Əhməd bəy Ağaoğluna həsr olunan tədbir keçirilib

Əhməd bəy Ağaoğluna həsr olunan tədbir keçirilib
26 sentyabr 2019
# 18:41

Sentyabrın 26-da “İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTQMİ) Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor, Əhməd bəy Ağaoğlu irsinin tədqiqatçısı Vilayət Quliyevin “Əhməd Ağaoğlu irsi və müasirlik” mövzusunda mühazirəsi keçirilib.

APA-nın məlumatına görə, “İcərişəhər” DTQMİ İdarə Heyətinin sədri Əsgər Ələkbərov qonaqları salamlayıb.

Sonra professor Vilayət Quliyev çıxış edərək Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif aspektlərindən, onun alim, hüquqşünas, müxbir, millət fədaisi, türk birliyi və müstəqilliyin müdafiəsi istiqamətindəki fəaliyyətindən söz açıb.

V. Quliyev, Əhməd bəyin milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, zamanında erməni fitnəkarlığının qarşısının alınması, qanlı qarşıdurmaların dayandırılması, erməni və digər düşmən mövqeli xristian milyonerlərin səyi ilə Bakı əhalisinin köçürülməsi təklifinə qarşı durmağı bacararaq bu fitnəkarlığın və fəlakətin qarşısını alması istiqamətindəki xidmətlərini xüsusi vurğulayıb.

Daha sonra Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu”, “Xatirələr”, “Bəs bizim ziyalılarımız haradadır” (rus və azərbaycan dillərində) “Türkiyəni duyğulandıran ölüm” adlı elmi monoqrafiyalarına nəzər salınıb, kitablarda əks olunan bir çox məqamlar üzərində diskussiyalar aparılıb.

Tədbirdə professorlar Anar İsgəndərov, Solmaz Tohidi, dosent Firdovsiyyə Əhmədova, elmlər doktoru Abid Tahirli, professor Qulu Məhərrəmli, fəlsəfə doktoru Nazim Mustafa və Qərənfil Xəlilova, professor Rüstəm Kamal Əhməd bəy Ağaoğlunun ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı və türkoloq kimi səciyyələndirəcək geniş fəaliyyətindən danışıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 10 aprel 2019-cu il tarixində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

# 4017 dəfə oxunub

Oxşar xəbərlər

Texnonun yaradıcılarından Xuan Atkins vəfat etdi

Texnonun yaradıcılarından Xuan Atkins vəfat etdi

10:55 3 noyabr 2026
Şarja Beynəlxalq Kitab Sərgisi: 124 ölkədən 2673 nəşriyyat iştirak edəcək

Şarja Beynəlxalq Kitab Sərgisi: 124 ölkədən 2673 nəşriyyat iştirak edəcək

10:40 3 noyabr 2026
Castin Timberleykdən yeni sənədli film layihəsi

Castin Timberleykdən yeni sənədli film layihəsi

10:20 3 noyabr 2026
Bağdadda qədim dövrə aid çörək və  pivə istehsalı sahələri aşkarlandı

Bağdadda qədim dövrə aid çörək və pivə istehsalı sahələri aşkarlandı

10:00 3 noyabr 2026
Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər