Bu tip çağırışlar doğru deyil – Qələm adamları son təltiflərdən danışdılar

Bu tip çağırışlar doğru deyil – Qələm adamları son təltiflərdən danışdılar
27 may 2019
# 11:31

Ötən həftə tanınmış şair və yazıçılarımıza yüksək fəxri adlar verildi. Kulis.az bu münasibətlə qələm adamlarının təəssüratını öyrənib. Cavabları təqdim edirik.

Image result for sabir rüstəmxanlı

Sabir Rüstəmxanlı

- Düşünürəm ki, layiqli seçimdir. Fəxri adlar alan hər bir yazıçıya zəng vurub tək-tək təbrik etdim. Bu, bir ənənədir. Onların zəhmətinin dəyərləndirilməsidir. Hesab edirəm ki, ad alan şairlərə qısqanclıqla yanaşmaq, o adların qaytarılmasını tələb etmək - bu tip çağırışlar doğru deyil. Bunu ona görə demirəm ki, mən də bu adı almışam. Xeyr. Sadəcə şairləri, yazıçıları həmişə millət fərqləndirib. Dövlət də o fərqlənənləri mükafatlandırıb. Başqa kimlərin fəxri ad alması məsələsində isə çətinlik çəkirəm... Yadımdan çıxanlar ola bilər, inciyərlər. Amma Məmməd İsmayıl var, böyük şairimizdir. Vaqif Bayatlı, Rüstəm Behrudi, Çingiz Əlioğlu da xalq şairi adına layiqdir.

Image result for səfər alışarlı

Səfər Alışarlı

- Azərbaycanda ədəbi mükafatlar haqqında danışmaq bir qədər çətindir. Bu sahədə keçmişdə çox böyük əyintilər olub. Son siyahıda müəyyən obyektivlik amili görünür, ancaq bütöv bir regionun nümayəndələrindən heç kimi o siyahıda görmədim.

Image result for rasim qaraca

Rasim Qaraca

- Bütün bunlar köhnəlmiş təsiri bağışlayır mənə. Dünyada başqa proseslər gedir. Biz sadəcə geri qalırıq və ya biriləri sanki qəsdən bizi gerilərdə saxlamaq istəyir. Təəssüf doğuran odur ki, gənclər də bu prosesə qoşulub.

Image result for aqşin yenisey

Aqşin Yenisey:

- Məncə, 90-cı illərdən əvvəl sənətə gəlmiş bütün sənət adamlarına fəxri adlar verilsin, bu iş birdəfəlik bağlansın. Çox vaxtımızı alır bu inzibati şöhrətpərəstlik.

Image result for rəbiqə nazimqızı

Rəbiqə Nazimqızı:

- Fəxri ad alanların hamısını təbrik edirəm, əslində ad şərti məsələdir, yalnız rəsmiləşmədir, yəni o adların hamısı bizə tanış idi, hamısını oxumuşuq, bəyənmişik, sevmişik. Bu ada layiq olan və ad almaq arzusunda olan hər kəsə eynisini arzulayıram. Sevdiyim bütün şair və yazıçılar, aktyorlar onsuz da mənim üçün xalq şairi, xalq yazıçısı, xalq artistidirlər

Image result for Mübariz Örən kulis.az

Mübariz Örən:

- İnsan layiq olduğu Ada qovuşanda - haqq yerini tapanda ətrafdakılar da sevinir, fərəhlənir Hə, deyirsən, belə yaxşıdı, belə rahatdı, belə düzdü... Yadımdadı, mən hətta nə vaxtsa belə bir status da yazmışdım: "Ramiz Rövşənlə, Musa Yaqubun “Xalq şairi” ni versəydilər, elə bilərdim Qarabağımızın iki kəndini qaytarmışıq!" Yəni ürəklərdən tikan çıxaran bir sərəncam oldu bu. Mənimçün ikiqat fərəhli oldu ki, müasir Azərbaycan ədəbiyyatının ən qüdrətli nasirlərindən olan müəllimim Kamal Abdulla və sevimli yazıçım Afaq Məsud da layiq görüldülər bu ada!

Və ürəklərdə Xalqın öz ədəbi bayrağını sancacaq bir kənd də var - "Vaqif Bayatlı" kəndi...

# 2101 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #