Nəsiminin 650 illiyi Rotterdamda qeyd edildi

Nəsiminin 650 illiyi Rotterdamda qeyd edildi
25 noyabr 2019
# 18:57

Beniluks Azərbaycanlıları Konqresinin (BAK) və onun nəzdində fəaliyyət göstərən Şimali Hollandiya Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə Rotterdamda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçirilib.

BAK-ın sədri Elsevər Məmmədov tədbiri giriş sözü ilə açaraq İmadəddin Nəsiminin ümumbəşər mədəniyyətin qüdrətli söz ustadlarından biri olduğunu vurğulayıb. Nəsimi Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir.

BAK-ın sədr müavini Sima Cəfərova bildirib ki, dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan Nəsimi əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir.

Tədbir iştirakçıları böyük şair haqqında fikirlərini bildirərək qeyd ediblər ki, İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

Tədbir bədii-musiqili hissə ilə davam edib. Bədii-musiqili hissədə Hollandiyada yaşayan Azərbaycan əsilli tanınmış musiqiçilər İlham Babayev, Sadiq Ağamaliyev və Cavid Səlimovun İmadəddin Nəsiminin qəzəli əsasında hazırladıqları musiqili kompozisiya iştirakçıların alqışları ilə qarşılanıb. /azertag.az/

Gallery

# 1896 dəfə oxunub

Oxşar xəbərlər

Qədim gil tabletlər İraqa qaytarıldı

Qədim gil tabletlər İraqa qaytarıldı

18:20 30 iyun 2025
Sezen Aksu Süni İntellektlə  klip çəkdirdi

Sezen Aksu Süni İntellektlə klip çəkdirdi

18:00 30 iyun 2025
Elariz Məmmədoğlunun qızı  həyat yoldaşının məhkəməsində ifadə verdi

Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verdi

16:15 30 iyun 2025
“Aktyorluğu öyrən”  layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

“Aktyorluğu öyrən” layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

16:10 30 iyun 2025
“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

“Sürətli və qəzəbli”nin yeni filmi çəkiləcək

16:05 30 iyun 2025
"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

15:13 30 iyun 2025
# # #