writer1

Şərif Ağayar

Məqalə sayı

541
clock12:16 calendar-gray 16 Avqust 2019 view-gray2674 dəfə oxunub
view-gray2674 dəfə oxunub

Anarın min oyunu... – Məşhur müsahibənin təfsiri

Kulis.az Xalq yazıçısı Anarın sonuncu müsahibəsində söylədiyi bəzi fikirlərin təhlil-təfsirini təqdim edir.

Mənim istirahətim işdir də. Başqa vaxt işləməyə imkanım olmur. Ayrı vaxt balaca yazılar yazıram, amma iri yazılar olanda gərək mən heç olmasa on gün Yazıçılar Birliyindən, bu mühitdən, qayğılardan uzaq olum ki, işləyim. – On gün! İri yazılar! Heyran qalınası məhsuldarlıqdır. Anar müəllim jurnalistlərin ona yaradıcılıqdan çox AYB-dən sual verdiyindən gileylənir həmişə. İndi isə 11 ay, 20 gün ictimai işlərlə, cəmi 10 gün məzuniyyətdə yaradıcılıqla məşğul olduğunu etiraf edir. Jurnalistlər neyləsin?

Hamısını maddələrə ayırdıq ki, bu qədər kitab çap edəcəyik, bu qədər mükafat verəcəyik, bu qədər avadanlıq alacağıq, bu qədər filiallara göndərəcəyik, bu qədər yardım edəcəyik... – AYB-yə ayrılan 800 min manat vəsaitin xərclənməsi ilə bağlı söyləmişdi. Bu vəsait gələn kimi tanınmış və maddi ehtiyacı olmayan yazıçılara pul mükafatı verildi. AYB-nin vəsait xərcləmə üsulunu yaxından izləyəndə bunların məqsədinin ədəbiyyatın inkişafı olmadığını asanlıqla görürük. Məsələn, hər il M.Qorki adına Ədəbiyyat İnstitutundan Azərbaycanın Mədəniyyət Nazirliyinə məktub gəlir ki, oxumaq üçün istedadlı uşaqlar göndərin. Hər bir gəncin bu böyük ədəbiyyat emalatxanasında təhsil alıb təcrübə keçməsi üçün uzaq başı 10 min manat vəsait lazımdır. Ancaq müstəqillik dövründə bir nəfər də göndərilməyib. Çünki Nazirliyin namizəd vermək üçün AYB-yə yazdığı məktublara yoxdur cavabı gəlir. Doğrudanmı 30 ildə bir namizədimiz olmayıb? Sizi bilmirəm, mən inanmıram. Yaxud, bax elə bu günlərdə Fransada fəaliyyət göstərən və ölkənin ən nüfuzlu yayım şirkətləri ilə müqavilə bağlayan “Kəpəz” nəşriyyatı sponsorlu kitabların çapı ilə bağlı elan verdi. Dünyaya çıxmaq deyirik bütün günü. Buyurun. Çıxın. Bundan yaxşı fürsət ola bilərmi? O vəsaitdən ayırın, məsələn, İsa Hüseynovun “Məhşər” romanını (ədalətli qaydada başqa əsər də seçilə bilər) fransızcaya çevirib, nəşr etdirin. Nəşriyyat öz hesabına dünyada yayacaq. Sizcə bu, Azərbaycanın tanınmış və pula ehtiyacı olmayan yazıçılarına mükafat verməkdən daha faydalı olmazmı?

Mən bura (AYB-yə sədr – red.) gələndən (1987-ci ildən – red.) varis planı üzərində işləyirəm – 1987-ci ildən AYB postuna sədr yetişdirmək istəyir və məntiqlə əməlli bir adam tapmayıb. Məncə bu, Stalinin despotizmillərində belə böyük istedadlar və şəxsiyyətlər yetirən Azərbaycan xalqına həqarətdir. Anarın öz ətrafı üçün isə ələ salmadan başqa bir şey deyil.

Sual: “Əkrəm Əylisli deyir ki, 80 yaşdan sonra vəzifə haqda düşünmək insanın öz-özlüyündə mənəvi yoxsulluğunun göstəricisidir. Anarın cavabı: “Onun mənəvi yoxsulluğu bütün Azərbaycana məlumdur”. – Əla cavabdır. Yəni məlum olan yalnız onunkudur. Əsas odur ki, məlum olmasın.

1700-dən artıq olar... – Söhbət AYB üzvlərinin sayından gedir. Faktiki ciddi yaradıcılıqla məşğul olanların sayı isə yüz nəfəri keçmir. Müzakirə eləməyə əsər tapılmır. Həmin o 100 nəfər, öz sözü, öz fikri olan qələm adamına qarşılıq, 1600 nəfər “dünya işləri”ndən anlamayan və Anarı böyük yazıçı, şəriksiz lider sayan 1600 nəfər... Sizcə bu rəqəm kimə lazımdır? AYB rəhbərliyini sabitqədəm qılan həm də bu say çoxluğu deyilmi? Biri etiraz edib çıxır, çıxsın,biri üzv ola-ola tənqid edir-etsin,gör yerdə nə qədər sədrindən razı "yazıçı" qalır?

Image result for Azərbaycan yazıçılar birliyi

Vallah onların adlarını ilk dəfədir eşidirəm. Onlar Yazıçılar Birliyinin üzvüdürlər? Üzv olmadan sədr olmaq istəyirlər? (Gülür) Çox yaxşı, qurultayda namizədliklərini verərlər, üçü birdən sədr olar. Mən də baxıb fəxr edərəm. (Yenə gülür) – Söhbət növbəti qurultayda AYB sədrliyinə namizəd olmaq istəyini dilə gətirən gənc yazarlar Emil Rasimoğlu, Fuad Cəfərli, Tural Turandan gedir. Sual edirik: 80 yaşında altıncı dəfə namizəd olmaq və sədrliyini 40 ilə çatdırmaq istəyən, üstəlik demokratiyadan dəm vuran ağsaqqal yazıçı daha gülməlidir, yoxsa gənclərin tanınmaması?

Bunu düz deyir və elə biri o, özüdür də - “Əkrəm onu da deyir ki, yazıçıların bəzilərinin məqsədi AYB-dən nəsə qoparmaqdır, buna görə də hay-küy salırlar...” sualına verdiyi cavabdır. Bu yerdə başqa bir sual doğur: Bəs siz nəyə görə ordasınız və bu qədər tənqidə dözürsünüz? Çünki “yaradıcı təşkilatda bu qədər rəhbər işləmək olmaz” deyənlərdən ibarət “düşmən” elan etdiyiniz “dəstə”lərə qarşı vuruşmaq üçün əlinizdə vəzifə olmalıdır. Amma və lakin belə bir düşmən yoxdur. Bütün patriarxal düşüncəli insanlar özlərinə düşmən uydururlar, yaxud belə bir düşmənin varlığına qeyri-şüuri inanırlar.

Deyir “ayının yüz oyunu var, bir armudun üstündə”. Hamısı buna görədir ki, mən niyə burda oturmuşam, o oturmalıydı – Niyə də oturmayaydı? Üç gənc haqqında deyir, tanınmırlar, Əkrəm haqqında deyir, yüz oyunu AYB sədri olmaq üçün edir. AYB sədri olmaq eyibdir? Eyibdirsə özü 32 il niyə sədr oldu? Bəlkə özünün min oyunu bir kreslonun başındadır?

Qurultay gələn il keçiriləcək yəqin – Anarın işlədiyi dövrdə qurultay min-bir bəhanə ilə həmişə gecikib. Çünki onun ən zəhləsi gedən işdir bu; hər dəfə müstəqil Azərbaycan dövlətindən 4 yaş böyük olan uzunömürlü sədrliyi təkrar yada düşür, dildə-ağızda dolaşır. Yazan yazır, gülən gülür, lağ eləyən lağ eləyir.

Mən işləyən vaxt demokratik şərait həmişə olub, indi də var – 32 il sədrlik və demokratiya! Qurultaya, yəni səsverməyə öz istədiyi adamları nümayəndə seçmək və demokratiya. AYB-nin nə idarəçiliyinin, nə də seçkilərinin, hətta formal demokratiyaya belə aidiyyatı yoxdur. Bu, sovet idarəçilik sisteminin balaca modelidir. Sədri hamı yox, seçilmiş nümayəndələr seçir. Yəni bir növ aristokratik respublika modeli. Necə ki, SSRİ rəhbərini Mərkəzi Komitə seçirdi. Bu fikirlər göstərir ki, Anar müəllim nəinki demokratiyanı qəbul etmir, heç onun nə olduğunu bilmək istəmir.

Əgər yazıçılar istəyərlərsə, son dəfə də sədr olmağa razılaşaram – Sözün bitdiyi yerdir.

P.S. Bəzən deyirlər, ölkədə yeganə problem Anardır? Başqalarını tənqid edə bilmirsiniz, Anara gücünüz çatır. Anar əlbəttə yeganə və ən böyük problem deyil,lakin əbədi və ən böyük problemlərə yol açan problemdir. Hamı dəyişir, gedir, ən azı cəmiyyət tərəfindən tanınır, döğru-dürüst qiymətləndirilir. Anarsa bu düşüncə ilə hələ də mütərəqqi yazıçı, ziyalı hesab olunur və Azərbaycan ədəbiyyatına rəhbərlik edir, onun taleyini müəyyənləşdirir. Həm də uzun illər. 32 il. Üstəlik bu müddəti 40 ilə çatdırmaq fikrindədir. Səhhəti imkan versə, daha çox... 80 yaşlı AYB-nin az qala bütün sədrlərinin işlədiyi qədər...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021
Azərbaycanda Böyük Britaniya film festivalı başlayır
12:44 22 Yanvar 2021
Tənqidin tənqidi – Ağalar Qutdan yeni esse
12:08 22 Yanvar 2021
Yazıçılar Donald Trampa kitab qadağası qoydular
11:32 22 Yanvar 2021
Seks dəlisi olan qadınlar haqqında bir neçə cümlə
10:58 22 Yanvar 2021
Alen Delonun xanımı dünyasını dəyişdi
10:30 22 Yanvar 2021
Şairimiz Özbəkistanda qalib oldu - Ölümündən sonra
09:59 22 Yanvar 2021
Mirzə Cəlilin əsəri əsasında çəkilmiş serial – Sevda Sultanova İTV-nin yeni layihəsini tənqid etdi
09:00 22 Yanvar 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:13 21 Yanvar 2021
Xalq şairinin oğlu: “Atamın xəstəliyini hamıdan gizlətdim” - Müsahibə
20:00 21 Yanvar 2021
Tarix Muzeyinə direktor təyin edildi
18:59 21 Yanvar 2021
"Netflix"in abunəçilərinin sayı rekord həddə çatdı
18:15 21 Yanvar 2021
Filipp Kirkorov bu ölkəni məhkəməyə verir
17:39 21 Yanvar 2021
Bizdən istifadə edən qəddar sənətkarlar – Mehman Qaraxanoğlu yazır...
17:19 21 Yanvar 2021
"Bu nə deməkdir?" - Qismət nazirliyin keçirdiyi müsabiqəni tənqid etdi
16:38 21 Yanvar 2021
Makgregor Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
16:23 21 Yanvar 2021
Tanınmış müğənni şəhid baş leytenanta mahnı həsr etdi - Video
15:40 21 Yanvar 2021
Sən istə, sənin üçün batım hər günaha mən – Orxan Bahadırsoydan yeni şeirlər
15:01 21 Yanvar 2021
"Min bir gecə" Mariinski Teatrında anşlaqla nümayiş olundu - Foto
14:20 21 Yanvar 2021
Ədəbiyyat müsabiqəsinin qalibləri bəlli oldu
13:41 21 Yanvar 2021