhur romanını məhz Martaya yazıb. Başqa bir məsələ də vardı. Heminquey digər iki arvadını özü tərk eləmişdi. Marta isə karyerasına görə özü onu tərk elədi. Hətta yazıçının ona ünvanladığı məşhur sözü də var: “Başa düşmürəm, sən hərbi müxbirsən, ya mənim yataqdakı arvadım?”

Martanın absolyut müstəqilliyi və sərt xarakteri ona şəxsi həyatını qurmaqda mane olurdu. Və o, Heminqueylə münasibəti haqda deyirdi:” Biz müharibədə dil tapırıq, amma o, bitən kimi bizim aramızda müharibə başlayırdı”.

Təhlükəli nöqtələrdə olmaq Martanın komfort zonası idi. O, ailədə darıxırdı, ona görə daim qaynar hadisələrə can atırdı. Qeyd elədiyim bu və digər məqamlar isə kino üçün əla materialdır.

Ümumiyyətlə isə, Filip Kaufmanın yaradıcılığında yazıçıların həyatının ekranlaşdırılması üstünlük təşkil edir. O, amerikalı yazıçı Henri Miller, fransız Markiz de Sad haqda maraqlı filmlərin müəllifidir.

Gallery

“Heminquey və Qellhorn” yaşlanmış Martanın (Nikol Kidman) dilindən danışılır. Film 1936-cı ildə Heminqueyin (Klayv Ouen) vaxtının çoxunu keçirdiyi Ki-Uestdəki barda Marta ilə tanışlığından başlanır. Onun uzun ayaqları, rahat davranışı Heminqueyin diqqətini çəkir.

Ümumiyyətlə filmdə Heminquey arvadbaz, dəlisov, qadın qayğısına ehtiyacı olan, içki düşkünü, seksual hisslərinin əsirinə çevrilən və eyni zamanda kobud birisi kimi göstərilib. Rejissor onun ekstremal vəziyyətlərdə (İspaniyada bombardman zamanı, Amerikada filmin təqdimatında kulis arxası) seksə meylliliyini xüsusi qabardır. Birinci arvadı Elizabet Riçardson istisna olmaqla digər iki arvadı (onların hər ikisi jurnalist idi), – Polin (Molli Parker) və Meri Uelş (Parker Pouzi) epziodlarda təsvir olunur. Filmin bir yerində Marta ilə ərinin münasibətini bilən Polin onu alçaldır, iyrənc seksi sevməkdə günahlandırır.

Heminqueyin Kubadakı nəhəng evindəki keçirdiyi sərxoş günlər, Martanın karyerasını ailəsindən üstün tutması, jurnalist kimi hər ikisi arasında rəqabət və s. filmdə yer alıb.

Filmin üstünlüyü ondadır ki, ayrı-ayrı epizodlarda dövrün maraqlı, məşhur adamlarının fəaliyyəti və onların Heminqueylə münasibətləri ilə tanış oluruq. Bu tamaşaçıya bədiilikdən çox, tarixi informasiya verir. Misalçün, sənədli fotoqrafiyanın klassiki, hərbi fotojurnalistikanın əsasını qoyanlardan biri, yəhudi əsilli macar Robert Kapanın (Santyaqo Kabrera) obrazı bir neçə səhnədə təsvir olunur. O, Heminqueyin bir sıra məşhur fotorlarının müəllifidir.

Digər maraqlı simalardan biri portuqal əsilli amerikalı yazıçı Con Dos Passosdur (Devid Streterin). O, hərbi müxbirlərlə, Heminqueylə vətəndaş müharibəsi zamanı İspaniyaya gedir. Heminqueylə Dos Passosun münasibətinin korlanması, birincinin onu qorxaqlıqda ittiham etməsi filmə daxil edilib.

Təsvir olunan personajlardan digəri rus yazıçısı, jurnalist Mixail Koltsovdur ( Toni Şelhaub). O, İspaniyadakı vətəndaş müharibəsinə “Pravda” qəzetinin müxbiri və eyni zamanda sovet hakimiyyətinin nümayəndəsi kimi gedir. Rejissor onun İspaniyadakı fəaliyyətini göstərir. Heminqueyin “Əcəl zəngi” romanında Karkov obrazı onun prototipidir. Sonradan Koltsov antisovet fəaliyyətinə görə güllələnib.

Real personajlardan biri holland, sənədli film rejissoru Yoris İvensdir (Lars Ulrix). Mühüm tarixi hadisələri lentə alan rejissor “sinema veritenin” (fransız sözüdür, hərfi mənası kino həqiqət deməkdir. 1950-60 cı illərdə Fransa kinosunda meydana gəlmiş ekperimental cərəryandır. Bu metod real hadisələrin müşahidəsinə və ya müsahibələrin, situasiyaların rejissorun təhriki ilə, porovakativ üsullarla inkişafına əsaslanır) tərəfdarıydı.

Gallery

Filmdə onun İspaniyada vətəndaş müharibəsi haqda “İspan torpağı” (1937) lentinin çəkiliş prosesi əks olunub. Filmin ssenari müəllifi isə Heminquey idi. Eyni zamanda bu ekran əsərinin Ağ evdə Franklin və Eleonra Ruzveltin iştirakı ilə nümayişi təsvir edilir. Qeyd edim ki, Marta Qellhornun anası Eleonara Ruzveltin kollecdən rəfiqəsi olub.

Heminqueyin “Günortadan sonrakı ölüm” essesini tənqid edən Maks İstmanla (Mark Pelleqrino) davası da filmdə əks olunub. İstman bu esseyə görə yazıçını infantillikdə, komplekslərdə ittiham eləmiş və bu cəhətlərini sərtliyi altında gizlətdiyini yazmışdı.

Kaufman filmə maksimal sənədli atmosfer gətirməyə çalışır. Bunun üçün o, bir sıra səhnələri sənədli xronika stilində vizuallaşdırır. Kostyumlar dövrün dəb üslubunu dəqiq ifadə edir. Qellhornun qocalıq qrimi son dərəcə ustaqlıqla işlənib.

Son kadrlarda yaşlanmış Qellhorn növbəti reportajına tələsir.

Xərçəngdən əziyyət çəkən Marta Qellhorn 1998-ci ildə intihar edib.

Filmin dünya premyerası 65-ci Kann festivalında müsabiqədən kənar proqramda baş tutub.

Oxşar xəbərlər

Xəbər lenti

Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, porno-videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020
Nazirlik televiziya kanallarına filmlərlə bağlı müraciət etdi
11:28 28 Mart 2020
Respublika Uşaq Kitabxanasından balacalara tövhə
10:14 28 Mart 2020
Masonların sirrini açan bəstəkarı əslində kim öldürüb? - "Sehrli fleyta"nın sirri
09:00 28 Mart 2020
Azərbaycanlı jurnalist vəfat etdi
21:58 27 Mart 2020
Xalq artisti torpağa tapşrıldı - Belə dəfn görmədiniz - Fotolar
16:49 27 Mart 2020
Qan qoxulu Kolizey - Şəhla Nihandan yeni hekayə
16:41 27 Mart 2020
"Evdə qal" aksiyası Bakıda bədii kitabların satışını artırıb
15:39 27 Mart 2020
Onun çılğın yanğısı, həzin iniltisi... - Dilruba
14:30 27 Mart 2020
Atasına görə adı dəyişdirildi, sevdiyi oğlan Səməd Vurğunun qızıyla nişanlandı, 40 yaşda ailə qurdu – Müğənnimizin film kimi həyatı
13:33 27 Mart 2020
Azərbaycanın Xalq artisti vəfat edib
12:44 27 Mart 2020
Böyük dilçimizin yanıldığı məqam
11:40 27 Mart 2020
Vudi Allenin kitabı çıxdı
10:20 27 Mart 2020
Avtobusda məni şərləyən gəlin - Bircənin romanı
09:02 27 Mart 2020