Qardaşını baltalayan Alyonanın həqiqəti

Qardaşını baltalayan Alyonanın həqiqəti
29 iyun 2019
# 13:07

Gündə bir hadisə eşidirik. Cinayətlər, oğurluqlar və ilaxır. Bu günlərdə bir romanın mövzusu olacaq bir xəbər eşitdik. Qusardan olan qız qardaşını balta ilə öldürüb. Adam da qardaşını öldürər? Alyona adlı qızın həyat sarıdan bəxti heç cürə gətirməyib. Qardaşı onu uşaqlıqdan cinsi əlaqəyə zorlayırmış. Yazıq qıza da heç kim inanmırmış. Deyirmişlər ki, qardaş da bacını zorlayar?

Axı biz mental dəyərlərimizə, adət-ənənəmizlə öyünən cəmiyyət idik. Nə oldu bəs? Mentalitetimiz əldən getdi? Həyatdı bu, hər şey ola bilir.

Alyonanı döyürdülər.

Ailəsi onu istəmirdi.

Anası, nənəsi bir bəhanə ilə Alyonanı söyür, döyürdülər.

Başqa qızlar kimi normal həyat yaşaya bilmirdi.

Qardaşı onu zorlamaq istəyirdi:

Alyonanın Oxu.az-a verdiyi müsahibədən bir parça

“Qardaşım mənə sataşırdı, əl-qol atır, bədənimə toxunmaq istəyirdi. Əvvəllər elə bilirdim bu bir zarafatdı. Ancaq sonralar anladım ki, niyyəti başqadı. Ondan xilas olmağa çalışsam da, bunu bacara bilmirdim. Evdə heç kim olmayanda məni zorlamaq istədiyini deyirdi. Heç nədən də çəkinmirdi. Onunla evdə tək qalmaqdan çox qorxurdum. Anama dəfələrlə demişdim ki, qardaşım məni zorlamaq istəyir. Anam da hər dəfəsində “ayıb olsun sənə, o sənin qardaşındır” deyib döyürdü. Onu şikayət etdiyimi biləndə isə qardaşım da məni döyməyə başladı. O qədər döyürdülər ki, bədənimdə salamat yer yox idi. Hərdən düşünürdüm ki, kaş atam sağ olaydı. Bəlkə, o, mənə inanardı. Əgər zamanı geri qaytara bilsəydim, polisə gedərdim. Onu da edə bilməsəydim, heç nəyə baxmadan evdən qaçardım. Canımı qurtarardım.”

Bu qızın həyatından həm roman yazmaq olar, həm də dramatik bir film çəkmək olar. Bir gecə qardaşı onu yenə zorlamaq istəyib, Alyona qorxudan evdən çıxıb qaçıb, qardaşı da arxasınca. Qaranlıqda gizlənənə Alyona əlinə keçən balta ilə qardaşını öldürüb. Sonra onu fındıq ağacının yanında basdırıb, daha sonra cəsədi ordan çıxarıb, doğrayıb, bostana basdırıb. Ailəsi də ondan üz döndərib. Sən adda qızım yoxdu – deyib anası.

Nəyə görə axı?

Bir qıza bu cür qəddarlıq nədən yaransın?

İnsan necə bir vəhşi canlıya çevrildi?!

Alyonanın atası yoxdu, ölüb. Ona heç kim inanmadı. Deyir, atam sağ olsaydı mənə inanardı.

Bir də Alyonan bu sözləri mənə təsir etdi: "Həbsdən çıxanda elə yerə gedəcəm ki, məni heç kim tanımasın".

# 3624 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #