news-inner
clock17:48 calendar-gray 20 May 2019 view-gray677 dəfə oxunub
view-gray677 dəfə oxunub

Sumqayıt hadisələrini filmə çevirən rejissor - Həyat Hekayəti

1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş təxribat xarakterli qırğınları yaxşı xatırlayırıq. Sanki bu hadisələrdən sonra ölkə şok vəziyyətinə düşmüşdü.

Belə vəziyyətdə bir qrup məsləkdaşı ilə birlikdə Moskvaya səfər edib, hadisə ilə bağlı imperiya rəhbərlərini sorğu-suala tutaraq günahkarları üzə çıxarmağa çalışan fədakar insanlar vardı. Bu səfərin nəticəsi olaraq Sumqayıtda baş verən hadisələrdən bəhs edən bir neçə seriyadan ibarət “Sumqayıtın əks-sədası” kimi tammetrajlı sənədli film ərsəyə gəldi. O dövrdə bu olduqca çox riskli addım idi. Bunu isə ancaq humanist, vətəninə, xalqına bağlı olan insanlar edə bilərdilər. Belə insanlardan biri də hər birimizin yaxşı tanıdığı, filmlərini sevə-sevə izlədiyimiz mərhum kinorejissor Davud İmanov idi.

Davud müəllimlə bağlı əlavə məlumat toplamaq üçün internet resurslarında axtarış etsəm də, bir iki yerdə sadəcə adından başqa heç bir məlumata rast gəlmədim. “Vikipediya”da isə həyatı haqqında iki cümlə və bir də çəkdiyi filmlərinin adları sadalanıb, vəssəlam. Təəssüflər olsun ki, “Vikipediya” açıq ensiklopediyasında Azərbaycan mədəniyyətinə, kinosuna misilsiz xidmətlər göstərmiş kinorejissor Davud İmanov barəsində iki cümlədən artıq nəsə tapmaq olmur. Deyim ki, bu əlamət bizim üçün heç də xoş olmayan bir haldı.

Çox zəngin bir ömür yolu keçən Davud İmanovla bağlı axtarışlarımı digər yöndə apararaq onu tanıyan və zamanında birgə işləmiş insanlara söhbətləşdim. Gəlin görək olduqca maraqlı, zəngin və keşməkeşli bir həyat yolu keçən Davud İmanov kimdir?

Davud Hüseyn oğlu İmanov 20 may 1945-ci ildə Qazaxıstanın Akmolla rayonunda anadan olub. Həmin vaxt onun valideynləri burada 37-ci ilin repressiya qurbanı olaraq doğma Azərbaycandan köçürülmüş və həmin dövrdə “köçürülmüş xalqlar” kimi tanınan digər millətlərin nümayəndələri ilə bir yerdə yaşayıblar. Stalinin ölümündən sonra sürgün olunanlara SSRİ-nin yeni rəhbərliyi öz yurd-yuvalarına dönmələrinə icazə verir. Davud İmanovun ailəsi də 1957-ci ildə bəraət alaraq Azərbaycana qayıdır. Azərbaycana dönən ailə Sumqayıtda məskunlaşır.

Mədəniyyətə, teatra olan həvəsi onu 1962-ci ildən etibarən Sumqayıt Mədəniyyət Evində göstərilən həvəskar tamaşaların fəal iştirakçılarından birinə çevirir. 1967-ci ildən etibarən isə özü burada rejissor kimi tamaşalar səhnələşdirməyə başlayır. Bundan başqa, qəzetlərdə müxbir kimi çalışmış və Sumqayıtın mədəni həyatında yaxından iştirak etmişdir.

O, 1979-cu ildə Ümumittifaq Teatr və Kino İnstitunun rejissorluq fakültəsinə daxil olur və 1984-cü ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirir. 1984-cü ildən 1994-cü ilədək Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında kino-rejissor vəzisində çalışır. O, kino-rejissor kimi fəaliyyət göstərdiyi zamanlarda bir çox sənədli və publisistik filmlər çekranlaşdırmışdır. Bunlardan Rəşid Behbudov, Səttar Bəhlulzadə, “Lüdmila Qurçenko – artistlik sənəti” və s. sənədli filmlərini, “Afroditanın qolları” (1987) qısametrajlı bədii filmini, “Dənizçi ürəyi” (1986), “Hamı bir nəfər üçün” (1984), “Kölgədə 40 dərəcə isti” (1987) və s. filmlərini misal göstərmək olar. Onun Bakıya və bakılılara həsr etdiyi tammetrajlı “Zirzəmi” bədii filmi Azərbaycan kinosunda layiqli yer tutmuşdur. “Mozalan” kino-jurnalının isə Davud İmanovun yaradıcılığında xüsusi yeri vardır.

Davud İmanov 1995-ci ildən 2002-ci ilə qədər “Mir” Teleradio Kompaniyasının Azərbaycan bölməsinə rəhbərlik edib, bundan başqa bir neçə beynəlxalq festivallarda münsiflər heyətində təmsil olunmuşdur...

Yaradıcı insanın bir ömürdə görə biləcəyindən qat-qat artığını həyata keçirən Davud İmanov “Sumqayıtın əks-sədası” sənədli filmində bəlkə də ilk dəfə olaraq Sumqayıt hadisələrinin baş verməsində ya birbaşa müqəssir, ya da iştirakçı olan Sovet İttifaqı rəhbərlərindən faktiki olaraq ifadə almış və bu həqiəqtlərə o dövr üçün çox böyük sensasiya, həmçinin də bir rejissor üçün misilsiz uğur sayıla biləcək formada ayna tuta bilmişdi.

“Sumqayıtın əks-sədası” filminin hansı çətinliklərlə ərsəyə gəldiyini Akif Cabbarlı və Bəşir Şəriflinin qələmə aldığı “Sumqayıtın əks-sədası” filmi necə yarandı?..” (“Azərbaycan”. 2011. 27 fevral.- s. 7.) məqaləsində oxuyuruq:

“...Bu qara ləkəni, dünyanı silkələyən ağır cinayətin əsl səbəbkarlarını aşkarlamaq və ifşa etmək üçün bircə yol vardı - Azərbaycanı sərt informasiya blokadasından çıxarmaq, haqqımızda yazılan şər, böhtan dolu qəzet məqalələrini, kinolentləri kəsərli cavablarla susdurmaq, əsl həqiqəti bəyan etmək! Belə bir vaxtda Sumqayıt hadisələri haqqında sənədli film çəkmək o qədər də asan deyildi. Amma belə əzablı işi başa çatdırmaq üçün mərhum kinorejissor Davud İmanov və sumqayıtlı jurnalist Eyruz Məmmədov birgə işə başladılar. Bu işin arxasında nə qədər çətin görüşlər, çəkilişlər, müsahibələr, yol və nəqdiyyat əzab-əziyyəti dayanırdı. Bütün bunlara baxmayaraq, onlar müstəqil “Sumqayıt Dİ EM” kinokompaniyasını yaratdılar. Elə çətinliklər də bu telekompaniyanın yaranışından sonra başladı. Həmin illərdə belə təşəbbüslər o qədər də rəğbətlə qarşılanmır, müxtəlif əngəllər törədilirdi. Hər şeydən əvvəl Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bu işə qətiyyətlə etirazını bildirir, Moskvaya yarınmaq, Qorbaçova sədaqətini sübut etmək istəyirdi.

Belə bir vaxtda jurnalistlərə kömək etmək istəyənlərin sayı çox az idi. Bunun üçün cəsarət və güclü vətənpərvərlik tələb olunurdu. Amma nə kinorejissor Davud İmanov, nə də jurnalist Eyruz Məmmədov maneələr və çətinliklər qarşısında çaşmadılar. Əksinə, prinspial mövqe nümayiş etdirdilər, sənədli filmin çəkilişini başa çatdırmaq üçün işə başladılar...”

Bəli, Sumqayıt hadisələri ilə bağlı SSRİ rəhəbrləri ilə görüşüb həqiqətləri ortaya çıxarması uğrunda apardığı mübarizə Davud İmanovun cəsarətli və güclü vətənpərvər olmasından irəli gəlirdi.

Zəngin həyat yoluna, böyük təcrübəyə malik olan bir insan haqqında daha çox öyrənməyə çalışırsan. Bu üzdən vaxtilə Davud müəllimin yanında çalışan insanlarla əlaqə saxlayıb fikirlərini öyrənən zaman məlum olur ki, Davud müəllim işlədiyi dövrdə iş yerində rəhbərdən çox bir ağsaqqal, qayğıkeş insan olub. Gənc kadrlara hər zaman yol göstərib, onların yetişməsi üçün nə şərait lazımdırsa yaradıb. Hətta olub ki, işi doğru yerinə yetirə bilməyən işçiyə nə hirslənməz, nə də darılmazdı. Belə hal baş verdikdə onu yanına çağırar, söhbət edər, nəyin doğru, nəyin yanlış etdiyini ətraflı izah edərdi. Bununla da demək olar ki, “işdə səhv etmə” anlayışı yavaş-yavaş aradan qalxırdı. Bu o demək deyil ki, orada səhv olmurdu. Təbii ki yox, əgər iş varsa, orada çatışmazlıq və səhvlər də mövcud olacaq. Sadəcə olaraq Davud müəllimin işçilərlə ünsiyyəti, işi etibar etməsi, işçidə özgüvənin aşılaması sayəsində nöqsanlar aradan qalxırdı. Əgər hər hansı işçi bir çətinliklə üzləşərdisə, səhvə yol vermədən yaranmış çatışmazlığı aradan qaldırar, onun böyüməsinə imkan verməzdi. Çünki həmin işçi Davud İmanovun yaradıcılıq məktəbini keçmişdi. Belə təqdirəlayiq hərəkətlər ancaq sözün əsl mənasında İNSAN olan şəxslərə xasdır. Onlar başqa cür ola da bilməzlər. Çünki mənsub olduğu kökə bağlılığını, böyüklərindən görüb götürdükləri adəti, insana münasibəti, pisə, yaxşıya dəyər vermək qabiliyyətini hər zaman qoruyub saxlayıblar. Onun ən böyük insani keyfiyyətlərindən biri də zəif, özünə inamsız yanaşan şəxsləri yenidən cəmiyyətə qazandırmasıdır.

Bu yazıda Davud İmanovun ömür yoluna qısaca da olsa nəzər salıb, yad etdik. Vətəni, dövləti, xalqı üçün həyatını riskə atan, fəaliyyəti ilə örnək olan Davud İmanov yaddaşlarda yaşayaraq daim anılacaqdır.

Və beləcə, əməlləri və işi ilə insanlara nümunə olan Davud İmanovun uzaq 1945-ci ildə Qazxıstandan yola çıxan ömür qatarı 2002-ci ildə 57 yaşında doğma Azərbaycanında son mənzilə çatdı.

Yaşasaydı mayın 20-də 74 yaşı olacaqdı. Cismən aramızdan ayrılsa da Davud müəllim kimi yaradıcı insanlar heç zaman ölmür. Gördüyü işləri, yaradıcılıqları daim onları yaşadır. Davud İmanov da yaradıcılığında, ssenarilərində, ekranlaşdırdığı filmlərində daim yaşayacaqdır.

/enter.news/

news-inner-user

16477 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir? – Mütəxəssis rəyi
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020
Pula görə təhsilini yarımçıq qoydu, repressiyadan təsadüfən xilas oldu, xanımı başqa qadınla evlənməsini istədi – Üzeyir bəydən maraqlı faktlar
12:08 18 Sentyabr 2020
Müəlliməni intihara aparan səbəb
11:36 18 Sentyabr 2020
Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link
11:02 18 Sentyabr 2020
Tanınmış yazıçı vəfat etdi
10:33 18 Sentyabr 2020
27 yaşda intihar edən müəlliməyə gecikmiş təsəlli
10:04 18 Sentyabr 2020
Bəy!
09:36 18 Sentyabr 2020
Qanı gördükcə qorxudan titrəyirdim - Bircənin romanı
09:00 18 Sentyabr 2020
Xalq artisti qonşusunu məhkəməyə verdi
19:05 17 Sentyabr 2020
Sinəm üstə saxlaram ayağının izini... – Rəbiqə peyğəmbərlərə şeir yazdı
18:32 17 Sentyabr 2020