writer1

Günel Natiq

Məqalə sayı

147
clock11:01 calendar-gray 14 Avqust 2019 view-gray1070 dəfə oxunub
view-gray1070 dəfə oxunub

Atasının qatil adlandırdığı qızın sirri

Deyirlər, qonaq qonağı istəməz. Amma qonaq getdiyim evdə gördüyüm ailə ürəyimə yatdı. 35 yaşlarında sarışın qadın, ona çox oxşayan 5 yaşlı qızı və əkiz körpələr. İlk baxışda xoşbəxt ailəyə oxşayırdı, amma sonra fərqinə vardım ki, qadın narahatdır, nəyə görəsə əsəbiləşir, tez-tez yanındakı qızına bozarırdı. Elə bil onun varlığı qadını qıcıqlandırırdı.

Qızcığazın kənardan körpələrə həsrətlə baxması, onlara toxunmaq cəhdi də nəzərimdən yayınmadı.

Ana demək olar ki, qızını əkizlərə yaxın gəlməyə qoymurdu. Qızcığaz isə fürsət tapan kimi əkizlərin qoluna, ayağına toxunur, oxşamağa çalışırdı. Ana onun hər toxunuşundan narahat olur, qızına acıqlanırdı.

- Ayna, sənə demədimmi, özünü tərbiyəli apar? Bax, atana deyəcəm, bir də səni bura gətirməsin.

Halbuki uşağın zərrə qədər ərköyünlüyü yox idi, yalnız qardaşlarına yaxın olmaq, onlarla oynamaq istəyirdi…

Ananın bir gözü qapıda qalmışdı, əri onları aparmağa gələcəkdi.

Heç yarım saat çəkmədi ki, kişi gəlib çıxdı. İçəri girən kimi əkizləri qucağına aldı. Çağalar da atalarını görüb qığıldamağa, əllərini oynatmağa başladılar. Bayaqdan başını divanın kənarına söykəyib heyranlıqla bu mənzərəni izləyən qızcığaz tərəddüdlə atasına tərəf getdi, nəvaziş istəyən pişik kimi onun ayaqlarını qucaqladı. Kişinin üzündəki təbəssümün yerini səbəbini anlamadığım nifrət aldı, iti qovurmuş kimi qızı itələdi:

- Ay qız, nə üstümə cumursan, demirsən, uşaqları əlimdən salaram? Uşaqlarla qəsdi-qərəzin var?

Bu sözlərin mənasını anlamayan qızcığaz duruxdu, kömək istəyirmiş kimi anasının üzünə baxdı. Amma qadın körpələrlə məşğul idi, heç qızının halını sezmədi də. Ev sahibəsi qızcığazın halını anladı deyəsən, yanına çağırıb ciblərini şokoladla doldurdu.

- Ayna, bax, özün ye ha, heç kimə vermə, - deyə zarafat elədi.

Uşağın üzü güldü:

- Ana bax, - deyə anasına sarı yürüdü. - Xala mənə konfet verdi!

Anası üz-gözünü turşutdu:

- Yenə şokoladı yeyib üst-başına yaxacaqsan. Sonra gəl bunun pal-paltarını yuyub təmizlə! Konfetləri apar, masanın üstünə qoy! Tez ol!

Ayna əlindəkiləri arxasında gizlətdi. Kişi körpələri arvadının qucağına verib qızcığazın üstünə cumdu, konfetləri əlindən zorla alıb masanın üstünə atdı.

Ev sahibəsi etiraz etmək istəsə də, kişi üzrxahlıq edirmiş kimi:

- Keçən dəfə burdan apardığı şokoladlarla maşınımın oturacaqlarını bir kökə salıb ki, hələ də ləkələrin izləri qalır... - dedi.

Qızcığazın gözü doldu. Kişi yenə nifrət püskürdü:

- Yaxşı zırıldama, get ayaqqabılarını geyin, gedirik.

Uşaq içini çəkə-çəkə koridora getdi. Qonaqlar da evdəkilərlə sağollaşıb hərəsi əkizlərin birini qucağına alaraq qapıya yönəldilər. Onları yola salmağa çıxdıq. Kişi və qadın qabağa düşmüşdülər, Ayna ayaqlarını sürüyə-sürüyə (deyəsən ayaqqabı ayağına böyük idi), dallarınca gedirdi. Ata-ana elə bil onun varlığını unutmuşdular.

Ara sakit olanda ev sahibəsindən xahiş etdim ki, bu qəribə ailənin sirrindən məni hali etsin. Məlum oldu ki, bu qadınla kişinin uzun illər uşaqları olmayıb. Hətta iş o yerə çatıb ki, kişinin qohumları onların boşanmasını tələb ediblər. Kişi isə arvadına bağlanıb, ayrılmaq istəmirmiş.

Beləliklə, bu qərara gəlirlər ki, uşaq götürüb saxlasınlar. Uşaq evindən çətinliklə də olsa 3 yaşlı qız uşağı götürürlər. Dünyanın qəribə sirləri var, qıraqdan baxan deyərdi bəs uşağı elə bu qadın dünyaya gətirib, onun kimi sarışın, alagöz… “Qızınız necə də sizə oxşayır”, - bu sözləri tez-tez eşidən qadın fərəhdən yerə-göyə sığmır, özünü əsl ana kimi hiss edirdi. Uşaq doğrudan da evə xoşbəxtlik gətirmişdi. Ona qadının anasının adını verirlər: “Ayna”.

Bir neçə aydan sonra qadın hamilə olduğunu öyrənir. Ər-arvad sevincdən yerə-görə sığmır. “Aynanın ayağı düşdü bizə”, - deyirlər. Amma uşaqlar doğulandan sonra vəziyyət dəyişir. Ayna gözdən düşür, ona demək olar ki, məhəl qoymurlar. Nə yedi, nə içdi, veclərinə olmur.

Bir dəfə qadın ərinin hay-küyünə mətbəxdən qaçıb gəlir. Kişi:

- Uşaqlarımızı boğmaq istəyirdi, bu qız qatildi... - deyə qışqırırmış.

Demə, Ayna körpələr yatan beşik-çarpayıya əyilib onları oxşayırmış, qəfil içəri girən kişi elə bilib ki, uşaqlara zərər vermək istəyir. O gündən qızı salıblar gözümçıxdıya. Uşaqlara yaxınlaşmağı yasaq ediblər.

- İndi isə Aynanı uşaqlar evinə qaytarmaq üçün fürsət axtarırlar. Qadını fikrindən daşındırmaq istəyəndə “Ərim yuxuda görüb uşaqlarımızı öldürür. Yəni ərim yuxusunu görüb. Onu evdən uzaqlaşdırmaq lazımdır”, - dedi. Lap cəfəngiyatdır, - deyə ev sahibəsi söhbətini tamamladı.

Eşitdiklərim məni dəhşətə gətirdi. Elə bil kiçik bir uşaqdan deyil, təhlükəli bir canidən söhbət gedir. Kiçik, saf uşaq başqalarına, həm də əzizlədiyi, oxşadığı, özünə doğma bildiyi körpələrə necə zərər yetirə bilər ki? Kişi ya kabus görür, ya da onu qara basır. Ya da ki öz uşaqları dünyaya gələndən sonra yad bir uşağı saxlayıb böyütməyi artıq hesab edir. Ona görə belə bir bəhanə uydurub, arvadını da inandırıb. Uşaq məgər oyuncaqdır ki, onunla oynayıb, bezəndən sonra bir kənara atasan? Canlı insandan söhbət gedir, hansının ki, uşaq olmasına baxmayaraq qəlbi, ruhu var. Hətta ata-anası sandığı insanlardan daha anlayışlıdır. Kim bilir, o balaca qəlbində indidən hansı ağrıları gəzdirir?

Bu həmin o uşaqdır ki, onun gəlişindən sonra qaramat ailəyə sevinc gəlib, Tanrı da onlara iki övlad lütf edib. Kim bilir, bəlkə də bu əkiz uşaqlar Tanrının o qızcığaza hədiyyəsidir. Amma ata-ana bunu anlamayıblar.

Belə bir ağrılı mənzərənin şahidi olduğum evi tərk edəndə “atanın” qızcığazın əlindən qopardığı konfetlər masanın kənarındaydı, heç kim onlara toxunmağa qıymamışdı…

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021
Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
14:00 20 Yanvar 2021
“Harri Potter” filminin ulduzu kinodan getdi
12:45 20 Yanvar 2021
Tanıdığım ilk şəhid
11:30 20 Yanvar 2021
Məşhur serialın aktyoru vəfat etdi
10:20 20 Yanvar 2021
Müstəqillik tarixinin ən möhtəşəm 20 Yanvarı - Şərif Ağayar yazır...
09:01 20 Yanvar 2021
"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
18:40 19 Yanvar 2021
"Simpsonlar"ın ssenaristi öldü
17:56 19 Yanvar 2021
Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət
17:12 19 Yanvar 2021
Balacalar üçün onlayn tamaşa
16:31 19 Yanvar 2021
“Qarabağ hekayələri” qırğız dilinə tərcümə olundu
15:53 19 Yanvar 2021
“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021
Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021