writer1

Etimad Başkeçid

Məqalə sayı

49
clock14:22 calendar-gray 10 İyul 2019 view-gray906 dəfə oxunub
view-gray906 dəfə oxunub

Qadını necə döymək lazımdır?

Qadına hökm etdiyini düşünən kişi dünyanın ən axmaq kişisidir.

U.Tekkerey

Sosial şəbəkələrdə tez-tez "Qadını döymək olarmı?" və ya hətta "Qadını necə döymək lazımdır?" kimi olduqca "aktual", son dərəcə "həyati" müzakirələr aparılır.

İnsanlarımız "maariflənir".

Şəxsən mən bizim şərqli kişisinin bu qədər "insansevər, şəfqətli, ürəyiyumşaq" olduğunu öyrəndikcə duyğulanıram. Məsələn, məlum olur ki, bir şey olan kimi, qadını basıb döymək olmaz. Öncə sözlə başa salmaq, nəsihət vermək lazımdır. Gördün qanmır, yatağını ayırırsan. Yalnız axırda vurub mitilini atırsan... Proses xüsusi qaydalar üzrə aparılmalıdır: qadının basıb gözünü çıxartmaq, çənəsini-dişini vurub sındırmaq, nə bilim, pəncərədən aşağı atmaq məsləhət görülmür...

Düşündüm ki, bu mövzuda bir köşə də mən qaralayım. Çünki belə görünür, bu, bütün zamanların mövzusudur, Şərqdə.

İstənilən Azərbaycan kişisindən "Qadın sənin üçün kimdir?" - deyə soruşsan, sənə bir sürü xoş, adamı riqqətə gətirən, pafoslu, şablon olsa da, maraqlı sözlər söyləyəcək. Gəl, bu söz dumanı çəkilib gedəndən sonra ortaya çıxan mənzərə adamı tamam başqa əhval-ruhiyyəyə kökləyir...

XXI əsrin binəva şərqli qadını!

Bütün gedişat göstərir ki, qadınlarla bağlı dilimizdə əsrlər boyu formalaşmış ritorikanın bir qəpiklik qiyməti yoxdur. Əks halda, sosial pilləni eninə-boyuna zəbt etmiş kişi qırıqlarının bu müstəsna imtiyazları hardandır? Bir-iki kəlmə bu haqda danışaq.

Sizə elə gəlmirmi ki, "Qadın, ilk növbədə, anadır!" - bu mədəni diskursu doğuran təfəkkür qadını başqa rollarda da görmək istəməyən, patriarxat səciyyə daşıyır. Və "Cənnət anaların ayağı altındadır" ifadəsi də məhz bu qavramın ərsəyə gətirdiyi ehkamdır.

Bu mənada biz Hindistandan çox da uzağa getməmişik. Qədim hind müdriklərindən biri belə deyir: "Bütün hindli kişilər analarını ilahə gözündə görür, arvadlarına isə nifrət bəsləyirlər". Hindlilər səmimi-qəlbdən inanırlar ki, qadınlar keçmiş həyatlarındakı günahlarına görə qadın doğulurlar. Odur ki, madam, günahkarsan, "çək çiləni, yavrum, çək".

Sual olunur, əcəba, bu qədər zəngin mədəniyyəti olan Şərq ölkələrində qadına bir qədər fərqli münasibət formalaşdırmaq nə çətin işdir axı?

İş də burasındadır ki, çətin işdir.

Əslində, çox-çox başqa məsələlər kimi bu problemin kökü də Şərq xalqlarının həddən ziyadə "mədəni" olmasındadır. Sivilizasiyaya qovuşmuş cəmiyyətlərdə artıq çoxdandır ki, bu tipli təbəddülatlar yaşanmır.

Bizdə sivilizasiya və mədəniyyət eyni qavramlar kimi qəbul edilir, halbuki bunlar xeyli fərqli anlayışlardır. Sivilizasiya - insanın öz əli ilə yoğurub-yapdığı dünyadır, mədəniyyət isə - onun daxili zənginliyidir. Sivilizasiya özündə mədəniyyəti də ehtiva edir. Mədəniyyət isə kübar səciyyə daşıdığı üçün kifayət qədər qapalıdır və sivilizasiyadan daha az demokratikdir. Hər hansı Məmmədqulu mədəniyyət incisini, şedevri anlayıb-başa düşməyə bilər, amma şəxsi keyfiyyətlərindən asılı olmayaraq, sivilizasiyadan hər kəs bəhrələnmək imkanına malikdir. Sivilizasiya ilə mədəniyyəti fərqləndirən (mənə görə) başlıca nəsnə isə aşağıdakından ibarətdir: mədəniyyət, onun maddi və qeyri-maddi nümunələri nə qədər köhnədirsə, bir o qədər dəyərlidir; sivilizasiyada inkişafın meyarı isə əsasən sonda meydana çıxanlara, yəni yeniliyə - təzəliyə isnad etməkdir.

Demək istəyirəm ki, bizdə qadınlara münasibətin tarixi ənənəsi var və bizim zəngin mədəniyyətimiz bu ənənənin yaşamasında maraqlıdır.

Qadınlara yalnız şəhvət obyekti kimi baxmaq və uşaqlarının anası gözündə görmək kişilərə sərf eləyir. Qadınlar isə zəngin mədəniyyətimizin tərbiyələndirdiyi güruhun insafına ümid bəsləyə-bəsləyə, haçansa "müqəddəs ana" statusuna yüksələcəkləri günü gözləyə-gözləyə qocalırlar.

Odur ki, Şərq cəmiyyətlərində əksər qadınların ürəyi puç olmuş ümidlər, nakam arzular, talesiz sevgilər qəbiristanlığıdır.

Bir yandan da hər an döyülmək əndişəsi... /525.az/

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama
11:01 02 İyul 2020
Kannda erməni biabırçılığı ilə bağlı Nazirliyə suallarım – Sevda Sultanova yazır...
10:37 02 İyul 2020
Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi
10:09 02 İyul 2020
Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
09:00 02 İyul 2020
Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə
21:02 01 İyul 2020
Ermitaj muzeyi açılır
18:42 01 İyul 2020
Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
18:04 01 İyul 2020
"Ulduz"un iyun sayı nəşr edildi
17:12 01 İyul 2020
Röya koronavirus testindən keçib
16:29 01 İyul 2020
ABŞ Film Akademiyası təmsilçilik böhranı yaşayır
16:00 01 İyul 2020
Kinematoqrafçılar İttifaqından Kann Festivalına etiraz məktubu
15:14 01 İyul 2020
Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız – Maraqlı faktlar
14:36 01 İyul 2020
Məşhur amerikalı aktyor vəfat etdi
13:54 01 İyul 2020
Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? - Rəsmi
13:12 01 İyul 2020
Qəpik-quruşa satılan yeni dünya - Şəhla Nihanın hekayəsi
12:38 01 İyul 2020
Yaradıcı gəncliyimizi erməniyə uduzduranlar
12:10 01 İyul 2020
Nazim Hikmətin yeni şeirləri tapıldı - Fotolar
11:34 01 İyul 2020
Əməkdar artist dünyasını dəyişdi
11:08 01 İyul 2020
Bakıya qarşı əyalət nankorluğu
10:51 01 İyul 2020
Bakıda İnstaqram-jurnal fəaliyyətə başladı – İlk dəfə
10:11 01 İyul 2020