writer1

Fazil Mustafa

Məqalə sayı

4
clock13:03 calendar-gray 16 May 2019 view-gray510 dəfə oxunub
view-gray510 dəfə oxunub

Kant, Ramazan ayı, Ramiz Rövşən...

Alman filosofu Kantın bir təsbitindən başlamaq istərdim: “Biz intizam, mədəniyyət və sivillik dövründə yaşayırıq, lakin mənəviyyatın yayıldığı dövrdən hələ də xeyli uzağıq. Əgər insanlara yüksək mənəviyyat və müdriklik aşılamırıqsa, onda onları necə xoşbəxt edə bilərik? Axı onda yamanlıq heç vaxt azalmayacaq!”

Bu ayda iki diqqətçəkici məqam üzərindən Kantın yuxarıdakı təsbitinin praktik açılışına çalışacağam. Ramazan ayı bizim üçün, xüsusilə də azərbaycanlılar üçün ömrü, onun mənasını, mədə ilə ruhun vəhdəti və antaqonizmini, saxta inanclılıqla səmimi ədalətli insan hədəfi arasında düşünmə fürsətidir. İnanarsan-inanmazsan öz işindir, ancaq bu ilahi fenomenə gündəlik həyatda rast gəldiyimiz qanvermə aksiyası kimi, uşaqlara kitab dağıtma, könüllü şəkildə ictimai yerlərdə ağac əkmə, qocalar evindəki insanlara, xəstə və əlillərə şəfqət göstərmə kimi bir qəbildən də yanaşmaq olar. Bütün hallarda Ramazan ayı insanları həm ruhunu, həm də mədəsini təmizləməyə çağıran, onlara barışı, sağlamlığı, yeməyini, suyunu, sevgisini, mərhəmətini paylaşmağı təşviq edən bir fürsətdir.

Azərbaycan televiziyalarına baxırsınızmı, bir-iki veriliş xaricində bir müzakirə, Quranın gerçək mesajlarının alimlər vasitəsilə çatdırılması, xeyrə, insanlığa çağırış, nadanlığın, cəhalətin, xurafatın fəsadları mövzusunu izləyə bilirsinizmi? Hamımızın diqqəti saxur vaxtından başlayaraq qardaş Türkiyənin bir-birindən dəyərli din bilginlərinin, filofoslarının səviyyəli müzakirələrinə yönəlib.

Öyrənirsən, düşünürsən, faydalanırsan. İndi söyləyə bilərsinizmi ki, bu ölkədə dini cəhalətin, yobazlığın, savadsızlığın günahı kimdədir? Dövlətimizə bundan böyük pislik ola bilməz, axı din mənəviyyatımızın ayrılmaz bir atributudur, onun dünyəvi dövlətimiz üçün təhlükəyə çevrilməməsi üçün insanları maarifləndirmək, onlara humanist mesajları çatdırmaq niyə əhəmiyyətsiz bir iş sayılmalıdır? Hər il eyni anlayışla qarşılaşırıq və bu yanlışlığın haraya qədər varacağını da müəyyənləşdirə bilmirik. İndi Kantın dediyi mənəviyyatı əxlaqsızlıq, bayağılıq, dedi-qoduçuluq formasında efirdən insanlara dayanmadan aşılayacaq bir zehniyyətə təslim olan bu Vətənin övladları necə ermənidən, gürcüdən daha üstün dövrün tələblərinə hazır şəkildə yetişə biləcəklər?

Yaxşı dini maarifçiliyə önəm vermirik, məktəbdə öyrədilməsinə təhlükə kimi yanaşırıq, anlaşıldı. Bəs cəmiyyətimizin mənəviyyatını tənzimləyən digər alternativlər necə? Bu həftə içində Azərbaycanın böyük şairi Ramiz Rövşənin Bakının mərkəzində iki kitab evində yeni kitablarının təqdimat mərasimi oldu. İnanın ki, əlimdə imkan olsaydı, canlı yayınla televiziyalardan bu tədbirləri verərdim. Sənət, estetik görüşlər, fəlsəfi düşüncələr, ədəbiyyat sevgisi. Biz axı niyə mənəviyyat aşılamaqdan imtina edirik? Bu cür tədbirlərdən reportaj hazırlamaq nə qədər çətindir ki? Nə elmi, nə dini, nə ədəbiyyatı doğru-dürüst çatdırmırıq, təbliğ etmirik, sonra da deyirik ki, kütük, cahilik, qabiliyyətsizik!

Alman, Kantın mesajını anladığına görə dünyada söz sahibi olan mədəni millətlər sırasında sabit yerini qoruyub saxlayır. Bizim anlamaq istədiyimiz kimsə varmı? Mənəviyyatın və müdrikliyin aşılanmasını öz içimizdən olan Ramiz Rövşən deyəndə eşidilmir, heç olmazsa və kaş ki, Kantın söylədiyini eşidəydik...

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Dünya ədəbiyyatı”nın “Türkiyə: hekayə” sayı təqdim olundu
18:35 25 İyun 2019
Məşhur rus aktrisa vəfat etdi
18:03 25 İyun 2019
Qovuşmaq xoşbəxtlik deyil... - Emil Rasimoğludan Yeni Şeir
17:31 25 İyun 2019
İrəvan teatrı qastrol səfərinə hazırlaşır
16:51 25 İyun 2019
Qarabağdan yaza-yaza nifrətimizi soyuduruq
16:10 25 İyun 2019
Kimsə tabutla danışırdı – Şirməmməd Hüseynovun vida mərasimindən reportaj
15:31 25 İyun 2019
“Mühacirlərin həyatı” kitabı haqqında film çəkilib
14:19 25 İyun 2019
“Məni döyür, elektrik şoku verirdilər” – Dünya şöhrətli fotoqraf
13:32 25 İyun 2019
“Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” çap olunub
13:01 25 İyun 2019
Nəsimiyə həsr olunmuş elmi kollokvium keçirilib
12:35 25 İyun 2019
Ana-bala qucaqlaşıb hönkürdülər
11:53 25 İyun 2019
Şirməmməd Hüseynovdan sitatlar: “Bilirsiniz, kimə səcdə etmək lazımdır?”
11:20 25 İyun 2019
11 yaşlı Lent.azın uğur açarı
11:00 25 İyun 2019
Prezident məşhur aktrisaya ev verdi
10:47 25 İyun 2019
Gürcüstanda kinoteatrlar filmlərin rus dilində nümayişindən imtina edir
10:26 25 İyun 2019
Xalq Teatrları Festivalı başa çatıb
09:49 25 İyun 2019
Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - Günün şeiri
09:29 25 İyun 2019
Dəlixanada üsyan qalxdı: bir-birlərini öldürdülər – Bir dəlinin gündəliyi
09:00 25 İyun 2019
Şirməmməd Hüseynov vəfat edib
21:29 24 İyun 2019
Ayrılıqdan betər dünyada nə var?! – Günün Şeiri
20:58 24 İyun 2019