Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş gecə keçirilib

Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş gecə keçirilib
5 dekabr 2019
# 09:42

Dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Xalq şairi Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş “Mənim kainatım şeirlərimdir” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Nəbi Xəzrinin həyat və yaradıcılığı barədə ətraflı danışılıb, onun bədii söz sənətini yeni keyfiyyətlərlə zənginləşdirərək imkanlarını genişləndirdiyi bildirilib.

Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək bildirib ki, Nəbi Xəzri üç qardaşını və atasını erkən yaşlarında itirib. Gəncliyi Böyük Vətən müharibəsinə təsadüf edib, müharibənin ağrılı-acılı günlərini yaşayıb, ancaq cəmiyyətdə özünə böyük yer tutmaq üçün əzmkarlığı, öz üzərində daim çalışması, təhsilə, elmə böyük önəm verməsi və çalışqanlığı ilə özünə ad qazanıb. Bildirib ki, insanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən, bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Xalq şairi Nəriman Həsənzadə çıxış edərək bildirib ki, humanitar dəyərləri poetik-fəlsəfi mənalandırma gücünə malik olan Nəbi Xəzrinin yaradıcılığı dərin lirizmi, vətəndaşlıq qayəsi ilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük gücə malikdir. Qeyd edilib ki, N.Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. O, XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir.

Sonra çıxış edən şairin oğlu Arzu Babayev atasına göstərilən ehtirama, diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Tədbirdə Nəbi Xəzrinin şeirləri səsləndirilib və sözlərinə yazılmış mahnılar sevilən müğənnilərin ifasında təqdim olunub.

Nəbi Xəzri ölkəmizin müxtəlif mətbu orqanlarında çalışıb. 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, 1971–1974-cü illərdə isə Azərbaycan Mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı ilə fəaliyyət göstərən həmin təşkilatın sədri olub. O, 2007-ci ilin yanvarın 15-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

# 2731 dəfə oxunub

Oxşar xəbərlər

18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

10:00 18 oktyabr 2026
Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər