"Heç nəyə doğru" - Video

"Heç nəyə doğru" - Video
4 noyabr 2019
# 16:11

Kulis.az aktrisa Ləman Mərihin ifasından Nicat Manafovun "Heç nəyə doğru" adlı poetik monoloqunu təqdim edir.

Küçənin son işıqları da sönmək üzrədi
mən isə ayağıma dolaşan xatirələrlə addımlayıram sakitcə.
Bilmədiyim bir istiqamətə,
məni gözləməyən heç nəyə doğru...
Ağırlıq edir xatirələr,
Kəndir olub kecib boğazıma
amma
yıxılmayacam,
davam edəcəm o yerə doğru.
Bilirəm qapıda həyəcanla gözləyir məni
HEÇ NƏ
Nə vaxtdan gözləyir
Onu da bilmirəm,
amma laqeydliyim
dərin kədərə boğur məni
Bunu bilərək etmirəm
Gözlədirəm səni.
Çox gedirəm, hara, niyə gedirəm
sualları ilə dolaşıram yollarda
tək getməliyəm bu həqiqətə,
Bilirəm çətindi
Nə ləpir var, nə iz var
Siz gəlməyin qayıdın, qayıdın
gözləyəniniz var.
Çatıram ünvana
heç nə məni gözləyir qapıda.
Elə gülümsəyir ki,
qucaqlamaq, öpmək istəyirəm
Yaxınlaşıram yox olur əllərimdən,
Gizlənir hardasa...
O qədər yorulmuşam ki,
taqətim də yoxdur axtarmağa.
Gücüm bircə bütün səssizlimlə bağırmağa çatır
Bağırmağa
Çıx haradasansa qarşıma,
yorma məni
Ya gəl otur ağla ya da
Qucaqla məni.

# 4209 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər