“Ustad” dərgisinin 32-ci sayı yeni formatda

“Ustad” dərgisinin 32-ci sayı yeni formatda
5 dekabr 2019
# 15:40

Ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 32-ci sayı oxucuların görüşünə yeni loqo və dizaynla gəlib.

Redaksiya heyətindən Kulis.az -a verilən məlumata görə, dərginin bu sayında da müxtəlif ədəbiyyat və sənət haqqında yazılar yer alıb.

Dərgi baş redaktor Şəmil Sadiqin “Bir müəllimin tarixçəsi” hekayəsi ilə başlayır, şef redaktor Müşfiq XANın “İzsiz” adlı yeni detektiv hekayəsi ilə davam edir. Dərgidə Əkbər Qoşalının “Həsrətoğlu və ya Uçan tabut” hekayəsi, Dürdanə Ramazanlının “Sevgi çiçəkləri” hekayəsinin I hissəsi və Fərid Məmmədovun “Zirzəmi” hekayəsi verilib. Səbuhi Şahmursoy “Ədəbi tənqid nədir, nə deyil” essesində ədəbi tənqidçiliyin müasir struktur problemlərinə toxunub. Cəlil Cavanşirin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə önəmli töhfə” resenziyası, Xanım Anelanın tərtib etdiyi “Tamamilə fərqli adları ola biləcək 10 məşhur kitab” xronikası, Elnarə Qaragözovanın “Milli ruhun ədəbi təzahürü” məqaləsi, Nərgiz Cabbarlının “İtirilmiş cənnətin Cek Londonu” məqaləsi dərginin ədəbiyyatşünaslığa aid yazılarındandır.

2019-cu ilin kino hadisəsi olan “Coker” filmi haqqında peşəkar rəy və Nemət Mətinin rejissor Xirokadzu Koreadanın “Dükan oğruları” filminə həsr etdiyi “Görmədiklərimiz” adlı kino-resenziyasına da “Ustad”ın səhifələrində rast gələ bilərsiniz. Dünyada hekayə janrı tarixinə ən yaxşı qurulmuş dialoqlarına görə düşən Reymond Kerverin “Sevgidən bəhs edəndə nə danışırıq” hekayəsini Ceylan Mumoğlunun tərcüməsində oxuya bilərsiniz.

“XAN” nəşriyyatının beş yeni kitabının premyera yazısı da “Ustad”ın bu sayına təsadüf edir: Cəlil Cavanşirin “Azğın” romanı, Anarın “Sizsiz” memuar-romanı, Eldəniz Qurtulanın “Əmim Hamlet” romanı, Con Boynun “Zolaqlı pijamalı oğlan” romanı və “ÜstAd” uşaq əlavəsi rubrikasına dörd nağılı daxil edilmiş Jan de Lafontenin “Nağıllar”ı.

Poeziya bölməsində Pərviz Arifin “Siz, ey uzaqlardan gələn adamlar” və Rəşad Nağı Mustafanın “Mənə budaq ümidi ver, İlahi” başlıqlı silsilə şeirləri yer alıb.

“Ustad” bu sayından etibarən ədəbiyyat və sənətə aid “İtburnu komiksləri” başlıqlı yumoristik rəsmlər təqdim edəcəyini açıqlayıb. Bu rubrikanın debüt komiksi “Nəsimi-650” adı altında təqdim edilib.

Dərginin rəngli səhifələrindəki “#Kitabınıgöstər” rubrikasında isə model Aliyə Cəfərovanın təqdimatında kitablarla fotosessiya verilib.

Qeyd edək ki, “Ustad” dərgisi 32-ci nömrəsinin üz qapağını dünyanın böyük film şirkətlərindən olan “Amazon”da yer alan ilk Azərbaycan filmi – “Aporia”ya həsr edib.

“Ustad”ın 32-ci sayını artıq kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

# 3068 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi qorxu filmi ekranlara qayıdır - On birinci dəfə

Əfsanəvi qorxu filmi ekranlara qayıdır - On birinci dəfə

16:37 28 noyabr 2026
Türkiyəli məşhurların narkotik testlərinin nəticəsi açıqlandı

Türkiyəli məşhurların narkotik testlərinin nəticəsi açıqlandı

16:17 28 noyabr 2026
İnsanları üzbəüz ünsiyyətə təşviq edən sərgi - Stolüstü tennis oynayaraq

İnsanları üzbəüz ünsiyyətə təşviq edən sərgi - Stolüstü tennis oynayaraq

15:34 28 noyabr 2026
Zəlzələdən sonra Hatayda mədəni irsin bərpası - 20 abidənin açılışı oldu

Zəlzələdən sonra Hatayda mədəni irsin bərpası - 20 abidənin açılışı oldu

14:21 28 noyabr 2026
“Avatar” seriyasının növbəti iki filminin nümayiş tarixləri bəlli oldu

“Avatar” seriyasının növbəti iki filminin nümayiş tarixləri bəlli oldu

13:21 28 noyabr 2026
55-ci İstanbul Musiqi Festivalının proqramı açıqlandı

55-ci İstanbul Musiqi Festivalının proqramı açıqlandı

12:21 28 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər