writer1

Könül Cəfərli

Məqalə sayı

71
clock11:37 calendar-gray 08 Oktyabr 2019 view-gray7606 dəfə oxunub
view-gray7606 dəfə oxunub

Xaricdə oxuyan Gülnurun bakirəlik dərdi

Kulis.az Könül Cəfərlinin “Milli bakirəliyin yerli sığortası” yazısını təqdim edir.


Tək-tük adamları çıxmaq şərti ilə çoxumuz göstərməyi sevirik. Bu niyyət doğulandan qəbrədək ömrümüzün tamamını əhatə edir. Həyatımızda nə varsa, yaxud da nəyin olmağını istəyiriksə, nümayişə hesablanır. Səmimi olaq, neçə nəfər məhz "Filankəsin oğlu həkimdir", - demələri üçün övladının tibb təhsili almasını istəyir?

Yaxşı bir ilahiyyatçı var. Söhbət düşəndə həmişə təm-təraqlı ehsan süfrələrini tənqid edir, hətta bunun israf olduğunu, islama tərs düşdüyünü də deyir. Di gəl, öz atası vəfat edəndə, camaatdan geri qalmadı. Əvvəl o da sadə bir mərasim təşkil etmək istədi. Amma qohum-əqrəbası topa tutdu ki, eldən ayıbdır, kişini urvatsız etmə. Biçarə dostum da qınaq deyilən zada tab gətirə bilməyib, razılaşdı.

Nümayişin tələb və tənəsinə boyun əyən başqa ziyalılarımız da var. Keçmiş iş yoldaşım jurnalistikanın daşını atıb, təhsilə yönəldi. Əvvəl Çexiyada, sonra da Amerikada oxudu. Universiteti bitirəndən sonra elə orada da qalıb yaşadı, özünə şirkət açdı. Anası həmişə danışırdı ki, qızımdan çox razıyam, kirayə yaşayırdıq, bizə ev də aldı, tək dərdim Gülnurun ailə qurmasıdır: "Yaşı ötür, qonşular şübhələnir ki, yəqin bir əmması var deyə ərə getmir. Uzaqda oxumağın belə pis tərəfi də var, hərənin ağlına bir fikir gəlir. O gün Xanımzər üstüörtülü dedi ki, bəlkə xaricdə qızının başına iş gəlib, bir ana kimi maraqlan. Vallah, arvadlar o qədər beynimə saldılar ki, artıq özüm də narahatam".

Qadın heç cür anlamaq istəmirdi ki, Gülnurun yüksək təhsili, uğurlu karyerası, yaxşı təminatı var, sadəcə evlilik haqqında düşünmür, istəmir.

Nə isə, qızı o qədər cana yığdılar ki, axırda elə Amerikada bir ingilislə ailə qurdu. Bu dəfə də anası qara bağladı ki, niyə əcnəbiyə ərə getdi, indi camaata nə deyəcəyik? Hələ də övladının ailəli olduğunu hamıdan gizlədir. Özü də bərk-bərk tapşırıb ki, nəbadə Bakıya gələndə ərini də yanında gətirəsən, qohum-qonşu o sarı gədəni görməsin. Bığıburma kürəkən arzusu Yaqut xalanın ürəyində qalıb. Gözünün yaşını elə axıdır ki, sanki dünyanın ən bədbəxt anası budur. Heç qızı gündə ər təpiyi "yeyən" qadınlar belə dərd çəkmir.

Söz düşmüşkən, sırf bakirələyinin keşiyini çəkmək üçün qızına xaricdə oxumağı qadağan edən valideynlər də var. Guya yanında yaşayanda övladının namusu daha təminatlı olur. Bunu milli bakirəliyin yerli sığortası kimi də düşünə bilərik. Ha özünü parala ki, əxlaq qorunmaqla nə yaranmır, nə də var olmur. Xeyri yoxdur. Qız var, anası işə gedən kimi sevgilisini evə salır. Yəni keşik çəkməklə deyil, gərək namus zatında olsun.

Onu da deyim ki, bu göstəriş dərdi tək dirilərimizə aid deyil. Ötən ay qonşumuzun anası vəfat etdi, uzun müddət yataq xəstəsi idi. Başsağlığı vermək üçün mən də getmişdim. Qız hər dəfə hönkürəndə arvadlar acıqlanırdı ki, tezdir ağlamaq, hələ camaat yığılmayıb, özünü birtəhər saxla. Bir misal da çəkdilər ki, filankəs atası öləndə çox ağladığı üçün molla mərasimə başlayanda gözünün yaşı quruyubmuş: "Gələn-gedən də deyirdi ki, bu necə övladdır, ürəklə ağlamır. Çətin də olsa, gərək ağlamağı məclisə saxlayasan. Adamlar nə görürsə, onu danışır".

Hələ bu harasıdır? Mollanı da seçəndə çox "mələdə" bilənini gətirirlər. Düzdür, ölü yiyəsi onsuz da canı yandığı üçün ağlayır, amma kənar müdaxilə ilə göz yaşı daha bol, görüntü effekti yüksək olur. Molla məclis əhlinin dərdini o qədər "qazıyır" ki, sonda hamı əlinə dəsmal götürməli olur. Məsələn, əvvəl ana ilə bağlı ağı deyir, bir partiya yetim qalanlar ağlayır. Sonra bacı, qardaş, övlad, nənə, baba itirənləri "iynələyir". Görür yox, təsir etmədi, "əməliyyat"a daha əzabverici deyimlərlə davam edir. Axırda işgəncəli ağılarına tab gətirməyib, hər kəs gözünün yaşını axıdır. Bir növ mazoxizmdir elə bil. Pul verirsən ki, dərdimi təzələ, yarama duz bas, məni ağlat. Yəqin eşitmiş olarsınız, kiminsə yası haqqında danışarkən "Bacıları filankəsi yaxşı ağladı", - deyirlər.

Kədərimiz, sevincimiz, göz yaşımız, ölümüz, dirimiz - hamısı kiməsə göstərmək üçündür. Sizcə də, bu qədər nümayiş çox deyilmi?

Qohumum qardaşını çox sevirdi. Anasını tez itirdiyindən özü baxıb böyütmüşdü, balasından seçmirdi. Tale elə gətirdi ki, Rüfət qəzaya düşüb, gənc yaşda həyatını itirdi. Bacısının necə əzab çəkdiyinin şahidiyəm. Ruh kimi dolaşır, hər səhər açılanda məzarlığa qaçırdı.Xəyalənin havalandığını deyirdilər. Yoldaşı psixoterapevtdə aparası oldu. Uzun müalicədən sonra qız çətinliklə depressiyadan çıxa bildi. Onu aylar sonra görəndə sevindim, özünə gəlmişdi. Qız düzəldi, amma qonşular dincəlmədi. Bu dəfə də qınayırdılar ki, arsız bacıdır, cavan qardaşı ölüb, amma saçını boyayır. Axırda əri gördü ki, Gəncədə qalsa, camaat yenə dəli edəcək, qızı götürüb Rusiyaya apardı.

Sizi bilmirəm, amma mənə bu cür hesablı göstərişlər çox riyakar və çirkin gəlir. İnsan üzüntüsünü, xoşbəxtliyini, ağrısını özü üçün yaşamalıdır, çünki şəxsinə aiddir. Əlbəttə ki, ictimai qınaq da lazımdır, amma baxır harda və nə zaman. Erkən nikaha, aborta, cəhalətə, şiddətə və s. qarşı çıxmaq, həmrəylik nümayiş etdirmək önəmlidir. Amma "kim evləndi, niyə boşandı, axşam evə gec gəldi, nə üçün övladı olmur, bu gün taksidən düşdü, sevgilisi atıb, nişanlısı toy etmir, saçını kəsdirdi, boyadı" kimi söhbətlərin heç kəsə dəxli yoxdur. Belə nümayişvari düşüncənin hər kəsə bir zərəri var, elə sizə də. Bəlkə də saç ustası olmaq uşaqlıq arzunuz idi, amma indi müəllim işləyirsiniz. Camaat sizi salondan deyil, məktəbdən çıxan görsün deyə...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021
Gözləri görməyən laçınlı şairin yurd gəzintisi
11:01 17 Aprel 2021
UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
10:29 17 Aprel 2021
Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
09:00 17 Aprel 2021
“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
18:53 16 Aprel 2021
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
18:41 16 Aprel 2021
Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
18:17 16 Aprel 2021
Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
17:29 16 Aprel 2021
Klinton ilk romanını nəşrə hazırlayır: "Terror dövləti" - Foto
16:37 16 Aprel 2021
Azərbaycanlı qadının fotosu Türkiyədə “İlin media fotosu” seçildi - Video
15:49 16 Aprel 2021
Təzəpirdə sinə vurdu, qızlarına görə Moskvada yaşamaqdan imtina etdi, atası onunla işləmək istəmədi – Tanımadığımız Eldar Quliyev
15:01 16 Aprel 2021
Yazıçıya vəzifə verildi
14:47 16 Aprel 2021
Qarabağda qırılan tut ağaclarına elegiya
14:31 16 Aprel 2021
Əməliyyatdan çıxan Zümrüd: “Xərçəng deyiləm” - Açıqlama
13:49 16 Aprel 2021
Həmid Herisçi Seymur Baycandan danışdı: “Təəssüf ki...”
13:02 16 Aprel 2021
Şimşəkdən sonra - İlham Əzizin yeni hekayəsi
12:16 16 Aprel 2021
Eldar Quliyev Fəxri Xiyabanda dəfn olunmayacaq
11:34 16 Aprel 2021