Karikatura müsabiqəsi başa çatıb - Fotolar

Karikatura müsabiqəsi başa çatıb - Fotolar
22 avqust 2019
# 14:51

Avqustun 19-da ADO teatrında keçirililən “Azərbaycan mədəniyyəti bu gün” adlı karikatura müsabiqəsi başa çatıb.

Kulis.az xəbər verir ki, yayihənin məqsədi Azərbaycan mədəniyyətinin bugünkü durumuna karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaq olub.

Müsabiqənin ilk mərhələsindən 19 nəfər keçib və 24 karikatura sərgidə iştirak edib. Rəssam Şahin Quliyev seçim turundan və işlərin mahiyyətindən danışıb. Teatrın qurucusu Elmin Bədəlov isə gələcəkdə müxtəlif səpkili müsabiqələrin təşkil olunacağını qeyd edib.

Teatr heyəti iştirakçılara uğurlar arzulayıb və onların müsabiqəyə göndərdiyi işləri yüksək qiymətləndirdiklərini vurğulayıblar. İşlər arasında kəskin dərəcədə fərqlənən karikatura olmadığı üçün 1-ci yer ləğv edilib, əvəzində bir ədəd 3-cü yer və dörd ədəd həvəsləndirici yerlər açılıb. Teatr hesab edib ki, bununla daha çok karikatüristin həvəslənməsinə nail olacaq.

Beləliklə müsabiqənin qalibləri açıq elan olunub:

2-ci yer: Elmail Qulami “Mədəni Niyyət” (200 azn)

3-cü yer: Şəhriyar Sarica “Göylərin ümidinə” (100 azn)

3-cü yer: Namiq Aslan “Telekanalizasiya” (100 azn)

Həvəsləndiricilər:

Fərid Hüseynli “Başı bağlanmış səhnə” (50 azn)

Soltanlı Eyvaz “Popo Star” (50 azn)

Quliyeva Banu “Səhnədən kənar tamaşa” (50 azn)

Quliyeva Sevinc “Müasirləşirik” (50 azn)

Eyni zamanda teatr işlərdən ibarət kataloq da hazırlayıb. Kataloqa iştirakçıların işləri, müsabiqənin məqsədi və ötən il teatrda geçirilmiş gənc rəssamların işlərindən ibarət “Qırmızı Bazar” adlı sərgi haqda məlumat da əlavə edilib.

Sərgidə bütün iştirakçılara sertifikalar və kataloq təqdim olunub. İştirakçılar gələcəkdə teatrla əməkdaşlıqlarını gücləndirəcəklərini bildiriblər.

# 3218 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın  10 böyük və qədim kitabxanası

Dünyanın 10 böyük və qədim kitabxanası

16:00 12 iyul 2025
Peruda  4000 illik  antik şəhər  aşkarlandı

Peruda 4000 illik antik şəhər aşkarlandı

15:30 12 iyul 2025
Fransız və çex şairlərinin adlarını özünə təxəllüs seçən Nobel mükafatçısı kim idi?

Fransız və çex şairlərinin adlarını özünə təxəllüs seçən Nobel mükafatçısı kim idi?

14:30 12 iyul 2025
“Tovuz döyüşləri – Zəfərə gedən yol”  Milli Kitabxanada  sərgilənir

“Tovuz döyüşləri – Zəfərə gedən yol” Milli Kitabxanada sərgilənir

14:15 12 iyul 2025
"Adam iş vaxtında tanınar, qadan alım!.." - Mirzə Fətəli Axundov

"Adam iş vaxtında tanınar, qadan alım!.." - Mirzə Fətəli Axundov

13:30 12 iyul 2025
Harbiyə səhnəsində Hadisə şousu ...

Harbiyə səhnəsində Hadisə şousu...

13:00 12 iyul 2025
#
#
# # #