writer1

Çinarə Soli

Məqalə sayı

10
clock10:30 calendar-gray 18 Noyabr 2019 view-gray10799 dəfə oxunub
view-gray10799 dəfə oxunub

Cem Yılmaz bizi necə utandırdı?

“Stand up” deyəndə ağıla gələcək ilk isim Cem Yılmazdır. Təbii, Yılmaz Erdoğan var, Doğu Demirkol var, Erdil Yaşaroğlu var, Beyaz var. Amma zamanımızda böyük kütlənin zövqünə xitab edən şoumen Cemdir. Onu təqlid etməyə, özünü ona bənzətməyə çalışan minlərlə aktyor var. Və o, ilk dəfə Bakıya gələrək böyük və "bahalı" auditoriya qarşısında çıxış etdi. Bahalı dediyim, bilet qiymətlərinin 50-700 manat intervalında nəzərdə tutulmasıdır.

Azərbaycandakı mövcud yaşam şərtləri və sosial mənzərə vətəndaşın bir biletə 700, 600, 500, lap olsun, 100 manat məbləğində pul ödəyə bilməsi və həmin konsertdə iştirak etməsi ilə mütənasib deyil. Bunu Cem Yılmaz özü də konsertdə etiraf edib və təşkilatçıları qınayıb.

Bəs konsert zalını dolduran təbəqə kimlər idi?

Onlar həqiqətənmi Cem Yılmaz yumorundan anlayırdılar?

Onlar doğrudanmı gülürdülər?

Mənə elə gəlir, əsl şou elə onların gülüşündə gizlənmişdi. Dəqiq bilirəm ki, konsert zalını təşkil edən kütlənin əksəriyyəti "Bu şəhərdə" kimi bayağı şou tamaşalarının izləyicilərindən ibarət idi. Və onlar o konsertə gülmək yox, diş ağartmaq-hırıldamaq üçün getmişdilər. Özlərini ətrafa göstərmək, bir növ təsdiq etmək üçün. Öz qılamur həyatlarını onun-bunun gözünə soxmaq, şöhrət ehtirasını yemləmək üçün.

Biletlərin baha olmasını başqa rakursdan baxdıqda əsla qəbul etmirəm. Paradoksal haldır, bəli, Cem Yılmaz kimi fikir düşüncə, zəka və yüksək keyfiyyətli gülüş ustadı üçün o qiymətlər olduqca uyğundur. Bizə uyğundurmu? Məsələ budur.

Təbii ki, insana yaşamaq üçün yemək, isti ev, isti paltar, istirahət lazım olduğu kimi, əyləncə, musiqi, teatr, kino, gəzinti, səyahət kimi nəsnələr də lazımdır. İnsan bədəni kimi ruhunu da qidalandırmalıdır. Amma hazırkı durum, şərait insanların böyük əksəriyyətinin ev, paltar, iş qayğısı ilə ancaq başa çıxa bildiyini göstərir.

Bəs haqqında danışdığım təbəqəyə televiziyalar və kütləvi informasiya vasitələri ilə təqdim olunan şou-proqramlar hansı səviyyədədir?

Heç bir səviyyədən söhbət gedə bilməz. Efirdə cəmiyyətin məhz televiziya izləyən böyük əksəriyyətinə sırınan "stand up-şou"lar, müxtəlif "əyləncə" proqramları adama xəcalət çəkməkdən, utanmaqdan başqa heç bir duyğu, hiss vəd etmir. Bu televiziya tamaşalarının, "yumoristik" seriallarının aktyorları kimdir? Elə biri Azərbaycanın Cem Yılmazı adlandırılan Elməddin... Hansısa istedad yiyəsini bu cür adlandırmaq, kiməsə bənzətmək qüsurludur. Elə bəri başdan uduzmaqdır. Şəxsi mənasızlaşdırmaqdır.

Digərlər aktyorlardan isə söz açmıram, sırf mövzunun kontekstinə uyğun olaraq, Cemlə müqayisə olunan "satira ustası"ndan danışıram.

Elməddində və onun timsalında digər aktyorların böyük əksəriyyətində Cemdə olan intellektual bazanın on faizi yoxdur. Ola bilsin, istedadlıdır. Amma təqdim etdiyi gülüş sırf məhəllidir, cəmiyyətə ötürülə biləcək heç bir ciddi mesaj yoxdur. Anam, babam, bacım, bacanağım mərhələsini adlaya bilmir. Tutalım, mövzu məhəlli olsun, deyə bilərsiz, Cem Yılmaz şouda atom parçalayıb kainat sirləri açmır. Cem "Mehmet abi"dən danışıb hədəfi kapitalizmə vura bilir, "yedek asker"dən danışıb ölkənin ordu nizamı və gənclərin orduya cəlb edilmə şəklinə eyham vurmağı ustalıqla bacarır. “Stand up” şoumeni azad və demokratik düşüncəli olmalıdır. Ən azı, ruhunda müstəqilliyini saxlamalıdır. Bir kəlmə ilə toru on yerə atmağı bacarmalıdır. Bir mimika ilə bir kitablıq sözü deyə bilməlidir. Bizimkilərdə o alt qat yoxdur. Gülüş beyin saqqızıdır. Çeynədin və atdın. Heç bir qidalandırıcı funksiyası, xeyir əmsalı yoxdur. Ağzın gülüş adlı fiziki prosesə uyğun yumulub-açılmasına xidmət edir. Halbuki türklər Cemin şoularını, filmlərini belə xarakterizə edir ki, güləndə nəinki ağzımızla, "kıçımızla" da gülürük.

Ona görə də düşündürücü plandan danışmaq əbəsdir. Hər şey məlumdur.

Elməddinin Türkiyədə qonaq olduğu "EYS" verilişinə baxanda adam yerə girmək istəyir. Budur bizim Cem Yılmaz? Bəs harda qaldı hazırcavablıq? Harda qaldı iynə, arı, eqo?

Adamı verilişin gedişində sındırmaqdan ziyadə, hətta pərt etmişdilər. Az qalırdı, studiyanı tərk etsin. Ələ salırdılar. Amma Cem Yılmaz burda bizim jurnalistin sualını gülüşə çevirdi...

Hələ yeni açılan və guya gənclərin kəşf olunduğu "stand up" şousuna baxanda xəcalətdən pörtmüşdüm. Ağlamaq istəmişdim. Adamlar bilmir. Aktyor oyunu sıfır. Mövzu eyni, təkrar, qıt. Ortada gülüşə aid heç bir kəlmə yox. Və adamların eqosu bütün dünya “stand up” şoumenlərinin eqosunun kvadratı səviyyəsindədir.

Biz isə - ölkənin varlı olmayan təbəqəsi məhz həmin insanlarla gözümüzü "mazol" etməkdəyik. Məsələn, biz kasıblar gözləyəcəyik, Cem Yılmazın şousu "youtube"a nə vaxt yüklənəcək? Əslində, əsas qidalanan da biz olacağıq.

Əminəm ki, bu səfərin bütün təfərrüatlarını Cem öz tamaşalarında lazımınca qeyd edəcək. Adam müşahidə ikonudur. Getdiyi hər yerdən, gördüyü hər adamdan detal toplayır. Və biz ona çoxlu material verdik...

Məni bir daha utandıran mətbuat konfransında jurnalistlərimizin Cem Yılmaza çox adi, sıradan, hətta onun özünün belə məzələndiyi standart suallar verməsi idi. Yəni, yoxdur? Yoxdur bizdə o beyin ki, adamı ikibaşlı, üçbaşlı düşünməyə vadar etsin? Görünən odur ki, yoxdur.

Deməli, toplum olaraq hələ bu cür şoulara hazır deyilik. Təcrübə baxımından ola bilsin, xeyri dəyə. Gələn dəfə daha diribaş olaq. Şoumenlərimiz görə-götürə. İstəyə ki, təqdim etdiyi tamaşa zövqlü, səviyyəli, intellektual olsun. Bəlkə düzələrik.

Daha uyğun ehtimal odur ki, onlar keyfiyyətdən yox, kəmiyyətdən təsirlənib bilet qiymətlərini qaldıracaqlar. Bu da Cem Yılmazın bizə “xeyri”...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021
Samirə Əşrəfə ağır itki üz verib
10:06 27 Yanvar 2021
Təbrizli yazar: “Nizamini məqbərədən çıxarıb xalqın həyatına qaytarmalıyıq” – Müsahibə
09:01 27 Yanvar 2021
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021