writer1

Emin Piri

Məqalə sayı

14
clock16:22 calendar-gray 05 Avqust 2019 view-gray685 dəfə oxunub
view-gray685 dəfə oxunub

Füzulini, Nəsimini şair saymayanlar...

Avropada, xüsusən İngiltərədə elmin inkişafı özüylə birgə yeni sənaye texnologiyalarının yaranmasına səbəb olurdu. Əl əməyinə əsaslanan manufakturalar sıradan çıxır, onları maşınlar əvəz edirdi. İşsiz qalan kütlə isə bütün günahı, pulsuzluğu, çörəksizliyi bu maşınlarda görürdü. Beləliklə insanın özünün yaratdığı maşınlara qarşı müharibəsi başladı. İşsiz kütlə fabriklərdə bilərəkdən maşınları sındırır və ya digər şəkildə zərər verirdi. Vəziyyət elə yerə çatmışdı ki, bilərəkdən maşınları sındırmağa görə edam cəzası alanlar vardı.

Öz uğursuzluğunu cansız bir şeydən çıxmaq, günahı insan yaradıcısı olan cansızdan çıxmaq nə qədər absurddur, deyilmi? Bu hərəkət insan acizliyinin, bacarıqsızlığının əyani sübutudur. Ö haqqını gərəkli yerlərdən ala bilməyib, sənə müqavimət göstərə bilməyənlərdən əvəz çıxmaq acizliyi...

Nə qədər qəribə olsa da, siz heç bir uyğunluq görməsəniz belə yadıma düşmüşkən bu kobud müqayisəni ədəbi cameəmizdəki heca-sərbəst savaşına yönəldəcəm. Az qala heca və sərbəsti ölüm-qalım kimi görən acizlərdən... Bu mübarizəni aparan hər iki kəsimdən.

Bir insan nə qədər istedadsız olmalıdır ki, hecada yazsın, amma sərbəst yazanları şair saymasın. Hələ bir nəfər də istedadlı adam görmədim ki, özü istər heca, istər sərbəst yazmağından asılı sərbəst şeir yazanları qınasın.

Ötənlərdə pafosla sərbəsti qınayan bir şairəyə sual verdim. Əli Kərim, Nazim Hikmət necə şairdir. Dərhal təriflədi. Bilirsiniz niyə? Çünki onlar öz sərbəstləri ilə qəbullanıblar deyə qınamadı. Yoxsa Əli Kərim, Nazim Hikmət bizim hazırki ədəbi mühitin gənc şairləri olsaydı çoxdan istedadsız damğasını ona vurmuşdu. Sadəcə ciddiyə alınmamaq qorxusundan təriflədi. Amma sərbəst yazanların istedadı qarşısında aciz olanlar mübarizəni sərbəsti şeir saymamaqla, o şairlərə mübarizə aparmaqla görürlər. Bir növ öz istedadsızlıqlarını, mətnlə daha ədəbiyyat tarixində qala bilməməyin qorxusunu eynilə maşın qıranlar kimi şeirdən çıxmağa çalışırlar.

Əlbət, sərbəstdə süjet, daxili bölgü, ahəngdarlıq və.s bunu izah etməyə ehtiyac yoxdur. Amma milli kimlikdən bəhs edənlər hər halda Dədə-Qorquddan xəbərsizdilər. Hər halda sərbəst şeirin elə türk şeirinin genetik yaddaşı olduğunu bilmirlər. Necə də acizanə durum.!

Bu milli kimlik davaçıları hər halda Füzuli, Nəsimini də şair saymazlar. Axı, onlar qəzəl yazırdılar. Yox, deyə bilməzlər. Çünki ciddiyə alınmazlar. Qəbul olunmuşlar qarşısında qılınc altından keçəcəklər. Bəs milli kimlik davası nə oldu? Çünki bu adla gizlənmək onların istedadsızlığını gizlədir. Yoxsa Nəsimi indiki gənclərdən olsaydı, onu çoxdan oyunbaz, qəzəllə milli kimlikdən uzaqlaşan biri kimi qələmə verəcək, şeirlərində bəzi ifadələri isə gündəmə gəlməkçün ortaya atılmış qalmaqal kimi qiymətləndirəcəklər.

Nəsr nümunələri ilə niyə savaş açmırlar? Axı onların bizim ədəbiyyatımızda oturmağı cəmi bir əsrdən artıqdır. Etməzlər, çünki nəsr onların qarşısını kəsən sahə deyil. Bir daha ədəbi yox, şəxsi acizliyin olduğunu görürük.

O zaman kinodan imtina etsinlər. Əcnəbilərə məxsus olan kulinariya sahələrindən vaz keçsinlər.

Bu gün Almaniyada özünün memarlıq üslubu olmasına baxmayaraq, italyan üslubu memarlıq abidələri də Almaniyada göz oxşayır. Amma almanlar o abidələri qınamır, dağıtmır, əksinə qoruyur. Çünki kimin yaratmasından asılı olmayaraq mədəniyyət insanlığa, estetikaya, gözəlliyə xidmət edirsə o, artıq özünü sübut edib. Bu cür müzakirə etməksə acizlərin işidir.

Qəribə gəlir, bunlar dünya ədəbiyyatını encə oxuyur, hansı başla anlayırlar?!

Deyəsən, çox qınadım. Bəndəniz həm sərbəst, həm də hecada yazır. Yəni, mənə görə hava xoşdur.

Eyni zamanda sərbəstdə yazıb hecanı gerilik sayanlar qədər də mənasız adamlar görmədim. Hər sahədə istedadlı mətnlər qoya bilən adam heç zaman hansısa vəzndə yazanı qınamaz. Hər hansı vəzndə istedadlı mətn qoyan bir kimsə digərini qınamır. Çünki narahat deyil, yazdığına əmindir.

Şeir sadəcə vasitədir. Önəmli olan poeziyadır. Vikipediya kimi materialları qafiyəndirmək nə qədər istedadsızlıq nümunəsidirsə, eynilə sərbəst şeiri informasiya ilə doldurub dünya şeiri adı vermək o qədər absurddur. Yenə də hansı vəzn olursa, olsun önəmli olan əlahəzrət poeziyadır. Necə ki, Argentina şairi Armando Texado Qomesin dediyi kimi: “Şeiri hamı yaza bilər. Amma unutmayın ki, şeir hələ poeziya deyil. Şeir poeziyanı ifadə etmək üçün yalnız vasitədir. Sözlər, misralar unudula bilər, qalan nədirsə, o-poeziyadır. Yaddaqalan sözlər və misralar da ola bilər, onları yadda saxlayan, yaşadan da poeziyadır”.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəli rejissor Nuri Bilge Ceylanın yeni filminin adı açıqlandı
22:30 21 Yanvar 2020
Xalq şairinin oğlu: “Atamın xəstəliyini hamıdan gizlətdim” - Müsahibə
21:00 21 Yanvar 2020
"Eşq və Ölüm” baleti nümayiş olunacaq
18:49 21 Yanvar 2020
Həmid Piriyevdən yeni hekayə: Yer üzündə axırıncı gecə - Xüsusi təqdimatla
18:15 21 Yanvar 2020
Məşhur aktyor vəfat etdi
17:36 21 Yanvar 2020
Xalq şairinin adına kitab sərgisi açıldı
16:59 21 Yanvar 2020
Kino Evində növbəti ustad dərsləri
16:22 21 Yanvar 2020
Nilufər “donuz qripi”nə yoluxdu
15:45 21 Yanvar 2020
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
15:12 21 Yanvar 2020
Mirmehdi Ağaoğlu: "AYB də Anar kimi qocalıb"
14:35 21 Yanvar 2020
Bakıda beynəlxalq musiqi müsabiqəsi keçiriləcək
14:01 21 Yanvar 2020
Kino Evində sənədli filmin təqdimatı keçiriləcək
13:24 21 Yanvar 2020
Qismətin şeir gecəsi olacaq
12:44 21 Yanvar 2020
"Bu şəhərdə"nin növbəti rəzaləti – Sərdar Amin yazır...
12:10 21 Yanvar 2020
“Xocalı - bu olub” tamaşası təqdim edilib
11:34 21 Yanvar 2020
Rəşad Məcidin yersiz statusları - Ayxan Ayvaz yazır...
10:59 21 Yanvar 2020
Aktrisa ad gününün sabahı dünyasını dəyişdi
10:17 21 Yanvar 2020
“Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək
09:44 21 Yanvar 2020
Yaşasın demokratiya - İsi Məlikzadənin hekayəsi
09:00 21 Yanvar 2020
Məşhur rejissorun vəziyyəti pisləşdi
18:00 20 Yanvar 2020