İstanbulda yerləşən Rami Kitabxanası Beynəlxalq Kitabxana Assosiasiyaları və Təşkilatları Federasiyası tərəfindən keçirilən "2026 Yaşıl Kitabxana Mükafatları"nda dünya birincisi olub.
Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rami Kitabxanası "19-cu əsrdən qalma tarixi hərbi kazarmanın iqlimə dözümlü ictimai məkana çevrilməsi" layihəsi ilə "Böyük miqyaslı layihə" kateqoriyasında qalib seçilib.
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial şəbəkə hesabında paylaşım edərək mükafatın Cənubi Koreyanın Busan şəhərində keçirilən 90-cı Dünya Kitabxana və İnformasiya Konqresində təqdim edildiyini bildirib.
1826–1828-ci illərdə inşa edilən tarixi Rami Kazarması bərpa işlərindən sonra 2023-cü ildə kitabxana kimi istifadəyə verilib.
36 min kvadratmetrlik tarixi tikili sahəsi ilə yanaşı, kompleksi 51 min kvadratmetrlik yaşıl zona əhatə edir.
Kitabxanada yağış sularından təkrar istifadə mexanizmləri, günəş enerjisi sistemləri, 696 ağac və bioloji gölməçə yer alır.
Qeyd edək ki, 2 milyon kitab fondu və 4 200 nəfərlik oturacaq tutumu olan Rami Kitabxanası açıldığı gündən 2025-ci ilin sonunadək 8 milyondan çox ziyarətçi qəbul edib.



Türkiyədəki kitabxana dünya birincisi seçildi
Oxşar xəbərlər
Aktyor Aslan Fətullayev vəfat etdi
15:39
10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı
15:27
10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu
14:48
10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi
13:30
10 noyabr 2026
“Alatoranlıq” filminin serialı çəkiləcək
11:47
10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi
10:44
10 noyabr 2026