writer1

Eminquey

Məqalə sayı

10
clock13:41 calendar-gray 07 Avqust 2019 view-gray361 dəfə oxunub
view-gray361 dəfə oxunub

Gənc şairləri biabır edən skrinlər

Qohum-əqrəba, dost-tanış yığıncağına bənzəyən status altı müzakirələr.

Gündəlik həyatımızda beş-on nəfər bir yerı yığılırıq. Bir mövu atılır ortaya. Hərə bir fikir deyir, özü də bir-birilərinə qulaq asmadan. Və bu ağız deyəni qulaq eşitməyən səs-küydə həmişə bir-birini dinləyə-dinləyə fikirlərini söyləyən, bir-birini eşitmətikdə səslərini ucaldan iki adam olur. Sonra o biri adamlar bu iki adama urcah olurlar. Bu iki binəvanın söhbəti də yarımçıq qalır.

Eyni vəziyyət sosial şəbəkədə də mövcuddur. Status, altında xeyli rəy və bir rəyin cavab yerində iki nəfərin fikir mübadiləsi. O buna söz vurur, bu ona söz vurur.

Bu qarmaşalıqdan öz marağı üçün istifadə edənlərə "skrinxet”lər deyirəm. Onlar natamamlıq kompleksi yaşayan əbləhlərdirlər.

Guya ki nirvanaya çatmışlar, hamıdan pakdırlar, bakirəlik mücəssəməsidirlər, tərbiyə etalonudurlar.

Guya ki hamı bunların dərdindən ölür və gecə-gündüz yalvarır ki, qurbanın olum, ölürəm səndən ötrü. Bu bədnam "skrinxet”lər əksərən şairləri, yazıçıları hədəfə alırlar.

Ona görə ki, bunca adamın içində yalnız söz adamları sözdən silah kimi istifadə edir, yalnız söz adamları mərhəmətlidir, yalnız söz adamları məsələni qol gücünə, təhqir gücünə yox, vicdan gücünə həll edir.

Hə, nə var ki yazarlarla sataşmağa?

Yığılın, şairləri, yazıçıları külli-aləmə biabır edin.

Amma bilin ki, bu söz adamlarının içində mütləq bir dəlisi çıxacaq və sizinlə öz dilinizdə danışacaq.

Onda klaviaturanız qalacaq qapı arasında.

Başlayacaqsınız hay-şüvən qoparmağa ki, bəs qoymayın, filan şair məni hədələyir, təhqir edir.

Bəs qoymayın, haqqım tapdanır.

Gedib polisə şikayət edəcəksiniz, hansısa böyüyü bilinməyən saytlara müsahibə verəcəksiniz.

Guyammış siz süddən çıxan ağ qaşıqsınız, bu məmləkətin yazarları da süddən çıxan qara tük.

Bu "skrinxet”lərin psixologiyasını, məramını, məqsədini "Qız qalası” kimi dəqiq tanıyıram. Onlar sadəcə öz natamamlıqlarını başqalarını rüsvay etməklə tamamlaya bilirlər. Dəqiq bilirəm ki, bu adamların niyyəti özlərini qorumaq deyil.

Bəs yaxşı, bu adamların yazarlardan zəhləsi gedirsə, onlara qarşı bu qədər aqressivdirlərsə, niyə onları sosial şəbəkədə dostluqdan uzaqlaşdıranda coşub-daşırlar?

Məsələn, mən kimi dostluqdan çıxarıram, gedib status yazır. Ki, pəs çox da gözüm artırdı dostluğunda olmaqdan. Başınıza dönüm, maraqlı deyilsə, nöş yanıb tökülürsünüz? Yeri gəlmişkən, küləkdi, elə bilin külək idim, əsib keçdim. Yoxsa yıxdığım ağacların altında əzilməkdən qorxursunuz? Mən xətrini istədiyim adamlardan inciyərəm, bir dəfə dostluqdan silərəm, sonra dostlaşarıq, iki dəfə, amma üçüncüdə geri dönüşü yoxdu. Bəli, əziz "skrinxet”lər, mənim eqom 9-cu mərtəbədədi, lift də işləmir, lazımdısa piyada çıxın, lazım deyilsə, blokda durub siqaretinizi çəkin, tumunuzu çırtlayıb qeybətinizi eləyin də.

Adətən belə adamların qaranlıq bir keçmişi olur. Onları vaxtilə dost-tanış içində yaxşıca aşağılayıblar, əziblər, məsxərəyə qoyublar, saymayıblar. Hara gediblərsə hörmət qazana bilməyiblər. Ona görə də bu binəvalar, Adəmülzadlar başqalarını rüsvay etməklə özlərinə hörmət qazanmaq yoluna əl atıblar.

Sosial şəbəkə də münbit şəraitdir axı. Kimdir sənin keçmişini bilən? Uzağı beş-on adam. Onlar da "mənə dəyməyən ilan dünyanın ən mərhəmətli varlığıdır” prinsipilə yaşayan adamlardır. Quyruqlarını tapdamasan səslərini çıxarmazlar. Ya da abırlarına sığınarlar.

Əziz olmayan "skrinxet”lər, sizi narahat edən var? Gedin, birbaşa polisə müraciət edin. Əgər şəxsinizdən narahatsınızsa, bunu edin. Gücünüz çatırsa, həmin adamı tapın, söhbətləşin, həll edin. Amma bu cür şou sərgiləməyin.

Özünüzü bacarıqsız hiss edirsiniz, nailiyyətlərinizlə kifayətlənə bilmirmirsiniz və bundan kədərlənirsiniz. Natamamlıq kompleksi sizdə özünü paxıllıq hissi kimi biruzə verir. Həyatsa şablon da olsa bu teoremlər üstündə ədalətli olur:

- Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurulmaz. Sənin azadlığının başqasının azadlığını pozmamalıdır.

Siz potensial qatilsiniz.

İctimai müstəvidə rüsvay etməkdən həzz aldığınız adamların içində iradəsi zəif, ya da həddindən artıq həssas adamlar da ola bilər. Və onlar buna dözməyib intihar edə bilərlər. Ya da ürəkləri partlayıb ölərlər. Ki, bu da bizə tanış mənzərədir. Məncə, sadalamağa ehtiyac yoxdur. /adalet.az/

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur yazıçı kimin dilini kəsmək istəyirdi?
21:00 18 Noyabr 2019
Yazıçımızın kitabı erməniləri qəzəbləndirib - Foto
20:08 18 Noyabr 2019
Alim Qasımovun qızından Nəsimi sürprizi - Video
18:42 18 Noyabr 2019
O viranə yuxu - Xəyyam Rəfilinin şeirləri
18:20 18 Noyabr 2019
Aydın Talıbzadə yazır: Onun adı Gülşad...
17:41 18 Noyabr 2019
Mirzə Cəlilin nəticəsi danışdı: "Onunla fəxr edirəm"
17:00 18 Noyabr 2019
Mirzə Cəlilin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
16:15 18 Noyabr 2019
50 yaşda eşqə düşən, işə içkili gələn, jurnalistləri aldadan Xalq artisti
15:33 18 Noyabr 2019
Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
14:40 18 Noyabr 2019
Ahmet Kayanı bu aktyor canlandıracaq - Foto
14:01 18 Noyabr 2019
Elməddin Cəfərov: "Söyüş intellektuallıqdırsa, Cem çox intellektualdır"
13:14 18 Noyabr 2019
Ayaz Salayevin çəkilməyə qorxduğu AzTV verilişi – Sevda Sultanova yazır...
12:40 18 Noyabr 2019
Nəticəsi Mirzə Cəlilin ev-muzeyinin açılışında - Fotolar
11:57 18 Noyabr 2019
Məhəmməd Hadinin müasiri Bakıda kitab satır
11:38 18 Noyabr 2019
Səfər Alışarlı: “İsa Hüseynovdan sonra nəsrimiz düşünməyə başladı” – Müsahibə
11:04 18 Noyabr 2019
Cem Yılmaz bizi necə utandırdı?
10:30 18 Noyabr 2019
Məşhur aktrisa avtobus qəzasında öldü
10:00 18 Noyabr 2019
Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - Müsahibə
09:03 18 Noyabr 2019
Mübariz Örənin Fransada romanı çıxır
14:32 17 Noyabr 2019
Rusiyada rəssamımızın sərgisi açılıb
16:12 16 Noyabr 2019